Donetsklə bağlı faciə və Qarabağ ətrafında fars
Cəmiyyət
Oxunub: 2126
06 Aug 2023 | 12:38
Donetsklə bağlı faciə və Qarabağ ətrafında fars
Rusiya-Ukrayna münasibətləri tarixində avqustun 12-si çox əlamətdar hadisənin baş verdiyi gün kimi yadda qalıb. Belə ki, 2014-cü ilin həmin günü “humanitar karvan”ın ilk partiyası Rusiyadan Ukraynanın Donetsk və Luqansk vilayətlərinə keçib. Bu hadisədən 8 gün əvvəl isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT, Avropa Şurası, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) və BMT-yə münaqişə zonasına beynəlxalq humanitar missiyanın təşkil edilməsinə dair rəsmi müraciət ünvanlayıb. O bildirmişdi ki, Rusiya dəfələrlə Fövqəladə Hallar Nazirliyinin xətti ilə humanitar yardım karvanı göndərməyə cəhd göstərib, lakin buna hər dəfə Ukrayna hakimiyyəti tərəfindən imkan verilməyib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Caliber"in yutub səhifəsində material dərc olunub.
 
Materialda qeyd edilib ki, 2014-cü il avqustun 6-da Rusiyanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurası Ukraynadakı humanitar vəziyyətlə bağlı təcili iclas keçirib. O vaxt Rusiyanın BMT-dəki daimi nümayəndəsi olan Vitali Çurkin BQXK nümayəndələrinin müşayiəti ilə Donetsk və Luqanska Rusiya humanitar karvanlarının göndərilməsi təklifini səsləndirmişdi. Amma Ukrayna və bir sıra Qərb ölkələri - BMT Təhlükəsizlik Şurasının daimi üzvləri – bu təklifi dəstəkləməyiblər. Xüsusilə, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer vurğulamışdı ki, ölkəsi Rusiyanın Ukraynaya humanitar yardım çatdırmaqla bağlı birtərəfli addımını birbaşa işğal kimi qiymətləndirəcək. O zaman ATƏT-in sədri olmuş Didye Burkhalter isə söyləyib ki, humanitar yardım Ukraynanın ərazi bütövlüyünə hörmət edilmək şərti ilə çatdırılmalıdır. Kanadalılar, həmçinin qeyd ediblər ki, Rusiya Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə məhəl qoymadığını bir daha nümayiş etdirir. Lakin...
 
Bütün bu təfərrüatlara diqqət yetirmək və onları yadda saxlamaq çox vacibdir, çünki 9 ildən sonra tarix bu dəfə Qarabağda, fars şəklində təkrarlanacaq. İndi Qərb ölkələri bununla bağlı tamamilə fərqli fikirlər səsləndirir. Əlbəttə ki, bu məsələyə də toxunacağıq.
 
2014-cü ildə müxtəlif ölkələrdə Rusiya xüsusi xidmət orqanlarının humanitar yardım prosesini silah tədarükü üçün istifadə edəcəyinə dair əsaslı şübhələr var idi. Odur ki, Avropa Komissiyası humanitar yüklərin göndərilməsinin qarşısını almağa çalışıb. Üstəlik, o vaxt Avropa Komissiyası Rusiyaya humanitar yardım daxil olmaqla, istənilən bəhanə ilə Ukraynaya qarşı hər hansı birtərəfli hərbi əməliyyatların aparılmasına qarşı xəbərdarlıq etmişdi.
 
Həmin il avqustun 5-də keçirilən BMT Təhlükəsizlik Şurasının növbəti iclasında Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Mark Layall Qrant bəyan etmişdi ki, Rusiyanın məhz özünün yaratdığı humanitar böhranı müzakirə etmək məqsədilə Şuranın fövqəladə iclasını çağırması çox ironikdir.
 
Rəsmi Kiyev isə bununla bağlı Rusiyaya bir sıra şərtlər irəli sürmüşdü. Məsələn, ukraynalı siyasətçilər təkid edirdilər ki, humanitar yardım müstəsna olaraq Beynəlxalq Qırmızı Xaç Komitəsi və ya müvafiq beynəlxalq təşkilatların himayəsi altında çatdırılmalı və Rusiya hüquq-mühafizə orqanlarının heç bir müşayiəti olmadan həyata keçirilməlidir.
 
Bundan başqa, rəsmi Kiyev Rusiya-Ukrayna sərhədində yüklərin gömrük rəsmiləşdirilməsini təşkil etməyi və daha sonra onları Ukrayna avtomobillərinə yükləməyi tələb edib. Əks təqdirdə, Ukrayna hakimiyyəti humanitar konvoyu buraxmaqdan imtina edəcəkdi.
 
Amma Kreml bu şərtləri rədd etmiş və güc yolu ilə yükləri keçirməyə çalışmış və o vaxt yükləri yoxlamaq üçün yola çıxan Ukrayna sərhəd-gömrük qrupu gözlənilmədən Rusiyanın “Donetsk” keçid məntəqəsində bloklanmışdı.
 
Bir sözlə, Ukraynanın rəsmi razılığı olmadan “humanitar yük” karvanının göndərilməsi beynəlxalq ictimaiyyət tərəfindən suverenliyin pozulması və faktiki olaraq təcavüz aktı kimi qiymətləndirilib. Hətta bu məsələ BMT Təhlükəsizlik Şurasında xüsusi araşdırma obyektinə belə çevrilib.
 
Bu hekayədə əsas məsələ Donetsk və Luqanska hansı yüklərin göndərilməsi deyil (əslində, “humanitar yük”dən sonra separatçıların hərbi uğurlar əldə etdiyi müşahidə olunub), “humanitar fəlakət” pərdəsi altında Ukraynanın suverenliyinə etinasız münasibətin göstərilməsi idi.
 
 
Bu məqamda, daha bir maraqlı faktı qeyd etmək yerinə düşər: 2014-cü ilin yayında Kiyev humanitar yardım karvanlarını Donetsk və Luqanska göndərmək təklifi ilə çıxış etmişdi. Hətta BQXK daxil olmaqla, beynəlxalq təşkilatlar humanitar yardım karvanlarının formalaşdırılmasında köməyini təklif etmişdi. Amma regionda hakimiyyəti ələ keçirmiş kremlpərəst separatçılar gözlənildiyi kimi bu yardımı rədd etmişdilər. Onlar “humanitar yardımı” qərbdən deyil, şərqdən, yəni Rusiyadan qəbul edəcəklərini bildirmişdilər. Bu, sizə heç nəyi xatırlatmır?
 
Bu məsələ ilə bağlı ən mühüm məqam Qərb dövlətlərinin Ukraynanın ədalətli mövqeyini, onun suverenliyini, o cümlədən ölkənin şərqində yerləşən üsyankar regionlarda xarici dövlət, yəni Rusiya tərəfindən təhrik edilən separatizm meyillərinin və Kiyevin deyil, separatçıların nəzarətində olacaq quru əlaqəsinin yaradılmasının qarşısını almaq səylərini qeyd-şərtsiz dəstəkləməsidir.
 
Odur ki, Qərb ölkələri regional hakimiyyətləri Rusiyanın əvəzinə Ukraynanın mərkəzi hökumətindən yardım qəbul etməyə çağırıb. Bu ölkələr yolun açılması, Rusiya sərhədindən həmin ərazilərə keçidin nəzarətsiz olması və ümumiyyətlə, sərhədin “şəffaf” olması ilə bağlı Kiyevə təzyiq etmirdi. Əksinə, Moskva mərkəzdənqaçma qüvvələrini dəstəklədiyinə və onların Ukraynaya inteqrasiyasını əngəllədiyinə görə tənqid olunurdu.
 
Anlayırıq ki, bu ölkələrin arsenalında çox şeylər var ki, onlar istədikləri təqdirdə, hər hansı mövzunu “bu başqa məsələdir” kateqoriyasına daxil edə bilər. Buna baxmayaraq, qeyd etdiyimiz kimi, 9 il əvvəlki faciə indi farsla əvəz olunur. Ermənistan hazırda Rusiyanın rolunu oynayır. Yəni bu ölkə Bakının razılığı olmadan Azərbaycan regionuna mənşəyi bəlli olmayan “humanitar yüklər” göndərməyə çalışır. Ermənistan sanki bunu öz ərazisinə göndərir. Azərbaycan isə Ukrayna rolundadır.
 
Bəs, nə baş verib, cənablar? Günəş hansı tərəfdən çıxıb? ABŞ, Avropa İttifaqı ölkələri niyə eyni vəziyyətlə bağlı mövqeyini 180 dərəcə dəyişib? Azərbaycan isə 9 il əvvəl Ukrayna kimi xarici konvoyları öz regionuna yalnız lazım bildiyi marşrut üzrə buraxmağa hazırdır. Yüklərin həmin əraziyə necə çatdırılmasının sizin üçün nə fərqi var? Eyni yükü Qarabağa, lakin Azərbaycanın sizə göstərəcəyi yol və milli qanunvericiliyə uyğun gömrük rəsmiləşdirilməsi vasitəsilə göndərə bilərsiniz. Siz 9 il əvvəl Ukraynada məhz buna israr edirdiniz. Bəs, sizin yanaşmalarınız niyə qəflətən dəyişib?
 
Əlbəttə ki, bu məsələ saxta humanitar dəyərlər adı altında hay-həşir salan ölkələrin ikili standartlarının çoxsaylı nümunələrindən yalnız biridir. Azərbaycanlılar Naxçıvanın 30 illik blokadasından bəhs edən zaman niyə bizim qərbli tərəfdaşlarımız başlarını qumda gizlədirlər? Onlar niyə İrəvandan bu blokadanın aradan qaldırılmasını, bu eksklava ərzaq və lazımi məhsulların çatdırılması məqsədilə yolun açılmasını tələb etmirlər? Bəlkə, bu, bizim dərimizin rəngi və ya dinimiz ilə bağlıdır? Bəlkə, başqa məsələ var? Siz bunun səbəblərini bizə deyin, biz isə başa düşəcəyimizə söz veririk. Bu vəziyyətlər çox oxşar olsa da, yanaşmalarınız diametral şəkildə fərqlidir. Axı, biz hər şeyi görür və adekvat qiymətləndiririk. Buna görə də qərarları kənar “məsləhətlər”ə, xüsusilə də öz standartlarını müəyyənləşdirə bilməyənlərin fikirlərinə qulaq asmadan özümüz qəbul edirik.

 

Oxşar xəbərlər
17:05, Bu gün
DJ Fateh BDU-nun tələbə-jurnalistlərinə təlim keçib - FOTO
17:00, Bu gün
Qarabağ Universitetinə rektor təyin edildi
16:55, Bu gün
Sakit okean regionunun institutları Yeni Kaledoniyaya dəstək bəyanatı yayıblar
16:50, Bu gün
Ukrayna Rusiyanın Qara dəniz Donanmasının daha bir gəmisini batırıb
16:45, Bu gün
"Dollar Nizami"yə hökm oxundu
16:40, Bu gün
Deputat: "Xala, dayı və bibi uşaqları arasında olan evlilikləri qadağan edə bilərikmi?"
16:35, Bu gün
BDU-da “Könüllülük həftəsi” keçirilir - FOTO
16:29, Bu gün
Xarici dillər üzrə imtahana və əcnəbilər üçün Azərbaycan dili imtahanına qeydiyyat aparılır
16:25, Bu gün
Keçən il Azərbaycanda qarşısı alınan erkən nikahların sayı AÇIQLANDI
16:22, Bu gün
Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar
16:20, Bu gün
Hidayət Heydərov dünya çempionatında finala yqksəldi
16:16, Bu gün
Muxtar Babayev Latviya Seyminin sədri ilə görüşdü
16:10, Bu gün
Ötən il Azərbaycanda 74 minə yaxın abort qeydə alınıb - RƏSMİ
16:08, Bu gün
Mədəniyyət Nazirliyinin Teatr sektoruna təyinat olub
16:05, Bu gün
Azərbaycanda neçə nəfər aliment ödəyir?
16:04, Bu gün
TÜRKSOY-un, ADA və ADMİU-nun rəhbərliyi “Əsrə bərabər gün” tamaşasında
16:00, Bu gün
Canlı efirdə QALMAQAL: Dalaşıb efiri tərk etdi - VİDEO
15:55, Bu gün
Qəza olan ərazidə naməlum şəxs göründü - VİDEO
15:49, Bu gün
"Rusiyanın əsl dostu, görkəmli siyasətçi Rəisinin işıqlı xatirəsi həmişə qəlbimdə yaşayacaq" - Putin
15:47, Bu gün
"Sumqayıt" - "Qəbələ" matçına giriş pulsuz olacaq
15:47, Bu gün
"Sumqayıt" - "Qəbələ" matçına giriş pulsuz olacaq
15:42, Bu gün
Ötən il 175 nəfər münasibətdə olduğu şəxsin zorakılığına məruz qalıb - HESABAT
15:37, Bu gün
"Bild": "Rəisinin olduğu helikopter uçuşa yararsız idi"
15:32, Bu gün
İran prezidentinin helikopterinin qəzaya uğradığı yerdən yeni görüntülər - VİDEO
15:31, Bu gün
“Azərbaycanın qərb regionlarında icma əsaslı aqroturizmin inkişafı imkanları və perspektivləri” mövzusunda konfrans keçirilib
15:26, Bu gün
Azərbaycanda 9 kişiyə mühafizə orderi verildi
15:21, Bu gün
Ölkədəki aliment ödəyicilərinin sayı açıqlandı
15:20, Bu gün
Elmira Rəhimova Mahsun Kırmızıgüllə görüşünün səbəbindən DANIŞDI: "Gözlərinə inanmırdı ki, o mənəm..."
15:15, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bu küçədə hərəkət məhdudlaşdırılacaq
15:10, Bu gün
Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN
15:05, Bu gün
İlham Əliyev Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi - YENİLƏNİB + FOTO
14:59, Bu gün
Xankəndiyə prokuror təyin edildi - FOTO
14:55, Bu gün
İranda səfirliyimiz bu tarixdə açılacaq
14:50, Bu gün
Ordudakı yeyinti ilə bağlı şok faktlar: “Bunu Nəcməddin Sadıkov tələb kimi qoymuşdu...”
14:45, Bu gün
Elçin İbrahimovun kitabının Özbəkistanda təqdimatı keçirilib - FOTO
14:42, Bu gün
“Oğlum quran avazlıdır, dərviş toylarında oxuyur, müğənni olmağını isə...” -FOTO + ÖZƏL
14:39, Bu gün
Məktəbli oğlanlara lüt şəkillərini göndərən qadın: “Bədən mənim, can mənim..." – ŞOK
14:34, Bu gün
Rəisinin helikopteri necə qəzaya uğrayıb? - YENİ və ŞOK DETALLAR
14:31, Bu gün
“Azərbaycanın qərb regionlarında icma əsaslı aqroturizmin inkişafı imkanları və perspektivləri” mövzusunda konfrans keçirilib - FOTO
14:29, Bu gün
Rəisinin ölümü regionda nələri dəyişəcək?-RƏY 
14:26, Bu gün
Alçanı belə yemək olmaz - XƏBƏRDARLIQ
14:22, Bu gün
“TikTok”da kasıbın 3-5 hədiyyəsinə möhtacsan”
14:17, Bu gün
“İran İbrahim Rəisinin qoyduğu yolla getsə...”
14:15, Bu gün
Bakıda qadın özünü 7-ci mərtəbədən atıb
14:12, Bu gün
Kredit götürdükdən sonra dünyasını dəyişən şəxslərin vərəsələri hansı halda borcu qaytarmaya bilər? - Deputat açıqladı
14:07, Bu gün
Xocalıya qayıdacaq sakinlərə sürprizlər hazırlanır - VİDEO
14:02, Bu gün
Qəzada ölən Təbriz imamının evi... - VİDEO
13:57, Bu gün
Əli Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı verdi
13:52, Bu gün
Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatdı - VİDEO
13:47, Bu gün
Azad olunmuş ərazilərdə 35 mina zərərsizləşdirilib
13:42, Bu gün
ƏHD Partiyası İbrahim Rəisinin ölümü ilə bağlı başsağlığı verdi
13:38, Bu gün
Bakıda atmosferi çirkləndirən obyektlər cərimələndi
13:33, Bu gün
Respublika Psixiatriya Xəstəxanasında ÖLÜM
13:28, Bu gün
Sahibə Qafarova Məhəmməd Baqer Qalibafa başsağlığı verdi
13:23, Bu gün
Cəbrayılın dörd kəndinə birinci mərhələdə neçə sakin köçürüləcək?
13:18, Bu gün
Xanım jurnalist vəzifəyə təyin olundu - FOTO
13:14, Bu gün
Dünyada 1-ci şəxslərin həlak olduğu aviaqəzalar – dəhşətli statistika
13:10, Bu gün
Rəisi vəzifədə ölən ikinci İran prezidenti oldu
13:05, Bu gün
BDU-da Respublika elmi konfransı: “Azərbaycan filologiyasında Heydər Əliyev mərhələsi” - FOTO
12:59, Bu gün
Abdullahiyanı o əvəz edəcək
12:55, Bu gün
Politoloq: "İranda prezident seçkiləri ilə əlaqədar fərqli siyasi qruplar fəallaşacaqlar"
12:53, Bu gün
Azərbaycanın müdafiə naziri İran tərəfinə başsağlığı verib
12:50, Bu gün
Azərbaycan cüdoçuları İspaniyada 6 medal qazanıblar
12:45, Bu gün
BDU bir sıra qurumlarla birgə Qarabağ və Dilboz atlarının genom analizini həyata keçirəcək
12:40, Bu gün
Rəisinin dəfn tarixi və yeri açıqlandı
12:35, Bu gün
Birinciliyə iddialı olan ikinci şəxs – Mikoyanla mübarizədə o, partiyada sonuncu adama çevrilib
12:33, Bu gün
Heyət üzvləri anındaca... - Qızıl Aypara Cəmiyyəti
12:31, Bu gün
KOBİA Tacikistan biznesinə Azərbaycanda tərəfdaşların tapılmasında köməklik göstərə bilər
12:27, Bu gün
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir - VİDEO
12:24, Bu gün
BDU-nun tərəfdaşlığı ilə nərəkimilərin endemik növlərinin genom analizi aparılıb - FOTO
12:20, Bu gün
AFFA Region Liqasında bürünc mükafatçı müəyyənləşdi
12:17, Bu gün
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq - PROQNOZ
12:14, Bu gün
Sabah İran Prezidentinin ölümündən sonra parlamentin ilk açıq iclası keçiriləcək
12:09, Bu gün
Putin İrana başsağlığı verdi
12:04, Bu gün
İran XİN-dən SON DƏQİQƏ məlumatı - TƏSİR ETMƏYƏCƏK!
12:01, Bu gün
Pakistanda İran prezidentinin ölümü ilə əlaqədar matəm elan olunub
11:58, Bu gün
Ərdoğan İran Prezidenti və nümayəndə heyətinin həlak olması ilə bağlı başsağlığı verib
11:55, Bu gün
Daha bir paraatletimiz Yaponiyada dünya çempionu oldu
11:50, Bu gün
““Azadlıq” qəzetində verilmiş “Polis rüşvət almır” başlıqlı müsahibəm başımı necə ağrıtdı?..
11:45, Bu gün
UNEC bir sıra türk universitetləri ilə Orhon Mübadilə Proqramını həyata keçirir
11:40, Bu gün
Qərbin “demokratiya cəngavərləri” və onların yerli “marionet kuklaları”nın NƏZƏRİNƏ
11:36, Bu gün
Helikopterin qəza yerindən şok görüntülər - VİDEO
11:31, Bu gün
Bakının məşhur bağı abadlaşdırmadan sonra belə olacaq - FOTO
11:27, Bu gün
Yevlaxda qadın öldürüldü: Əri şübhəli şəxs qismində tutuldu
11:25, Bu gün
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik etdi
11:23, Bu gün
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
11:22, Bu gün
İranda milli matəm elan edildi
11:21, Bu gün
Kirants kəndində sərhəd dirəkləri quraşdırılıb
11:20, Bu gün
Polis mayoru qəfil vəfat etdi
11:19, Bu gün
Rüşvətə görə həbs edilən sabiq bələdiyyə sədri hakim qarşısında
11:19, Bu gün
İranın Azərbaycandakı səfirliyində bayraq endirildi
11:11, Bu gün
Azərbaycanlı fotoqraf Beynəlxalq Foto Sənəti Federasiyasına üzv seçilib
11:09, Bu gün
“Piyada vurulma hadisələrinin əsas səbəbi BUDUR”-EKSPERTDƏN ÇAĞIRIŞ 
11:05, Bu gün
Rumıniyanın ölkəmizdəki səfiri və nümayəndə heyəti BDU-da olub
11:01, Bu gün
“Qarabağ”dan 27 ilin rekordu
10:57, Bu gün
Metrologiya İnstitutuna müvəqqəti rəhbər TƏYİN OLUNDU
10:53, Bu gün
SON DƏQİQƏ- Zelenski daha Ukrayna prezidenti deyil
10:49, Bu gün
Fransada kritik çağırış: Ukrayna bizim silahlarla Rusiya ərazisini vursun
10:40, Bu gün
Ceyhun Bayramov: Həmkarımın həlak olması məni dərindən sarsıtdı
10:31, Bu gün
Azərbaycan XİN İrana başsağlığı verdi - FOTO
GÜNLÜK
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 17:40
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
19 May 2024 | 17:18
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
19 May 2024 | 17:32
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
19 May 2024 | 17:20
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
19 May 2024 | 17:25
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
19 May 2024 | 17:23
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
19 May 2024 | 17:38
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
19 May 2024 | 17:39
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
19 May 2024 | 17:43
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
AYLIQ
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 17:40
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
19 May 2024 | 17:18
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
19 May 2024 | 17:32
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
19 May 2024 | 17:20
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
19 May 2024 | 17:25
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
19 May 2024 | 17:23
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
19 May 2024 | 17:38
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
19 May 2024 | 17:39
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
19 May 2024 | 17:43
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb