Qarabağ müharibəsinin qanlı xronikası  - 1985-2020-ci illər...
Cəmiyyət
1663
29 Jan 2021 | 12:50

Qarabağ müharibəsinin qanlı xronikası - 1985-2020-ci illər...

Akif Nağı

Dağlıq Qarabağ məsələsi Ermənistanın Azərbaycana qarşı ərazi iddiası nəticəsində yaranmışdır. Ermənilərin terrorçu Daşnaksütyun partiyası, digər şovinist təşkilatları, Ermənistanda kommunist partiyası adı ilə fəaliyyət göstərən, əslində daşnaksütyun ideyalarının daşıyıcısı olan qüvvələr Azərbaycana qarşı təcavüz planı hazırlamış vəxa0 birgə həyata keçirməyə başlamışlar. Dağlıq Qarabağda yaşayan ermənilərin guya öz haqları uğrunda mübarizə apardıqları ilə bağlı iddiasının heç bir əsası yoxdur. Ermənistan və dünya erməniləri Azərbaycan ərazilərinin bir hissəsini ələ keçirmək üçün çoxdan hazırlıq işləri görürdülər, 1985-ci ildə SSRİ-dəxa0 başlayan hakimiyyət böhranı və “perestroyka” prosesləri onlar üçün əlverişli şərait yaratdı və onlar bu şəraitdənxa0 istifadə etdilər.xa0
1985-ci ildə Ermənistan rəhbərliyi qondarma “erməni soyqırımı”nın 70 illiyini qeyd etmək üçün konkret hərəkətlərə başladı. Onların məqsədi millətçilik hisslərini, qonşu ölkələrə ərazi iddialarını yenidən gündəmə gətirmək və qızışdırmaq idi.xa0
1985-ci il fevralın 21-də Ermənistanın kommunist rəhbərliyi qondarma “erməni soyqırımı”nın 70 illiyi, “24 aprelin genosid qurbanlarının xatirə günü” kimi qeyd olunması təklifi ilə Moskvaya müraciət etdi. Sovet rəhbərliyi müraciətə müsbət yanaşdı, həmçinin hökumət həmin il iyunun 20-də “Ermənilərin xarici ölkələrdən SSRİ-yə köçürülməsinin davam etdirilməsinə dair” qərar qəbul etdi1.xa0
Daşnaksütyun partiyasının 1985-ci ilin dekabrında Afinada keçirilən XXIII qurultayında yeni siyasi platforma qəbul edildi. Həmin sənəddə “Naxçıvan, Qarabağ, Axalkalakinin Ermənistana birləşdirilməsi” əsas vəzifə kimi qoyulurdu2.
Daşnaksütyun partiyası XX əsrin 60-cı illərindən etibarən antisovet fəaliyyətindən imtina etmiş, sovet rejiminin əlverişli şəraitindən istifadə edərək Ermənistanın sərhədlərini genişləndirmək xətti götürmüşdü. 80-ci illərdə bu xətt daha konkret şəkildə nümayiş etdirildi. Daşnaksütyun 1988-ci ildə “Qarabağ hərakatı”na dəstək əldə etmək üçün SSRİ dövlət təklükəsizlik komitəsi ilə əməkdaşlıq edirdi3. Daşnaksütyun, Ramkavar, Qnçak və digər erməni qurumları 1988-ci ildə birgə bəyanatla çıxış edərək, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını dəstəklədilər, həmcinin xalqı sovet rejiminə qarşı çıxışlardan, aksiyalardan çəkinməyə çağırdılar və bu çağırışı belə əsaslandırdılar ki, bu cür fəaliyyət sovet rəhbərliyininxa0 ermənilərə xoş münasibətini pisləşdirə bilər4.xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
Ermənilər paralel olaraq Ermənistanda və xaricdə ictimai rəyi məkrli niyyətlərinə uyğun olaraq hazırlamağa başladılar. Erməni avantürist Zori Balayan “Oçak” kitabını yazdı. Kitab 1981-ci ildə Ermənistanda nəşr olunmuşdu, amma ciddi rezonans doğurmamışdı. 1984-cü ildə Moskvada çap edildikdən sonra erməni millətçilərinin əsas təbliğat vasitəsinə çevrildi. Bu kitabı Dağlıq Qarabağ münaqişəsini alovlandıran fitil və yaxud son dövrün ilk terror aktı kimi də dəyərləndirmək olardı. Z. Balayan bu kitabda Dağlıq Qarabağa və Naxçıvana əsassız ermən iddiasını ortaya qoydu. Heç vaxt ermənilərə aidiyyatı olmayan Araz çayını da erməniləşdirməyə cəhd etdi: “Araz sahilində sübhü qarşıladım. Erməni çayı ilə ermənicə danışdıq”. Bu kitabda türklər, azərbaycanlılar Rusiyanın və Ermənistanın düşməni elan olunurdu5.
Ermənilər 1987-ci ildə beynəlxalq aləmdə ilk nəticəyə nail oldular. Həmin il iyulun 17-də Avropa parlamenti qondarma “erməni soqırımı” iddialarını tanıdı və “soyqırım qurbanları” xatirə gününü təsis etdi. Bunun ardınca SSRİ rəhbəri Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müsaviri A.Aqanbekyan 1987-ci il oktyabrın 21-də Parisdə müsahibə verərək Dağlıq Qarabağın Ermənistana verilməsinin vacibliyini iqtisadi amillərlə əsaslandırmağa cəhd etdi. Ermənilərin Dağlıq Qarabağa iddialarını əks etdirən bu müsahibə noyabrın 18-də Fransanın “L` Humanite” qəzetində çap olundu. 1987-ci ilin oktyabr ayından başlayaraq İrəvanda “Qarabağ” komitəsinin təşkilatçılığı ilə Dağlıq Qarabağın Azərbaycandan alınaraq Ermənistana verilməsi tələbi ilə mitinqlər, nümayişlər başladı, geniş təbliğat kampaniyasına start verildi. Noyabr ayında Ermənistanın Qafan və Mehri rayonlarında azərbaycanlılara qarşı ilk təzyiqlər göstərildi, onları deportasiya etməyə başladılar6. Qafan və Mehridən çıxarılan azərbaycanlılar Qarabağ müharibəsinin ilk qaçqınlarına çevrildilər. Ermənistan rəhbərliyi azərbaycanlıları deportasiya etməklə böyük müharibəyə hazırlaşırdı. Həmin vaxt Ermənistanda kompakt şəkildə 300 min nəfər azərbaycanlı yaşayırdı. Bu sayda azərbaycanlının orada yaşaması Ermənistanın Azərbaycana qarşı müharibəsinixa0 qeyri-mümkün edirdi.
1988-ci il fevralın 13-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin inzibati mərkəzi Xankəndi şəhərində ermənilər ilk mitinqi keçirdilər. Mitinqlər dalğası üzərində fevralın 20-də Dağlıq Qarabağın yerli özünüidarəetmə orqanı-xalq deputatları soveti bölgənin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana birləşdirilməsinə dair qərar qəbul etdi və bu qərarın yerinə yetirilməsi üçün Azərbaycan, Ermənistan və SSRİ rəhbərlərinə müraciət göndərildi7.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiası və təcavüzü bu cür başladı. Ermənistan Azərbaycan torpaqlarını ələ keçirmək üçün Dağlıq Qarabağdakı erməni əhalidən vasitə kimi istifadə edirdi. Rəsmi statistikaya görə, 1989-cu ildə, yəni münaqişə başlayan vaxt, Dağlıq Qarabağda əhalinin sayı 189 min nəfər idi, onlardan 145,5 min (76,9%) erməni, 40,7 min nəfər (21,5%) azərbaycanlı idi8. Ekspertlər ermənilərin sayının şişirdilmiş olduğunu qeyd edirlər.
Ermənistan hakimiyyəti tərəfindən Azərbaycanın Dağlıq Qarabağ və digər bölgələrinə göndərilən təxribat qrupları qanlı hadisələr törətməyə başlayırlar. 1988-ci il fevralın 22-də erməni təxribat qrupları Dağlıq Qarabağ bölgəsinin Əsgəran qəsəbəsində dinc yürüşdə iştirak edən 2 gənc azərbaycanlını – Əli Hacıyev və Bəxtiyar Quliyevi odlu silahla öldürdü, 19 nəfər aksiya iştirakçısını yaraladı. Onlar münaqişənin ilk qurbanları oldular9. Az sonra, 1988-ci il fevralın 28-29-da Azərbaycanın Sumqayıt şəhərində Ermənistanın təxribat qrupları tərəfindən qanlı hadisələr törədildi, 26 erməni və 6 azərbaycanlı öldürüldü, qırğınların əsas təşkilatlarından biri erməni əsilli Eduard Qriqoryan idi10. Ermənistan rəhbərliyi bu qanlı hadisələri törətməklə proseslərin qarşısıalınmaz məcraya girməsi, böyük münaqişəyə çevrilməsini istəyirdi ki, yaranmış vəziyyətdən istifadə edərək, Azərbaycan ərazilərini ələ keçirsin.
Ermənistan artıq niyyətini gizlətmirdi. 1988-ci il iyunun 15-də Ermənistan parlamenti (Ermənistan SSR Ali Soveti) Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etdi11. Ermənistan ilhaqçı hərəkətlərinə “qanunverici” don geyindirməklə yanaşı, qanlı cinayətlərini davam etdirirdi. 1988-ci ilin noyabr ayında Ermənistanın şimal-şərq hissəsindəki Vartan yaşayış məntəqəsində erməni silahlı dəstələri 14 azərbaycanlını diri-diri yandırdılar, həmin ayın sonunda Ermənistanın Quqark (tarixi Qarakilsə) bölgəsində 30-dan artıq azərbaycanlı qətlə yetirildi12. Ermənistan rəhbərliyi daha bir cinayəti bu ölkənin Spitak (tarixi Hamamlı) bölgəsində baş vermiş zəlzələdən zərər çəkənlərə kömək üçün gedən azərbaycanlılara qarşı törətdi. 1988-ci il dekabrın 11-də Azərbaycandan Ermənistana humanitar yardım məqsədi ilə uçan təyyarə Ermənistanın Leninakan şəhəri yaxınlığında yerli aeroportun işçiləri tərəfindən bilərəkdən yanlış koordinatlar verilərək qəzaya uğradıldı. Təyyarədəki 68 xilasedici və 9 nəfər ekipaj üzvü həlak oldu. Yalnız bir nəfər sağ qalmışdı, onu xəstəxanaya yerləşdirmişdilər, lakin yerli ermənilərin tələbi ilə xəstəxanadan çıxarılıb Bakıya göndərdilər. Hətta erməni həkimləri də “ermənilər arasında türkə yer yoxdur” – deyib onu müalicə etməkdən boyun qaçırmışdılar13.
1988-ci ilin sonuna qədər Ermənistanda yaşayan azərbaycanlıların, demək olar ki, hamısı oradan zorla deportasiya edildi. Deportasiya zamanı 218 azərbaycanlı qəddarlıqla öldürüldü, onlardan 52 nəfər aldıqları yaralardan, 34 nəfər işgəncələrdən, 20 nəfər odlu silahdan ölüb, 15 nəfər diri-diri yandırılıb, 9 nəfər həkimlər tərəfindən öldürülüb14.
Ermənistan rəhbərliyi Azərbaycana qarşı beynəlxalq dəstəyə də nail olmağa çalışırdı. Erməni lobbisinin təsiri altında ABŞ Senatı 1989-cu il iyulun 19-da Azərbaycanın Dağlıq Qarabağ muxtar vilayətində vəziyyətə dair qətnamə qəbul etdi. Bu sənəddə faktlar kobud şəkildə təhrif edildi, Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərin hüquqlarının guya Azərbaycan rəhbərliyi tərəfindən pozulduğu iddia edildi. Həmin il noyabrın 17-də ABŞ Senatının xarici işlər üzrə komitəsi Dağlıq Qarabağ üzrə yeni qətnamə qəbul etdi. Bu qətnamə iki gün sonra Senat tərəfindən təsdiq edildi. Sənəddə ABŞ-ın Dağlıq Qarabağ ermənilərinin “mübarizəsini” müdafiə etdiyi ifadə olunurdu15. Azərbaycan həmin vaxt SSRİ-nin tərkib hissəsi olduğuna görə müstəqil addım ata bilmir, ABŞ-ın bu mövqeyinə qarşı münasibət bildirilməsi üçün SSRİ rəhbərliyinə müraciət edirdi. Moskva isə reaksiya vermirdi. Ümumiyyətlə, SSRİ rəhbərliyi münaqişə başlayandan hadisələrin qarşısını almaq üçün heç bir ciddi tədbir görmədi, mənasız sənədlər qəbul etməklə kifayətləndi. Belə təsəvvür yaranırdı ki, SSRİ rəhbərliyi, həmçinin ABŞ və digər Qərb ölkələri Ermənistanın təcavüzkar hərəkətlərini davam etdirməsində maraqlıdırlar.
Ermənistan parlamenti (Ali Soveti) bu şəraitdən “ruhlanaraq” 1989-cu il dekabrın 1-də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə dair qətnamə qəbul etdi16.
Ermənistan vəziyyəti daha da kəskinləşdirərək 1990-cı il yanvarın 18-də Azərbaycanın Naxçıvan bölgəsinin Kərki yaşayış məntəqəsini işğal etdi17. SSRİ xüsusi xidmət orqanları Ermənistan tərəfinin iştirakı ilə Azərbaycanın paytaxtı Bakı şəhərində 1990-cı il yanvarın 13-dən başlayaraq “erməni qırğınları” törətdilər18. Müxtəlif məlumatlara görə bu hadisələr zamanı 4819 və ya 6620 nəfər ölüb. Bu qırğınları təşkil etməkdə SSRİ rəhbərliyi Azərbaycanda müstəqillik uğrunda genişlənən mübarizəni boğmaq, Ermənistan rejimi isə Azərbaycana qarşı işğalçı hərəkətlər üçün daha bir “əsas” əldə etmək məqsədi güdürdü. Sonrakı hadisələr bunu təsdiq etdi. Sovet rəhbərliyi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə 50 minlik qoşun yeritdi. Bakının küçələrində insanları qətlə yetirən cəza dəstələrinin içərisində çoxlu sayda erməni hərbçiləri var idi. Bakı və digər bölgələrdə həyata keçirilən hərbi müdaxilə Sovet rəhbərliyi və erməni mərkəzlərinin birgə planı idi. 20 Yanvar hadisələrinin tədqiqi üzrə parlament komissiyasının rəsmi məlumatına görə, bu kütləvi qırğın nəticəsində 131 nəfər həlak oldu, 744 nəfər yaralandı21. Ölənlərin içərisində 117 azərbaycanlı, 6 rus, 3 tatar olmaqla hamısı Azərbaycan vətəndaşları idi22. Bu hadisə Sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı cinayəti idi. ABŞ rəhbərliyi də bu cinayətə şərik çıxdı, prezident Corc Buş bu cinayətə bəraət qazandıraraq bildirdi ki, Qorbaçov “qayda-qanunu qorumaq” üçün Bakıya qoşun yeritməyə məcbur idi23.
1990-cı il iyulun 11-də ermənilər Kəlbəcərə gedən maşınlara silahlı hücum etdilər, 14 nəfər azərbaycanlı öldürüldü, 35 nəfər yaralandı. Avqustun 10-da Tiflis-Ağdam avtobusu erməni terrorçuları A.Avanesyan və M.Tatevosyan tərəfindən partladıldı, 20 nəfər öldü, 30 nəfər yaralandı. Həmin gün Şəmkir-Gəncə yolunda avtobus partladıldı, 17 nəfər həlak oldu, 26 nəfər yaralandı. Avqustun 20-də Ermənistanın silahlı dəstələri Azərbaycanın Qazax rayonu Bağanis Ayrım kəndinə hücum edib dağıtdılar, 5 nəfər kənd sakinini öz evlərində diri-diri yandırdılar. 1991-ci il mayın 30-da erməni terrorçuları Moskva-Bakı qatarını partlatdılar, 11 nəfər öldü, 22 nəfər yaralandı. Həmin il iyulun 31-də yenidən Moskva-Bakı qatarı partladıldı, 16 nəfər həlak oldu, 20 nəfər yaralandı. Noyabrın 20-də erməni terrorçuları tərəfindən Dağlıq Qarabağın Xocavənd rayonu Qarakənd ərazisi üzərində helikopter raketlə vuruldu. Helikopterdə olan 22 nəfər, o cümlədən Azərbaycanın dövlət katibi və digər rəsmiləri, Rusiya və Qazaxıstandan Dağlıq Qarabağ münaqişəsi üzrə vasitəçilər, deputatlar, jurnalistlər həlak oldular24.
Ermənistanın hərbi dəstələri 1991-ci ilin sonuna qədər Dağlıq Qarabağ bölgəsində azərbaycanlıların yaşadıqları 57 yaşayış məntəqəsinin böyük əksəriyyətindən azərbaycanlıları zorla çıxardılar. Bundan sonra Ermənistan rəhbərliyi yerdə qalan azsaylı yaşayış məntəqələrini hədəfə götürdü. İlk olaraq kütləvi ölümlə nəticələnən daha bir neçə terror aktı törədilir. 1992-ci il yanvarın 8-də Türkmənistanın Krasnovodsk (Türkmənbaşı) şəhərindən Bakıya istiqamət götürən bərə partladıldı, 25 nəfər həlak oldu, 88 nəfər yaralandı. Bir neçə gün sonra, yanvarın 28-də isə Azərbaycanın Ağdam və Şuşa şəhərləri arasında uçan mülki helikopter erməni terrorçuları tərəfindən raketlə vuruldu, 41 nəfər sərnişin və 3 nəfər ekipaj üzvü həlak oldu25.
Ermənistan rəhbərliyi azərbaycanlılara qarşı daha qəddar və sərt metodlara keçdi. 1992-ci il fevralın 13-17-də Dağlıq Qarabağın Xocavənd rayonu Qaradağlı kəndi darmadağın edildi. Kənd sakinlərindən 145 nəfərə yaxın (15 qadın və 13 uşaq olmaqla) qətlə yetirildi və diri-diri yandırıldı. Bir neçə gün sonra Dağlıq Qarabağın Xocalı şəhərində azərbaycanlılara qarşı kütləvi qətliam, soyqırım törədildi, 613 dinc sakin öldürüldü, 1000-dən artıq adam şikəst edildi, 1275 dinc sakin əsir götürüldü. Xocalı qətliamında məlum erməni terrorçusu Monte Melkonyan, Ermənistanın 3-cü prezidenti Serj Sərkisyan, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan birbaşa iştirak etmişdilər26. Həmin ilin aprel ayında ermənilər daha bir cinayət törətdilər. Aprelin 7-dən 8-nə keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən kənarda yerləşən Kəlbəcər rayonunun 130 evi olan Ağdaban kəndini tamamilə yandırdılar, 779 dinc sakin işgəncələrə məruz qaldı, onlardan 67 nəfər qəddarlıqla öldürüldü, o cümlədən 8 qoca, 7 qadın, 2 uşaq diri-diri yandırıldı27.
Ermənistan rəhbərliyinin terrorçu və təcavüzkar hərəkətlərinə beynəlxalq birlik tərəfindən adekvat reaksiyanın verilməməsi işğalçı ölkənin yeni təşəbbüslərinə yol açdı. 1992-ci il mayın 8-də Dağlıq Qarabağ bölgəsinin demək olar ki, tamamilə azərbaycanlılardan ibarət olan Şuşa şəhəri işğal olundu. Şuşa rayonunda əhalinin 91 faizini azərbaycanlılar təşkil edirdi. Şuşa şəhərində 17 min əhali yaşayırdı, onların 98 faizi azərbaycanlılar idi28. Şuşa işğal olunarkən 480 nəfərdən artıq dinc sakin öldürüldü, 600 nəfərə yaxın yaralandı, 22 mindən artıq adam deportasiya edildi. Şəhərin bütün vacib müəssisələri məhv edildi, 279 dini, tarix və mədəni abidə dağıdıldı29. Şuşanın işğalı ilə Ermənistan rəhbərliyi Dağlıq Qarabağ bölgəsini tam nəzarətə götürdü, burada etnik təmizləməni başa çatdırdı. İşğal və etnik təmizləmə nəticəsində 40 min nəfərdən artıq azərbaycanlı qədimdən yaşadıqları Dağlıq Qarabağ bölgəsindən zorla deportasiya edildi. Hazırda Dağlıq Qarabağdan çıxarılan azərbaycanlıların sayı 80 min nəfərdən çoxdur30.
xa0 xa0Ermənistan rəhbərliyi Dağlıq Qarabağ bölgəsinin 4,4 min kv.kilometrlik ərazisini tam işğal etdikdən sonra Azərbaycanın digər ərazilərinə hücuma başladılar. Ermənistan hərbi birləşmələri 1992-ci il mayın 18-də Dağlıq Qarabağ bölgəsinin inzibati sərhədlərindən kənarda yerləşən Laçın şəhərini işğal etdi, az sonra rayonun bütövlükdə işğalını başa çatdırdı. Rayonun ərazisi 1835 kv. kilometr təşkil edir. İşğala qədər əhalisi 58,7 min, hazırda 76 mindən çoxdur. Müharibənin gedişində rayon 267 nəfər şəhid verib. Rayonun 40-a qədər mədəni və tarixi abidəsi işğal altında qalmış, dağıdılmışdır31.
xa0 Ermənistan rəhbərliyi Azərbaycana qarşı işğal hərəkətlərini Sovet, müstəqillik dövründə isə Rusiya rəhbərliyinin hərtərəfli dəstəyi ilə həyata keçirirdi.Üstəlik ABŞ rəhbərliyi də erməni lobbisinin təsiri altında işğalçı ölkəyə dəstəyini davam etdirirdi. ABŞ Konqresi 1992-ci il oktyabrın 24-də “Azadlığa dəstək aktı” adlı qətnamə qəbul etdi, bu sənədə edilən 907-ci düzəlişlə Azərbaycandan başqa keçmiş sovet respublikalarının (Ermənistan, Gürcüstan, Belarus və s.) hamısına iqtisadi yardımın göstərilməsi nəzərdə tutulurdu. Azərbaycana yardımın göstərilməməsi onun guya “Ermənistana və Dağlıq Qarabağa qarşı blokada və digər hücum cəhdləri” tətbiq etməsi ilə izah olunurdu32. İşğala məruz qalan Azərbaycana qarşı tətbiq edilən bu qadağa, məntiqdən uzaq olmaqla elə bir ciddi iqtisadi deyil, tam siyasi xarakterli akt və ermənipərəst mövqenin göstəricisi idi. Bu düzəliş 2002-ci ilə qədər qüvvədə qalmış, yalnız həmin ildən başlayaraq prezident tərəfindən hər il bir il müddətinə fəaliyyəti dayandırılır, amma hələ də tam şəkildə ləğv edilməyib.
Bu arada ermənilər terrorçu hərəkətlərini də davam etdirirdilər. 1993-cü il fevralın 28-də erməni terrorçuları Kislovodsk-Bakı sərnişin qatarını partlatdılar, 11 nəfər həlak oldu, 18 nəfər yaralandı33. Bunun ardınca, aprelin 2-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Kəlbəcər şəhərini, az sonra bütövlükdə rayonu işğal etdi. İşğal zamanı əhalinin sayı 54 min, hazırda 91 min nəfərdir. Müharibənin gedişində erməni hərbi dəstələri tərəfindən 483 kəlbəcərli öldürülüb. Erməni birləşmələri rayonu zəbt edərkən dinc sakinlərə qarşı zorakılıqlar etdi, atəş açdı, xeyli sayda insanı girov götürdülər. Rayonun əhalisinin hamısını azərbaycanlılar, az miqdarda kürdlər təşkil edirdi34.
xa0Ağdam rayonu erməni işğalına qarşı mübarizənin mərkəzində dayanırdı. Ermənistan rəhbərliyi böyük qüvvələr cəlb etməklə 40 gün davam edən döyüşlərdən sonra 1993-cü il iyulun 23-də Ağdam şəhərini, az sonra isə rayonun əsas hissəsini işğal etdi. Rayonun 1,1 min kv.kilometr ərazisinin 846,7 kv.kilometr hissəsi işğal edildi. İşğal ərəfəsində rayonun əhalisi hamısı azərbaycanlılardan ibarət olmaqla 126 min nəfər idi, hazırda bu rəqəm 197,7 min nəfər təşkil edir. Ağdam 5897 nəfər şəhid verib. Düşmən Ağdam şəhərini ələ keçirdikdən sonra dağıtdı, yandırdı, xarabalığa çevirdi. Ağdamı “Qafqazın Xirosiması” da adlandırırlar35.
Bundan sonra Ermənistan sürətlə Azərbaycanın digər ərazilərini işğal etdi. Ermənistan hərbi qüvvələri 1993-cü il avqustun 23-də Füzuli və Cəbrayıl şəhərlərini, az sonra isə Cəbrayıl rayonunu bütövlükdə, Füzuli rayonunun əsas hissəsini işğal etdi. Füzuli rayonunda işğal ərəfəsində hamısı azərbaycanlı olmaqla 105,2 min nəfər əhali yaşayırdı, hazırda rayon əhalisinin sayı 129,4 min nəfərdir. Rayonun müharibə zamanı 657 nəfər şəhidi olub. Cəbrayıl rayonunun işğala qədər əhalisi 52,6 min nəfər idi, hazırda 79 min nəfərə çatıb. Cəbrayıl rayonu müharibə ərzində 368 nəfər şəhid verib. Erməni işğalçıları Füzuli və Cəbrayıl rayonlarını dağıdıblar, yandırıblar36.
Ermənistan silahlı birləşmələri avqustun 31-də Qubadlı rayon mərkəzini, az sonra isə rayonun 802 km2 ərazisini bütövlükdə işğal etdi. Ermənistanın hərbi birləşmələri rayonu işğal edərkən 238 nəfər dinc sakini qətlə yetirib. İşğal nəticəsində rayonun bütün əhalisi-29,9 min nəfər zorla deportasiya edilib, hazırda öz yurdlarından qovulmuş qubadlıların sayı 40,2 min nəfərdir37. Ermənistan 1993-cü ilin oktyabrında Azərbaycanın Zəngilan rayonunu zəbt etməklə Dağlıq Qarabağ bölgəsinin ətrafındakı rayonların işğalını başa çatdırdı. Oktyabrın 29-da Zəngilan rayon mərkəzi, daha sonra isə rayonun 707 km2-lik ərazisi bütövlükdə işğal edildi. İşğal prosesində rayonun 235 dinc sakini ermənilər tərəfindən öldürülüb. Rayonun işğal vaxtı 35,6 min nəfər təşkil edən əhalisinin hamısı zorla deportasiya edilib, hazırda zəngilanlıların sayı 43,9 min nəfərdir38.
Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonu işğal etdikdən, minlərlə insanı qətlə yetirdikdən, etnik təmizləmə siyasəti həyata keçirərək yüzminlərlə azərbaycanlını öz yurdlarından zorla deportasiya etdikdən sonra da cinayətlərini dayandırmadı. 1994-cü il fevralın 1-də Kislovodsk-Bakı sərnişin qatarı erməni terrorçuları tərəfindən partladıldı, 3 nəfər həlak oldu, 20 nəfərdən çox adam yaralandı39. Həmin il martın 17-də Rusiyanın paytaxtı Moskvadan İrana uçan təyyarə Dağlıq Qarabağ üzərində erməni hərbçiləri tərəfindən vuruldu, təyyarədə olan 19 İran diplomatı və ailə üzvləri, o cümlədən 9 uşaq, həmçinin 13 nəfərlik ekipaj üzvü həlak oldular40. Bu hadisədən az sonra erməni terror qrupu Azərbaycanın paytaxtı Bakı şəhərində dəhşətli cinayət aktı törətdi. Martın 19-da Bakı metrosunun “20 yanvar” stansiyasında partlayış törətdilər, nəticədə 14 nəfər həlak oldu, 49 nəfər yaralandı41.xa0
1994-cü il mayın 12-də Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında müvəqqəti atəşkəs sazişi imzalandı, hərbi əməliyyatlar dayandırıldı. Lakin Ermənistan Azərbaycana qarşı cinayətlərini dayandırmadı.
1994-cü il iyulun 3-də erməni terrorçuları yenidən Bakı metrosunda partlayış törətdilər. “Gənclik” və “28 May” metrostansiyaları arasında törədilən terror aktı nəticəsində 13 nəfər həlak oldu, 58 sərnişin yaralandı42.
Bütün bu cinayətlərdən sonra Ermənistan rəhbərliyi mövqeyini bir qədər dəyişdirdi. Çünki istədiklərinə nail olmuşdular. Azərbaycanın 20 faiz ərazisi, 14 min km2-lik Azərbaycan torpaqları artıq onların nəzarətində idi. ATƏT-in Minsk qrupu həmsədrləri deyilən qurumun yaradılması ilə Ermənistan özü üçün beynəlxalq dəstəyi də təmin etdi. Həmsədr ölkələrin hər üçü Rusiya, Fransa və ABŞ birmənalı şəkildə Ermənistanı dəstəkləyirdi. Üstəlik ABŞ Konqresinin qərarı ilə 1998-ci ildən Dağlıq Qarabağdakı qondarma rejimə dövlət səviyyəsində maliyyə yardımı göstərilir43.
Bu vaxtdan etibarən Ermənistan zəbt etdiyi Azərbaycan ərazilərdə möhkəmlənmək, işğala legitimlik donu geyindirmək siyasəti yeritməyə başladı. Erməni cinayətlərinin xarakteri də bir qədər dəyişdi, cəbhə xəttində müxtəlif təxribatların törədilməsi, snayperlər vasitəsi ilə dinc sakinlərin öldürülməsi kimi cinayətlər üstünlük təşkil edirdi.
Erməistan silahlı dəstələri tərəfindən azərbaycanlı uşaqların öldürülməsi bəşəriyyətə, insanlığa qarşı cinayətdir. Müharibənin gedişində 193 azərbaycanlı uşaq ermənilər tərəfindən qətlə yetirilib, 71 uşaq itkin düşüb, 29 uşaq girov götürülüb. Xocalı sakinlərinə qarşıxa0 törədilən soyqırım zamanı qətlə yetirilənlərdən 63-ü uşaq olub, yaralanan 487 nəfərdən 76-sı uşaq olub. Qaradağlı qətliamında ermənilər 8,xa0 Kəlbəcərin işğalı zamanı da ermənilər 8 uşağı qətlə yetiriblər44.xa0
Atəşkəs dövründə 34 uşaq erməni tərəfindən atılan atəşin qurbanı olub. Onlardan 14 nəfər həlak olub, 20-si isə yaralanıb45.
Bu illər ərzində azərbaycanlılar erməni atəşindən, ərazilərimizə basdırdıqları minaların partlamasından həyatlarını itirmiş, şikəst olmuşlar. Ağdam rayon sakini Sədaqət Məmmədova 2009-cu il dekabrın 21-də46, 2010-cu il yanvarın 14-də Tərtər rayonu istiqamətində ermənilərin atəşi nəticəsində Azərbaycan Ordusunun əsgəri Elşən Şahmarov47, Füzuli rayonu istiqamətində əsgər Vüqar Pənahov 2010-cu il martın 26-da48, 2010-cu il martın 27-də əsgər Vüsal Salahlı49, Azərbaycan Ordusunun Qazax rayon sakinləri Həsən Hüseynov və Sakit Məmmədov50 2010-cu il aprelin 3-də, 2010-cu il iyunun 21-də cəbhənin Füzuli istiqamətində əsgər Elgün Şükürov51, 2010-cu il iyulun 24-dəxa0 əsgər Süleyman İsmayılov cəbhənin Goranboy istiqamətində52, 2010-cu il sentyabrın 5-də zabitlərimiz Əhmd Abdullayev və Fərid Əhmədov cəbhənin Tərtər istiqamətində53, 2010-cu il sentyabrın 26-da əsgər Taleh Abbasov cəbhənin Ağdam istiqamətində54, 2010-cu il noyabrın 19-da cəbhənin Ağcabədi istiqamətində gizir İbrahim İbrahimov55, 2011-ci il yanvarın 17-də Tərtər rayonu istiqamətində əsgər Məmməd Azadəliyev56, 2011-ci il yanvarın 25-də Ağdam istiqamətində zabit Zamin Məmmədov57, 2011-ci il martın 8-də Ağdam rayonu Orta Qərvənd kəndininxa0 10 yaşlı sakini Fariz Bədəlov58, 2011-ci il martın 23-də Füzuli istiqamətində əsgər Samir Ağayev59, 2011-ci il martın 24-də Tərtər istiqamətində əsgər Elnur Məmmədov60, 2011-ci il iyulun 14-də Tovuz rayonu Əlibəyli kəndinin 13 yaşlı sakini Aygün Şahmalıyeva61, 2011-ci il oktyabrın 11-də Ağdam istiqamətində əsgər Mahmud Mərdəliyev62, 2011-ci il noyabrın 26-da Tərtər istiqamətində əsgər Elmar Həbibzadə63, 2012-ci il iyunun 5-də Qazax rayonu istiqamətində əsgərlərimz Amil Əliyev, Xalid Əzizov, Vahid Bağırov, Zülfüqar Ataşlı, Elçin İsmayılov64, 2012-ci il iyulun 20-də Tovuz rayonu istiqamətində zabit , baş leytenant Cəfər Cəfərov65, 2012-ci il avqustun 13-dəxa0 Ağdam istiqamətində əsgər Mirzəməhəmməd Ruşanov66, 2013-cü il martın 26-da əsgər Mehman Sadıqov67, 2013-cü il aprelin 9-da Ağdam istiqamətində leytenant Şəhriyar Məmmədov68, 2013-cü il mayın 27-də Tərtər istiqamətində əsgər Namiq Həmidov69, 2013-cü il oktyabrın 26-da Tərtər istiqamətində gizir Aydın Abdullayev70, 2013-cü il dekabrın 27-də Tərtər istiqamətində əsgər Sərxan Qasımov71, 2014-cü il yanvarın 27-də Ağdam istiqamətində leytenant Səbuhi Əzizov72, 2014-cü il fevralın 7-də Tərtər istiqamətində əsgər Eşqin Quliyev73, 2014-cü il martın 17-də əsgər Elvin Hüseynov74, 2014-cü il aprelin 1-də Tərtər istiqamətində əsgər Akif Baxşıyev75, 2014-cü il mayın 28-də Füzuli istiqamətində kapitan Fikrət Məmmədov, gizir Xudaverdi Abilov76, 2014-cü il iyunun 2-də Naxçıvan istiqamətində əsgər Zaur Həsənli77, Tərtər rayon sakini Mübariz Əliyev 2014-cü il iyulun 19-da78, 2014-cü il iyulun 31-də Tərtər istiqamətində əsgər Qaryağdı Əhmədov, gizir İsa Almazov, əsgər Əli Rəhimov, əsgər Səftər Məmmədov, əsgər Mustafa Əlicoşqunov, əsgər Elnur İbrahimov, əsgər Hüseyn Abdulov, əsgər Vüqar Poladov79, 2014-cü il avqustun 2-də Ağdam-Ağdərə istiqamətində gizir Pərvin Əliyev, kiçik gizirlər Rahil Hüseynov, Elçin Əhmədov, əsgər Sənan Quliyev80, 2014-cü il avqustun 4-də əsgər Anar Qarazadə81, 2014-cü il avqustun 6-da əsgər Sahil Tərlanlı82, 2014-cü il avqustun 9-da Tovuz rayonu istiqamətində əsgər Rüfət Fətəlizadə83, 2014-cü il sentyabrın 23-də əsgər Kəramət Şəbiyev84, 2014-cü il sentyabrın 27-də leytenant Allahverdi Baxışlı85, 2014-cü il oktyabrın 9-da əsgər Tural Əhmədov86, 2014-cü il noyabrın 20-də əsgər Rüstəm Əzizov87, 2015-ci il yanvarın 31-də Xocavənd rayonu istiqamətində əsgər Eşqin Allahverdiyev88, 2015-ci il fevralın 6-da əsgər Fərid Ağayev89, 2015-ci il martın 12-də əsgər Anar Atayev90, 2015-ci il martın 27-də Tərtər istiqamətində əsgər Etibar Kazımov91, 2015-ci il martın 28-də Ağdam istiqamətində baş leytenant İqbal Əhmədov92, 2015-ci il iyulun 24-də Gədəbəy istiqamətində əsgər Eldar Fətəliyev93, 2015-ci il sentyabrın 2-də Tovuz istiqamətində gizir Ruslan Ağayev94, 2015-ci il sentyabrın 26-da əsgər Elşən Məmmədov95, 2015-ci il sentyabrın 28-də əsgərlər Rauf Vəliyev, Neman Əhmədzadə, Zöhrab Mustafazadə96, 2015-ci il noyabrın 30-da əsgər Elşən İsmayılov, gizir Fariz Novruzov97, 2015-ci il dekabrın 7-də baş leytenant Abdulla Mollayev98, 2015-ci il dekabrın 14-də əsgər Nihad Rəhimli99, 2015-ci il dekabrın 17-də əsgər Rəşad Cəfərzadə100, 2015-ci il dekabrın 19-da Beyləqan istiqamətində əsgər İbrahim Nurməmmədzadə101, 2016-cı il yanvarın 29-da Tovuz-Qazax istiqamətində əsgər Nahid Səfərov102, 2016-cı il fevralın 4-də Tovuz-Qazax istiqamətində əsgər İmran Mirzəyev103, 2016-cı il aprelin 2-də Tərtərin Qarağacı kəndində məskunlaşmış Ağdamdan məcburi köçkün Cəlal Rəhimov104, 2016-cı il aprelin 3-də Tərtər istiqamətində gizir Nicat İsgəndərov, Ağdam istiqamətində əsgər Sərvan Mehrəliyev105, 2016-cı il aprelin 2-3-də Ağdam-Tərtər istiqamətində, 12 Azərbaycan hərbcisi, 3 dinc sakin106, 2016-cı il aprel ayının əvvəlində gedən döyüşlər zamanı tam olmayan məlumatlara görə, Tərtərin Qarağaçı kəndində mülki şəxs Cəlal Rəhimov, əsgər Fərahim Novruzov, əsgər Etimad Mirzəyev, polkovnik-leytenant Raquf Orucov, Tərtər rayonu Həsənqaya kəndinin dinc sakini Turanə Həsənova, əsgər Nurlan Əsgərov, gizir Rusif Ağayev, əsgər Səbuhi Musayev, əsgər Ülvi Məmmədov, gizir Bəxtiyar Hüseynov, baş leytenant Elvin Namazov, əsgər Fəxrəddin Qurbanov, gizir Teymur Qasımov, əsgər Adil Adilzadə,xa0 xa0əsgər Mahir Mirzəyev, mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov, polkovnik – leytenant Murad Mirzəyev, əsgər Əbdülməcid Axundov, gizir Pəncəli Teymurov,əsgər Məhəbbət Mirzəyev,xa0 əsgər Qabil Orucov, əsgər Orxan Həmidov, kiçik çavuş Rüstəm Əhmədov, kiçik gizir Seymur Baxışov, əsgər Rahib Quliyev, əsgər Zeynal Dəmirli107, 2016-cı il aprelin 28-də Ağdam rayonu Çəmənli kənd sakini Famil Mustafayev108, 2016-cı il mayın 3-də əsgər Əmrəh Yüzbəyov109, 2016-cı il mayın 8-də kapitan Nəcməddin Savalanov, əsgər Əli Heydərov110, 2016-cı il mayın 13-də əsgər Rahil Ərəbli111, 2016-cı il iyulun 5-də Qazax rayonu istqamətində əsgər Vüsal Əliyev112, 2016-cı il iyulun 15-də Ağdam istiqamətində əsgər Toğrul Məmmədov113, 2016-cı il oktyabrın 6-da əsgər Sahil Məmmədov114, 2016-cı il dekabrın 29-da əsgər Çingiz Qurbanov115, 2017-ci il yanvarın 15-də əsgər Fikrət Bəşirov116, 2017-ci il yanvarın 29-da Tovuz rayonu istiqamətində əsgər Xanəli Fəttayev117, 2017-ci il fevralınxa0 11-də kiçik çavuş Fuad Qafarov118, 2017-ci il fevralın 22-də əsgər Xanoğlan Xəlilov119, 2017-ci il fevralın 25-də əsgərlər Aqşin Abdullayev, Tural Haşımlı, Zülfi Qədimov, Zakir Cəfərov120, 2017-ci il iyunun 16-da əsgər Sultan Şahvələdov121, 2017-ci il iyulun 4-də Füzuli rayonu Alıxanlı kənd sakini Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyeva122, 2017-ci il iyulun 30-da Qazax-Tovuz istiqamətində əsgər Hüseyn Əkbərli123, 2017-ci il oktyabrın 22-də əsgər Cabbar Zeynalov124, 2018-ci il yanvarın 19-da əsgər İbrahim Mənəfov125, 2018-ci il mayın 20-də Naxşıvan istiqamətində əsgər Adil Tatarov126, 2019-cu il martın 26-da Füzuli istiqamətində əsgər Əlləz Əlləzov127, 2019-cu il mayın 30-da Ağdam istiqamətində mayor Aqil Omarov128, 2019-cu il iyunun 9-da Tərtər istiqamətində əsgər Elşən Xəlilov129, 2019-cu il sentyabrın 22-də əsgər Elyarbəy Məmmədov130, 2019-cu il sentyabrın 23-də əsgər Ramin Abdulrəhmanov131, 2020-ci il fevralın 15-də əsgər Seymur Ələsgərov132, 2020-ci il martın 5-də Qazax rayonu istiqamətində əsgər Orxan Paşazadə133, 2020-ci il martın 7-də Qazax istiqamətində əsgər Eltun Qarayev134, 2020-ci il iyulun 12-də Tovuz rayonu istiqamətində çavuş Vüsal Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirov135, 2020-ci il iyulun 13-də Tovuz istiqamətində baş leytenant Rəşad Mahmudov136, 2020-ci il iyulun 14-də Tovuz istiqamətində general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, gizir İlqar Zeynallı, gizirYaşar Babayev, əsgər Elvin Mustafazadə137, 2020-ci il iyulun 16-da Tovuz istiqamətində əsgər Nazim İsmayılov138, 2020-ci il sentyabrın 21-də Tovuz istiqamətində kiçik çavuş Elşən Məmmədov139, 2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək 93 mülki vətəndaş140 işğalçı Ermənistan ordusunun silahlı birləşmələri tərəfindən qətlə yetirilib.xa0
xa0 Beləliklə, son 35 il ərzində ermənilərin azərbaycanlılara qarşı antibəşəri cinayətlərinin qanlı xronikasını qısa şəkildə təqdim etdik. Bütün dünya, o cümlədən azərbaycanlılar bu cinayəti heç vaxt unutmamalıdır. Bu cinayətləri törədənlər Allah qarşısında, ədalət məhkəməsində öz cəzalarını alacaqlar!xa0


Mənbələr

1.www.azertag.az, 28.04.2015.
2.Michael M.Gunter. Armenian Terrorism.-The Journal of Conflict Studies,2007, səh. 115; Искандарян А. Армения между автократией и монархией.- Pro et Contra, 2011, may-avqust, səh.19-28.
3.Volker Jacoby. Die Konturen der innenpolitisehen Konflikte in Armenien.-Johan Wolfgong Goeth-Universitat, 1998, səh.153.
4.Razmik Panossian.Post-Soviet Armenia: Nationalism and its (Dis) contents.-Lowell W. Barrington.-The University of Michigan Press, 2006, səh. 230-231; Мкртчян Т.Г. Армянская диаспора США и Армения в 1990-е гг.-Вестник Тамбовского Университета, 2014,N7, səh.192-198.
5.ru.wikipedia.org/wiki/Балаян_Зорий_ Айкович.
6.Elçin Əhmədov. Ermənistanın Azərbaycana təcavüzü: Təhlili xronika (1987-2011). Bakı, 2012, səh. 45-46; ru.wikipedia.org/wiki/ karabaxskaya_voyna.
7.“Sovetskiy Karabax” qəzeti, 21.02.1988; sumgait.info/caucasus-conflicts/nagorno-karabakh-facts-1.html.
8.ru.wikipedia.org/wiki/Nagorno_karabaxskaya_avtonomnaya_oblast.
9.az.wikipediya.org/wiki/Dağlıq_Qarabağ_ münaqişəsi.
10. “İzvestiya” qəzeti (Rusiya), 1988-ci il, 3 mart; Z.Buniatov. Poçemu Sumqait? (Nə üçün Sumqayıt?).-www.1905.az/ru/Poçemu-Sumqait/.
11. kavkaz-uzel.eu/articles/201544/.
12. Tragediya v Quqarke (Quqark faciəsi)-vzglyad.az, 30 mart 2017-ci il.
13. “Ermənilərin təyyarə terrorundan 26 il ötür”-www.faktxeber.com 11.12. 2004-cü il; az.wikipedia.org/wiki/Leninakan_yaxınlığında_İL-76_qəzası_(1988).
14. genocide.preslib.az/ru_b2.html; cyclowiki.org/ wiki/ Deportatsiya_azerbaydjantsev_iz_Armenii.
15. azertag.az/ru, 28.04.2015-ci il.
16. ru.wikipedia.org/wiki/Karabaxskiy_konflikt.
17. az.wikipedia.org/wiki/Dağlıq_Qarabağ_münaqişəsi.
18. Qarri Kasparov. KQB stoyal za pogromami v Baku.-1news.az, 27.04.2009-cu il; ru.wikipedia.org/wiki/Armyanskiy_pogrom_v_Baku_(1990).
19. hrw.org/reports/1995/communal/.-“Human Rights Watch” təşkilatının məlumatı.
20. poli.vub.ac.be/publi/ContBorders/eng/ch 01 fn.htm#FN25.
21. Çernıy Yanvar. Dokumenti i materialı. Baku, 1990, səh.287.
22. A.Daşdemirov. Karabaxskiy konflikt v kontekste perestroyki: v preddverii raspada. Karatelnaya aksiya v Baku.-Vestnik analitiki, 2008, N2 (32), səh.199-212.
23. A.Zverev. Etniçeskie konfliktı na Kavkaze, 1988-1994q.-Spornıe qranitsı na Kavkaze. Moskva, 1996, səh.26-27.
24. Bax: A.Nağı. Qarabağ müharibəsi. Bakı, 2016; Armyanskiy terror. Baku, 2005; ru.wikipediya.org/wiki/Katastrofa_MI-8_bliz_selo_Karakend_20_ noyabr_1991_ qoda#cite_note-15.
25. cbc.az/ru/news/news1515485992; ru.wikipedia.org/wiki/Katastrofa_MI-8_bliz_Şuşi_28_yanvarya_1992_qoda.
26. jpost.com/ Blogs/Nevs-from-Arye-Gut/-542662.
27. armiya.az/ru/news/157387/28-let-tragedii-sela-Aqdaban.
28. Amirbayov Elchin-“Shushas Pivotal Role in a Nagorno-Karabakh Settlement” in Dr. Brenda Shaffer (ed.), Policy Brief Numler 6, Cambridge, MA: Caspian Studies Program, Harvard University, December 2001.-ru.wikipedia.org /wiki/Şturm-Şuşi.
29. az.sputniknews.ru/karabakh/20190508/420318485/azerbaijan-armenia-shusha-karabakh-conflict. html.
30. realtv.az/ news/az/10319/qarabagin-azerbaycanli-icmasından-beyanat.
31. cbc.az/ru/news1589786959; novator.az,15 noyabr 2016; ru.wikipedia.org/ wiki/Laçinskiy-rayon.
32. Svante E.Cornell.Small nations and great powers: a study of ethnopolitical conflict in the Caucasus-Routledge, 2001,s.368; ru. wikipedia.org/ wiki/Azerbaydjano-amerikanskie-otnoşeniya.
33. vesti.az/politika/27-let-nazad-armyane-vzorvali-poezd-kislovodsk-baku-397431.
34. Human Righs Watch/Helsinki.VII.The Republic of Armenia as a party to the conflickt//Azerbaijan. Seven Years of Conflickt in Nagorno-Karabakh.-New York. Washington.Los Angeles. London. Brussels.-December 1994, səh. 67-73; ru.wikipedia.org/wiki/Kelbadjar; virtualkarabakh.az /az/igraphic-item/34/261/den-okkupacii-kyalbadzharskogo-rayona.html.
35. ru.wikipedia.org/wiki/Aqdam; virtualkarabakh.az/ az/igraphic-item/34/349/aghdam-district-occupation-day.html;kavkaz-uzel.eu/blogs/83772 /posts/17418.
36. virtualkarabakh.az/az/igraphic-item/34/361/jabrayil-district-occupation-day.html; virtualkarabakh.az/az/igraphic-item/34/429/fuzuli-district-occupation-day.html; ru.wikipedia.org/wiki/Djebrailskiy_rayon; ru.wikipedia.org/wiki/Fizulinskiy_rayon.
37. az.sputniknews.ru/karabakh/20180831/416826037/azerbaijan-armenia-conflict-karabakh.html; virtualkarabakh.az/az/igraphic-item/34/427/gubadli-district-occupation-day.html; ru.wikipedia.org/wiki/Kubatli.
38. virtualkarabakh.az/az/igraphic-item/34/371/zengilan-district-occupation-day.html; az.sputniknews.ru/event/20151029/402530847.html; ru .wikipedia.org/wiki/Zangelanskiy_rayon.
39. supremecourt.gov.az/static/wiew/12.
40. ru.wikipedia.org/wiki/Katastrofa_S_130_pod_Stepanakertom; independent.co.uk /news/world/sad-new-year-1430070.html; Los Angeles Times, March 19, 1994.
41. ru.wikipedia.org/wiki/Vzrivi_v_Bakinskom_metropolitene_(1994); “Kommersant” qəzeti (Rusiya), 22.03.1994.
42. ru.wikipedia.org /wiki/Vzrivi_v_Bakinskom_metropolitene_(1994); 03.08.2005.
43. anl.az/down/meqale/zerkalo/2011/fevral/157307.html.
44. moderator.az/news/327819/html;xa0 anl.az/down/ meqale/azerbaycan/2011/ mart/165219/ html.
45. onn.az/cemiyyet.ermənilər-189- azərbaycanliuşagi-qətlə-yetirilib/.
46. “Qarabağ gündəliyi”, Bakı, 2010, səh.121.
47. “Ekspres” qəzeti, 16.01.2010.
48. anspress.com, 27.03.2010.
49. anspress.com, 28.03.2010.
50. anspress.com, 03.04.2010.
51. “Ekspress” qəzeti, 22.06.2010.
52. “Bakı Xəbər”, 26.07.2010.
53. “Bakı Xəbər” qəzeti, 06.09.2010.
54. “Bakı Xəbər” qəzeti, 27.09.2010.
55. “Yeni Müsavat”, 20.11.2010.
56. “525-ci qəzet”, 18.01.2011.
57. “Bakı Xəbər”, 27.01.2011.
58. “Yeni Müsavat”, 08.03.2011.
59. lent.az, 23.03.2011.
60. “Yeni Müsavat”, 23.03.2011.
61. “Yeni Müsavat”, 15.07.2011.
62. “Şərq”, 12.10.2011.
63. “Yenu Müsavat”, 27.11.2011.
64. “Təzadlar”xa0 qəzeti, 06.05.2012.
65. “Yeni Müsavat” qəzeti, 21.07.2012.
66. “Bakı Xəbər” qəzeti, 14.08.2012.
67. apa.az, 26.03.2013.
68. anspress.com, 09.04.2013.
69. apa.az, 27.05.2013.
70. apa.az, 26.10.2013.
71. apa.az, 27.12.2013.
72. “Şərq” qəzeti, 28.01.2014.
73. apa.az, 07.02.2014.
74. apa.az, 17.03.2014.
75. apa.az, 02.04.2014.
76. apa.az, 28.05.2014.
77. apa.az, 02.06.2014.
78. apa.az, 19.07.2014.
79. apa.az, 01.08.2014.
80. apa.az, 02.08.2014.
81. “Bakı Xəbər”, 05.08.2014.
82. “525-ci qəzet”, 07.08.2014.
83. modern.az, 10.08.2014.
84. lent.az, 23.09.2014.
85. apa.az, 27.09.2014.
86. “525-ci qəzet”, 10.10.2014.
87. “525-ci qəzet”, 21.11.2014.
88. musavat.com, 31.01.2015.
89. anspress.com, 06.02.2015.
90. “525-ci qəzeti” 13.03.2015.
91. musavat.com, 27.03.2015.
92. qat.az, 29.03.2015.
93. moderator.az, 25.07.2015.
94. “Yenu Müsavat”, 03.09.2015.
95. apa.az,26.09.2015.
96. “525-ci qəzet”, 29.09.2015.
97. “525-ci qəzet”,01.12.2015; “Bakı Xəbər”,04.12.2015.
98. apa.az,07.12.2015.
99. apa.az,15.12.2015.
100.“525-ci qəzet”,18.12.2015.
101.apa.az, 20.12.2015.
102.“Ekspress” qəzeti, 30.01.2016.
103.“Bakı Xəbər”, 05.02.2016.
104.apa.az, 02.04.2016.
105.musavat.com, 03.04.2016; qat.az, 03.04.2016.
106.“Yeni Müsavat”, 04.04.2016.
107.Qarabağ gündəliyi, 15 saylı bülleten, Bakı 2016, s.188-192.
108.“Bakı Xəbər”, 29.04.2016.
109.“Şərq”, 04.05.2016.
110.“Yeni Müsavat”, 09.05.2016.
111.“Ekspress”, 14.05.2016.
112.“Bakı Xəbər” 06.07.2016.
113.“Bakı Xəbər”, 16.07.2016.
114.“Ekspress”, 07.06.2016.
115.“Yeni Müsavat”, 30.12.2016.
116.“Yeni Müsavat”, 16.01.2017.
117.musavat.com, 29.01.2017.
118.trend.az, 11.02.2017.
119.“525-ci qəzet”, 23.02.2017.
120.“525-ci qəzet”, 28.02.2017.
121.”Ekspress”, qəzeti, 17.06.2017.
122.“525”-ci qəzet”, 06.07.2017.
123.apa.az, 30.07.2017.
124.moderator.az, 22.10.2017.
125.“Bakı Xəbər”, 20.01.2018.
126.“Yeni Müsavat”, 21.05.2018.
127.moderator.az, 26.03.2019.
128.“Yeni Müsavat”,xa0 qəzeti, 31.05.2019.
129.moderator.az, 09.06.2019.
130.musavat.com, 22.09.2019.
131.“Bakı Xəbər”, 24.09.2019.
132.moderator.az, 15.02.2020.
133.report.az, 05.03.2020.
134.moderator.az, 07.03.2020.
135.moderator.az, 12.07.2020; qat.az,12.07.2020.
136.moderator.az, 13.07.2020.
137.“Bakı Xəbər”, 15.07.2020.
138.“Bakı Xəbər”, 17.07.2020.
139.“Bakı Xəbər”, 22.09.2020.
140.moderator.az, 09.11.2020.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər