İtaliya dərhal İsrail səfirini çağıracaq - Meloni
Dünya
159
20 May 2026 | 23:05

İtaliya dərhal İsrail səfirini çağıracaq - Meloni

İsrail naziri İtamar Ben-Qvirin yaydığı görüntülər qəbuledilməzdir. Bir çox İtaliya vətəndaşı da daxil olmaqla, yardım aparan fəalların insan ləyaqətini pozan bu rəftara məruz qalması qəbuledilməzdir.

Moderator.az xəbər verir ki, bunu İtaliyanın Baş naziri Corciya Meloni X hesabında yazıb.

“İtaliya hökuməti yardımda iştirak edən İtaliya vətəndaşlarının dərhal azad edilməsini təmin etmək üçün bütün zəruri addımları atır. Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi baş verənlərlə bağlı rəsmi izahat tələb etmək üçün dərhal İsrail səfirini çağıracaq”, - o bildirib.

Qeyd edək ki, İsrail Hərbi Dəniz Qüvvələri humanitar yardımla Qəzzaya gedən Sumud donanmasına aid gəmiləri əməliyyat nəticəsində saxlayıb. Daha sonra təhlükəsizlik naziri Ben-Qvirin fəalların saxlanıldığı həbsxanaya baş çəkdiyi və saxlanılanları təhqir etməsini əks etdirən görüntüləri yayılıb.

Link kopyalandı!
Son xəbərlər