Premyer Liqada ayın məşqçisi AÇIQLANDI
635
07 Nov 2025 | 22:29

Premyer Liqada ayın məşqçisi AÇIQLANDI

İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

Bizim.Media xəbər verir ki, "Mançester Yunayted"i çalışdıran Ruben Amorim həmkarlarını qabaqlayıb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

2024-cü ilin noyaby ayından "Mançester Yunayted"ə rəhbərlik edən portuqaliyalı mütəxəssis ilk dəfə ayın məşqçisi seçilib.

Qeyd edək ki, "Mançester Yunayted" ötən ay ölkə çempionatında keçirdiyi 3 oyunun hər birində qalib gəlib. "Qırmızı şeytanlar" "Sanderlend", "Liverpul" və "Brayton"u məğlub edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər