Kristal kimi saf, küsəyən, kövrək, bir az da əsəbi: Daun sindromlu Sofiya ilə bir gün - FOTO
Oxunub: 1703
21 Mar 2024 | 13:00
Kristal kimi saf, küsəyən, kövrək, bir az da əsəbi: Daun sindromlu Sofiya ilə bir gün - FOTO
Ətrafımızdakı insanların heç birinin təkrarı yoxdur. Vizual olaraq oxşarlıq olsa da, barmaqlarımızın izi belə bir-birindən fərqlidir. Daun sindromlu uşaqlar isə bu fərqliliyin ən gözəl formasıdır. Daun sindromu 21-ci xromosom cütlüyünün trisomiyası nəticəsində əmələ gəlir. Bu sindrom genetik təsadüfdür, anomaliyadır və bu cür uşaq hər bir ailədə doğula bilər. Daun sindromu ilə doğulan uşaqlar arasında əqli və fiziki cəhətdən inkişaf edənlərə də rast gəlmək mümkündür.
 
Qeyd edək ki, “Daun” adı ilk dəfə 1866-cı ildə bu sindromun əsas fiziki xüsusiyyətlərini qeyd edən həkimin - Con Lenqdon Daunun şərəfinə adlandırılıb. Daun sindromlu uşaqların zehni inkişafına erkən dövrdən başlamaq və 4-5 yaşına qədər çox ciddi yanaşmaq lazımdır. Onların sevgi, diqqət və fəal ünsiyyətə böyük ehtiyacı var, çünki digər uşaqlarla müqayisədə onlar valideynlərinə daha çox bağlı olurlar.
 
Bunun başlıca səbəbi həmin uşaqların dostluq münasibətlərinə üstünlük verməsidir. Həmin uşaqların xüsusi dərnək, bölmə və məşğələlərdə iştirak etməsi çox faydalıdır. Burada onlar azad və sərbəst inkişaf, eləcə də insan hüquqlarına hörmət öyrənirlər.
 
Oxu.Az-ın budəfəki qonağı altı yaşlı Sofiya Fərzəliyevadır.
 
 
Qəhrəmanımız redaksiyamıza öz anası Nərmin Fərzəliyeva ilə gəlib.
 
 
Mehriban, gülərüz Sofiya gələn kimi rəngli şamlarla özünə kiçik bir əyləncəli mühit yaratdı. Nərmin xanım deyir ki, Sofiya kimi daun sindromlu uşaqlar tipik uşaqlardan nisbətən fərqlənsə də, özləri arasında ciddi fərqlər yoxdur:
 
“Mən onları bir-birindən çox fərqləndirməyi xoşlamıram. Amma spesifik cəhətlərə görə Sofiyadan daha yaxşı və daha zəif inkişaf dövrü keçən uşaqlar var. Bu mənada cürbəcür fərqliliklər sadalamaq olar. Sofiyanın özünün xarizması var və bu, ona ayrı bir rəng qatır. Həqiqətən də qızım olduğu mühitdə əyləncəsi və şirinliyi ilə diqqət çəkməyi bacarır. Onun sanki bir şahzadə kübarlığı var”.
 
Nərmin xanım deyir ki, Sofiyanın altı yaşı var, amma bu illər ərzində hər dəfə qarşılıqlı şəkildə bir şeylər öyrəndiklərini deyirlər:
 
“Mayda Sofiyanın yeddi yaşı tamam olacaq. Mən bu illər ərzində çox zəhmət çəkmişəm. İlk dönəmlərdə buna hazır olduğumu düşünmürdüm. Mən zamanla özümü bu dövrə hazırladım. Hər insan bu vəziyyəti bir cür qəbul edir, fərqli zaman çərçivəsində adaptasiya olur, müxtəlif çıxış yolları tapır. Mən sadəcə anladım ki, bu vəziyyətdən qaçış yoxdur və mən artıq daun sindromunun bir parçasıyam. Sofiyanın istəkləri və reaksiyalarına qarşı cəld cavablar verməyə başladım. Başa düşdüm ki, onu gecikdirmək olmaz. Bir qədər gecikəndə Sofiya artıq küsməyə, ağlamağa başlayır. Onun üzülməsini və əhvalının dəyişməsini istəmirəm. Bu 6 il ərzində Sofiyanın çox rahat, çox nadinc, öyrənməyə maraqlı, həvəsli dövrləri də, özünü çox pis apardığı dönəm də olur.
 
Bir çox çıxış yolunu Sofiya ilə uzlaşa bilmək üçün sınamışam. Nəhayət bir çox araşdırmalardan sonra anladım ki, qızımın qida rasionu düzəltməklə onunla ortaq dil tapa bilərəm. Tam harmoniya tapmaq üçün zərərli qidalardan - pizza, şirniyyat, şəkərdən uzaqlaşdıq”.
 
 
Sosial şəbəkə üzərindən səhifə idarə edən Nərmin xanım qeyd edir ki, ona ünvanlanan sualları cavablandırarkən, bir çox məqamları da özü üçün öyrənmiş olur:
 
“Sofiya ilə bağlı mənə çoxsaylı suallar gəlir. Məndən daha çox təcrübəli olan analar müxtəlif vəziyyətlərdə çıxış yolu kimi tətbiq edib effekt aldıqları variantları təklif edirlər. Hər təcrübə individualdır. Məsələn, Sofiya çox tərsdir. O bir şeyi istədisə, mütləq onu yerinə yetirmək lazımdır. Bu uşaqların ümidlərini boşa çıxarmaq olmaz. Mən heç vaxt uşağıma söz verib, onu boşa çıxarmamışam. Bir şeyə yox dedimsə, heç vaxt sözümdən geri qayıtmıram. Bu, onun tərbiyəsi üçün önəmlidir. Nəyisə ağlayaraq istəyirsə, heç vaxt onu ona vermirəm. Onlar bizə etibar etməlidirlər. Ən sevdiyim xasiyyəti səbəbsiz olaraq bir anda məni qucaqlayıb, öpməsidir.
 
Qızım və qızım kimi uşaqlar kristal kimi safdırlar. Bir az küsəyən, bir az kövrək, bir az əsəbi, amma hər zaman özünəinamlı olurlar. Onların arasında özümü çox xoşbəxt hiss edirəm. Sofiya Daun Sindromlu Uşaqların Reabilitasiyası Mərkəzinə gedir. Bu müəssisə tam ödənişsiz fəaliyyət göstərir. Beş yaşından etibarən uşaqların buradakı müxtəlif dərnəklərə qatılması, aktivliyinin artırılması üçün mütəxəssislər tərəfindən hər cür şərait yaradılır. Onu hər dəfə ora aparanda düşünürəm ki, əsl dünya budur, saf, mərhəmətli, qayğıkeş həyat bax budur”.
 
Sofiyanın müəyyən bir dövrdə hiperaktivliyi diqqət çəkib və Nərmin xanım bununla bağlı həkimdən məsləhət alır. Həkim Sofiyanın daun sindromu ilə yanaşı hiperaktivliyinin də olduğunu deyib. Bunun qarşısını almaq üçün zəruri tədbirlərin görüldüyünü deyən Nərmin xanım artıq Sofiyanın daha rahat olduğunu deyir.
 
 
Nərmin xanım deyir ki, Sofiyanın ruhu azaddır və onun bu cəhətindən çox şey öyrənmək olar:
 
“Sofiya bir anda yağış yağanda əyninə bir gödəkçə və başına papaq qoyub küçəyə çıxa bilir. O yağışın altında islanmağı sevir. Düşünürəm ki, bəlkə də kiçik yaşlarımızda bunu çoxumuz etmişik. Amma onun ruhu o qədər azaddır ki, mən ona maneə olmuram. Mənə elə gəlir ki, Sofiya hər yaşda belə azad olacaq.
 
Amma belə cəmiyyətdə Sofiyanı tək buraxa bilmərəm. Bu gün üçün düşündüyüm odur ki, hələ hazır deyil. Həm də Sofiyanın yaşı azdır, biz hələ o təcrübələrə malik deyilik. Hazırda onu yalnız gözümün qarşısında kiçik ərazidə sərbəst buraxa bilərəm”.
 
Cəmiyyətdə küçədə bir qədər fərqli geyimə, davranışa, səsə, hətta gülüşə fərqli reaksiya verən insanlar çoxdur. Təəssüf ki, bəzən bu “baxışlar” daun, autizm sindromlu uşaqlardan da yan keçmir. Nərmin xanım deyir ki, Sofiya digər tipik uşaqlara çox gözəl uyğunlaşa bilir:
 
“Əslində digər uşaqlar daun, autizm sindromlu uşaqların onlardan fərqləndiyini hiss etmirlər. Onlar birlikdə oynaya, əylənə bilirlər. Lakin bu sindromlardan məlumatsız olan bəzi valideynlər daun sindromlu uşaqların aqressiv, təhlükəli olduğunu düşünürlər. Buna görə də uşaqlarını uzaq saxlamağa çalışırlar. Mən çox təəssüf edirəm ki, belə durumlara hələ də rast gəlinir.
 
Bəzən suallar verirlər ki, Sofiya nə üçün danışmır? Mən onlara şirin dil ilə izah edirəm ki, sizdən bir müddət gec formalaşacaq, amma hər şey yaxşı olacaq. Bu, normal haldır ki, daun sindromlu uşaqların inkişafı digərlərinə nisbətən ləng gedir. Amma məni Sofiyanın danışmağından çox intizamı, cəmiyyətdə davranışları narahat edirdi. Mən bilirəm ki, bu və əqli inkişafı sürətləndikcə hər şey öz axarına düşəcək”.
 
 
Sofiyanın anası sonda bir məsələ ilə bağlı cəmiyyətə müraciət edərək, Ümumdünya Daun Sindromlu İnsanlar Günündə bu insanlara qarşı fərqli baxışlardan çəkinməyi tövsiyə edib:
 
“Hər il biz cəmiyyətə müraciət edirik ki, bu cür uşaqları görüb qorxmasınlar. Onlar da bu cəmiyyətin bir parçasıdır. Onlara “maraqlı baxışlar”la baxmaq, qəribə suallar vermək, sıxmaq lazım deyil. Valideynlərini qınamağa çalışmasınlar. İnanın ki, o ata-analar çox zəhmət çəkirlər. Uşaqlarının inkişafı üçün, bəzi neqativ hallarla mübarizə aparmaq üçün kifayət qədər zəhmət çəkirlər. Bir də əlavə suallarla onları yükləməyib. Təsəvvür edin ki, hər dəfə uşağı həyətə düşürəndə eyni şeyləri bir nəfər, beş nəfər, on nəfər soruşanda insan bir daha istirahət üçün o parka, məkana getmir. Bizi uzaqdan da olsa başa düşməyə çalışın. Onlarla empatiya qurmağa çalışın. Onlara deyəcəyiniz sözü, davranışı ölçüb-biçdikdən, özünüzü onların yerinə qoyduqdan sonra edin. Düşünün ki, sizin demək istədiyiniz sözü sizə desələr, necə olarsınız?”
 
Oxşar xəbərlər
18:05, Bu gün
Bakıda güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
18:00, Bu gün
ADU-da “Azərbaycan-Çin (1993-2023)” kitabının təqdimatı olub - FOTO
17:55, Bu gün
Dövlət Komitəsinin kollektivi Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO
17:50, Bu gün
Mişustin yenidən Rusiyanın baş naziri oldu
17:45, Bu gün
Fransa həqiqəti təhrif edir: riyakar siyasət bumeranq effekti verə bilər - TƏHLİL + FOTO
17:40, Bu gün
“O, dünyanın ən böyük dövlət xadimlərindən, ən məşhur sərkərdələrindən olub..."- Tariximizə fərqli baxış
17:40, Bu gün
Heydər Əliyevin anadan olmasının 101 illik ildönümü ilə əlaqədar tarixi-sosial çarx çəkilib- VİDEO 
17:37, Bu gün
Putin “İ” üzərində nöqtələri qoydumu?
17:35, Bu gün
İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşdü
17:30, Bu gün
İranda bir bəy iki xanımla evlənib - VİDEO
17:25, Bu gün
Orduda andiçmə mərasimləri keçirildi - VİDEO
17:22, Bu gün
İş yerlərində seksual-qısnamaya qarşı qanunvericilik təkmilləşdiriləcək
17:20, Bu gün
Hikmət Mirzəyev və Kərəm Mustafayev Türkiyə nümayəndə heyəti ilə görüşdü - FOTOLAR
17:15, Bu gün
Bərdədə Heydər Əliyevin anadan olmasının 101 illiyi  münasibətilə  tədbir keçirilib - FOTOLAR
17:12, Bu gün
Mariya Stadnik Olimpiya lisenziyasının bir addımlığında
17:10, Bu gün
Real Madrid prezidenti Arda Güləri öpməkdən doya bilmədi - VİDEO
17:05, Bu gün
Azərbaycanda vəkil komaya düşərək vəfat etdi - FOTO
17:00, Bu gün
“Heydər Əliyev tozlu alnımdan, neftli əllərimdən öpüb dedi ki, sənin çörəyini yeyirik, niyə utanırsan?” - ÖZƏL + FOTO
16:56, Bu gün
Azərbaycan samboçuları Avropa çempionatını 3 medalla başa vurublar
16:52, Bu gün
İlham Əliyev Şuşanın Turşsu qəsəbəsinin təməlini qoydu
16:50, Bu gün
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
16:48, Bu gün
BDU 136 boş vəzifəni müsabiqəyə çıxarıb
16:45, Bu gün
ADNSU-nun kollektivi Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR
16:42, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edəcək
16:40, Bu gün
Əhməd Rəcəbli küçəsində təmir işləri aparılır - VİDEO
16:36, Bu gün
Qusarda meşəlik ərazidə aparılan tikinti işləri ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:32, Bu gün
İranda toy mərasimi yasa çevrildi - VİDEO
16:27, Bu gün
Prezident Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB + FOTO
16:24, Bu gün
Azərbaycanlı tələbələrin hazırladığı PUA-nın ilk uçuşu olub - FOTO
16:20, Bu gün
İlham Əliyevlə xanımı Şuşanın ilk sakinləri ilə görüşdü
16:16, Bu gün
İlham Əliyev Köndələnçay su anbarları kompleksinin açılışında iştirak edib - YENİLƏNİB + FOTO
16:12, Bu gün
Azərbaycan badmintonçularının Paris-2024-ə hazırlıq planı müəyyənləşib
16:08, Bu gün
Paşinyanın Moskva ziyarətinin formallığı: “Buzlar” yenə ərimədi – ŞƏRH + FOTO
16:02, Bu gün
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
15:59, Bu gün
Vüsalə efirə elə geyimdə çıxdı ki… - FOTOLAR
15:55, Bu gün
“Heydər xalqım deyəcək…” - VİDEO
15:53, Bu gün
Prezident Şuşada Aşağı Gövhər Ağa məscidində olub
15:50, Bu gün
Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir - FOTO
15:45, Bu gün
Şuşaya qayıdış belə başladı - VİDEO
15:43, Bu gün
Azərbaycanda işsiz və işaxtaranlarla bağlı yeni qanun layihələri hazırlanacaq
15:38, Bu gün
Teymur Rəcəbov “Şarja Masters” beynəlxalq turnirində iştirak edəcək
15:34, Bu gün
Ceyhun Bayramovdan Almatıda erməni həmkarı ilə danışıqlar barədə AÇIQLAMA
15:30, Bu gün
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub
15:27, Bu gün
"Magura V5" dronları Rusiya donanmasına 500 milyon dollarlıq zərər vurub" - Ukrayna BKİ
15:25, Bu gün
Bakıda avtomobil gənc qızı vurub
15:20, Bu gün
COP29-un prezidenti COMSATS-ın icraçı direktoru ilə görüşdü - FOTO
15:15, Bu gün
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİR + VİDEO
15:13, Bu gün
Kəlbəcərə və Laçına gedəcək fermerlərə ŞAD XƏBƏR
15:10, Bu gün
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
15:08, Bu gün
Bərdədə küçədə qadını öldürməyə cəhd etməkdə şübhəli bilinən qohumu saxlanılıb
15:04, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar
14:58, Bu gün
Sabunçuda narkoplantasiya aşkarlandı - FOTO/VİDEO
14:56, Bu gün
“Keşiş aksiyası” rəsmi İrəvanın siyasi iradəsinə təsir göstərə bilərmi?
14:53, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Azərbaycanda yeni növ radarlar quraşdırılır - FOTO
14:48, Bu gün
Musa Qurbanlının qiyməti açıqlandı - 10 milyon?
14:43, Bu gün
"Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarıdır"
14:41, Bu gün
Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində
14:36, Bu gün
Tbilisiyə uçan təyyarədə qadın hamının gözü önündə can verdi - ANBAAN VİDEO
14:33, Bu gün
İran hökuməti Nizami Gəncəvini farslaşdırmaq üçün saxtakarlığa əl atır - FOTO
14:29, Bu gün
Səbaildə 15 yaşlı piyada yol-nəqliyyat hadisəsində xəsarət alıb
14:28, Bu gün
"Moskvada qələbə paradı qar altında, tanklarsız keçib" - BBC
14:24, Bu gün
Saşa Boey “Qalatasaray”a qayıdır
14:23, Bu gün
Qubada gənc oğlan qonşu qadınla münasibət qurmaq istədi, əri ilə tövlədə... – Şok təfərrüat
14:18, Bu gün
Mehriban Əliyevadan Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı paylaşım - FOTO
14:12, Bu gün
Jukovu özünə həmkar sayan nasist generalı – o, sonda Göbbelsə özünü güllələməyi məsləhət görüb  
14:07, Bu gün
Paşinyanın impiçmenti mümkündür? - ŞƏRH + FOTO
14:02, Bu gün
“Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsi keçiriləcək
13:58, Bu gün
Bakıda DƏHŞƏTLİ CİNAYƏT: Fərid Məmmədzadə BELƏ ÖLDÜRÜLDÜ - TƏFƏRRÜAT
13:52, Bu gün
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşdü - YENİLƏNİB + FOTO
13:46, Bu gün
Ermənistanda etirazçılar İrəvan-Tehran yolunu bağlayıblar - FOTO
13:40, Bu gün
Azərbaycanda tələbələrin faciəli şəkildə ölməsinin TƏFƏRRÜATI - YENİLƏNİB + FOTO
13:36, Bu gün
Maşın almaq istəyənlərə vacib xəbər: Avtomobillər bu tarixdə kəskin ucuzlaşacaq 
13:30, Bu gün
MSK sədri parlament seçkilərinə hazırlıqdan danışdı
13:25, Bu gün
Ekspertdən İDDİA: “Taksi xidməti kəskin bahalaşacaq” - FOTO
13:21, Bu gün
Evdən qaçan gənc oğlan 13 gündən sonra tapıldı
13:18, Bu gün
“Ailə sirlərini açıqlayan məlumatlar yayılıb” - Baş Prokurorluqdan XƏBƏRDARLIQ
13:13, Bu gün
Nazpəri Günelin qardaşı oğlunun məclisində rəqs etməkdən İMTİNA ETDİ – VİDEO
12:58, Bu gün
Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək
12:55, Bu gün
Pensiya və maaşlarda artım olacaq? - VACİB AÇIQLAMA/VİDEO
12:54, Bu gün
Xalq şairi Musa Yaqubun doğum günüdür
12:49, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:47, Bu gün
Mayın 11-dən maarifləndirici təmizlik aksiyalarına start veriləcək
12:45, Bu gün
Xankəndidə Türkiyə konsulluğu açılacaq? – Səfirdən AÇIQLAMA 
12:40, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: bu yol bağlıdır
12:36, Bu gün
"Binə" ticarət mərkəzində DƏHŞƏT: sahibkar özünü asdı
12:32, Bu gün
Slovakiyalı ekspert: "Bakı ilə Bratislava bir çox sahələrdə əməkdaşlıq edə bilər"
12:28, Bu gün
Azərbaycanda üç bədii, iki sənədli və bir cizgi filmi çəkiləcək
12:23, Bu gün
Prorektorun qətlini sifariş edən rektorla bağlı qərar - VİDEO
12:18, Bu gün
Kursantlardan ulu öndərin anadan olmasının ildönümü ilə bağlı maraqlı fləş-mob - VİDEO
12:12, Bu gün
Konor Makqreqor və Maykl Çendler arasında döyüşün bilet qiymətləri açıqlandı - FOTO
12:10, Bu gün
BDU-nun tələbə və məzunu İsveçin dövlət təqaüdünə layiq görülüb
12:05, Bu gün
Ələtdən o yana öz radiolarımız tutmur, amma… – Bunun qarşısı niyə alınmır? – AÇIQLAMA
12:00, Bu gün
İyunun sonunadək Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
11:55, Bu gün
Dünyada ABŞ-yə rəğbət çoxdur, yoxsa Rusiyaya? – Sorğu göstərir ki...
11:49, Bu gün
Oğuzda əl qumbaraları və sursat AŞKARLANDI
11:45, Bu gün
Azərbaycan Premyer Liqası: “Neftçi” “Kəpəz”i qəbul edəcək
11:40, Bu gün
“İŞİD” terror təşkilatının üzvlərinə hökm oxundu
11:36, Bu gün
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO
11:30, Bu gün
I sinfə qəbulda müsahibələrin aparılma QAYDASI
11:24, Bu gün
İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad - ARAŞDIRMA + VİDEO
GÜNLÜK
09 May 2024 | 20:00
Ermənistanın arxiyepiskopu Paşinyana istefa vermək üçün bir saat vaxt verdi - YENİLƏNİB + VİDEO
09 May 2024 | 21:18
Manafın səsi batdı: Toy sahibi PULUNU TƏLƏB ETDİ – GÖRÜN NƏ OLDU
09 May 2024 | 19:03
Albert Aqarunovun qardaşı Şuşada yaşamaq istəyir - AÇIQLAMA
09 May 2024 | 20:39
"İlk əlverişli geosiyasi vəziyyət yaranan kimi bu hökmən baş verəcək" – Qüdrət Həsənquliyev
09 May 2024 | 18:44
Toni Kroos “Real Madrid”dən ayrıla bilər
09 May 2024 | 18:43
Rusiya-Çin Ay stansiyası üçün nüvə enerji qurğusunun hazırlanmasına başlanılıb
09 May 2024 | 20:45
Evdən qaçan qadınları axtarıb-tapandan sonra... - QALMAQALLI AÇIQLAMA
09 May 2024 | 19:10
Rusiya Yaponiya və ABŞ-nin yaratdığı hərbi təhdidlərə cavab verəcəyini bildirib
09 May 2024 | 20:49
Keşiş Baqratın İrəvandakı mitinqində Rusiya hərbi geyimində şəxs göründü...-FOTO
09 May 2024 | 21:34
"Ukrayna məğlub olmaq təhlükəsi ilə üz-üzə qalıb" - "Politico"
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
AYLIQ
09 May 2024 | 20:00
Ermənistanın arxiyepiskopu Paşinyana istefa vermək üçün bir saat vaxt verdi - YENİLƏNİB + VİDEO
09 May 2024 | 21:18
Manafın səsi batdı: Toy sahibi PULUNU TƏLƏB ETDİ – GÖRÜN NƏ OLDU
09 May 2024 | 19:03
Albert Aqarunovun qardaşı Şuşada yaşamaq istəyir - AÇIQLAMA
09 May 2024 | 20:39
"İlk əlverişli geosiyasi vəziyyət yaranan kimi bu hökmən baş verəcək" – Qüdrət Həsənquliyev
09 May 2024 | 18:44
Toni Kroos “Real Madrid”dən ayrıla bilər
09 May 2024 | 18:43
Rusiya-Çin Ay stansiyası üçün nüvə enerji qurğusunun hazırlanmasına başlanılıb
09 May 2024 | 20:45
Evdən qaçan qadınları axtarıb-tapandan sonra... - QALMAQALLI AÇIQLAMA
09 May 2024 | 19:10
Rusiya Yaponiya və ABŞ-nin yaratdığı hərbi təhdidlərə cavab verəcəyini bildirib
09 May 2024 | 20:49
Keşiş Baqratın İrəvandakı mitinqində Rusiya hərbi geyimində şəxs göründü...-FOTO
09 May 2024 | 21:34
"Ukrayna məğlub olmaq təhlükəsi ilə üz-üzə qalıb" - "Politico"