Əli Məsimli Şəki rayonunun Dərəcənnət kəndində seçiciləri ilə növbəti dəfə görüşüb
Cəmiyyət
2777
08 Sep 2023 | 12:38

Əli Məsimli Şəki rayonunun Dərəcənnət kəndində seçiciləri ilə növbəti dəfə görüşüb

Milli Məclisin deputatı Əli Məsimli Şəki rayonunun Dərəcənnət kəndində seçiciləri ilə növbəti görüşünü keçirmişdir. 
 
Görüşdə Əli Məsimli ötən dövr ərzində deputat fəaliyyəti ilə bağlı hesabat vermişdir.  O, növbəti payız sessiyası çərçivəsində fəaliyyətin qurulması zamanı seçicilərin də mövqelərinin öyrənilməsində maraqlı olduğunu qeyd etmişdir. Bunun problemlərin üzə çıxarılması, onların tez və səmərəli şəkildə həllinə dair təklif və işlək mexanizmlərin hazırlanmasında vacib məqamlardan biri olduğunu bildirmişdir.
 
Görüşdə müxtəlif sosial qurupları təmsil edən şəxslər iştirak etmiş, onlar tərəfindən  kəndin su təchizatının yaxşılaşdırılması, işlə təmin edilmə, əlillik dərəcələrinin təyin edilməsi prosesində meydana çıxan problemlər və s. kimi fərdi və ictimai xarakterli məsələlər, həmçinin qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar təkliflərlə bağlı müraciətlər edilmişdir. 
 
Görüşdə iştirak edən hər bir şəxsin problemi diqqətlə dinlənilmiş, bəziləri yerində həll edilmiş, digərlərinin həllinə nail olmaq məqsədilə mərkəzi və yerli icra sturukturlarına rəsmi müraciətlərin edilməsinə dair qərarlar verilmişdir. 
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər