00:07
16°C
Bakı
İsrailin Fransadakı səfiri Coşua Zarka Sumud donanmasının fəallarının təhqir edilməsi ilə bağlı Xarici İşlər Nazirliyinə çağırılacaq.
Moderator.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.
O, səfirdən izahat tələb ediləcəyini və Fransa vətəndaşlarının dərhal azad edilməsini istəyəcəyini vurğulayıb:
"Onlara hörmətlə yanaşmaq və mümkün qədər tez azad etmək lazımdır".
Qeyd edək ki, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzzaya humanitar yardım apardığı üçün saxlanılan Sumud donanmasının fəallarının təhqir edilməsini əks etdirən görüntüləri yayıb.