Şəhidlər xiyabanındakı
8295
20 Jan 2024 | 08:52

Şəhidlər xiyabanındakı "Əbədi Məşəl"-in müəllifi: "Heydər Əliyev dedi ki, utanmırsınız, indiyə qədər burada bir abidə yoxdur?"- EKSKLÜZİV

Bu gün 20 Yanvar faciəsindən 34 il keçir. Hər kəs hadisə qurbanlarını ziyarət etmək üçün Şəhidlər xiyabanına axın edir. 
Şəhidlər xiyabanının, 20 Yanvar hadisələrinin rəmzinə çevrilən “Əbədi Məşəl” abidə kompleksi 20 Yanvar şəhidlərinin bir növ rəmzinə çevrilib. Bəs görəsən daim yanan alovları ilə xalqımızın haqq-ədalət uğrunda mübarizəsinin əbədiliyini göstərən, möhtəşəm memarlıq abidəsi olan “Əbədi məşəl” hansı zərurətdən yaranıb?
 
 
Moderator.az-ın qonağı olan  Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə o illəri belə xatırlayır:
“1990-cı il hadisələri bizim tariximizə, qan yaddaşımıza çox təəssüf ki, qara hərflərlə yazıldı. 20 yanvar faciəsindən 4 il sonra Dağüstü parkda abidənin qurulması ilə bağlı müsabiqə elan edildi. Amma müsabiqə heç bir nəticə vermədi. Sonradan da bu məsələ yaddan çıxdı. Heydər Əliyev müşavirələrin birində dedi ki, “üstündən uzun illər keçib, utanmırsınız indiyə qədər burada bir abidə yoxdur?!”. 1998-ci ilin aprel ayında Heydər Əliyev bizi Şəhidlər Xiyabanına yığdı. Orada konkret tapşırıqlar verdi. Ömər Eldarov və digər heykəltəraşlar da orada idi. 
 
 Heydər Əliyev elə həmin görüşdə tapşırıq verdi ki, qısa bir vaxtda burada abidə ucaldılmalıdır. Tapşırıq ondan ibarət idi ki, yaradılacaq abidə faciəni də, xalqın qəhrəmanlığını da, təcavüzü də əks etdirməlidir. Soruşdu ki, neçə müddətə etmək olar? Mən dedim ki, təxminən 1 aya. Dedi ki, "1 ay çoxdur, 10 gün". O 10 gün dedi, biz 9 günə layihəni hazır etdik” deyə Elbay Qasımzadə bildirib.
 
Elbay Qasımzadə bildirib ki, artıq 9 günə layihə tam hazır idi. 
“Layihəni görüb bəyənəndən sonra tikintiyə vəsaitin ayrılmaq haqqında sərəncam imzaladı. Soruşdu ki, "bunu neçə aya tikərsiniz?". Biz dedik ki, təxminən 3 aya. Dedi ki, "3 ay çoxdur, iki ay vaxt verirəm". Biz "Əbədi məşəl"-i 45 günə tikdik. “Əbədi Məşəl”-in tikintisi 45 günə başa çatdırıldı və 9 oktyabr 1998-ci ildə abidənin açılışı baş tutdu. “Əbədi məşəl” türbəsi Heydər Əliyevin tapşırığı ilə yaradıldı və o gündən etibarən hər kəsin and yerinə çevrildi. Məşəlin ilk alovunu da Heydər Əliyev özü yandırdı. 8 il Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında çalışmışam. Onun məsləhətlərini hər zaman dinləyib, əməl etmişəm. “Əbədi Məşəl” abidəsi qəhrəmanlıq və rəşadəti özündə əbədiləşdirən abidədir. Orada yanan məşəl isə şəhidlərin alışıb yanan azadlıq eşqini özündə təcəssüm etdirir. Şükürlər olsun ki, bu gün müstəqil Azərbaycanda yaşayırıq” -deyə Elbay Qasımzadə bildirib.
u200bu200bu200bu200bu200bu200b
Link kopyalandı!
Son xəbərlər