Cəmiyyət
1905
15 Aug 2020 | 22:36

"Bu millətin dəlisi ilə ağılısı doğrudanmı tanınmır..?"

Qoy Daxili İşlər Nazirliyi öz əməlindən peşman olsun. Bu boyda ədalətsizlik lazım deyil. Bir qonşum var; Mətləb Musayev. Bu adam ruhi xəstədir, özü də anadan gəlmə. Bu gün mənə yaxınlaşıb bir məktub göstərir ki, gör bu məktubda nə yazılıb. Baxıram, 100 manat cərimə yazılıb, baxın psixi xəstəyə. Psixi xəstəninxa0 sağalması mümkünsə niyəxa0 Daxili İşlər Nazirliyi sağaltsın. Hətta, cinayət edəndə əhv edilən xəstəyə İXM ilə cərimə kəsilir.Məgər Azərbaycan polisi bilmirmi ki,birinci vətəndaşa hüququ başa salınmalıdır?xa0

xa0İnternet dövründə yaşayırıq, polis baxmırmı ki, bu xəstədir, yaxud, danışığından hiss etmirmi bu adam xəstədir? Əgər bilirsə bu xəstədir, bizim dövlət büdcəmiz xəstələrin hesabınamı dolmalıdır?!
xa0102-ə zəng edib məsələyə izahat tələb etdim, dedilər, 902-ə zəng edin, oraya zəng etdim, dedilər Sabunçu Polis idarəsininxa0 15-ci polis bölməsinə zəng edin, onlar dedilər, məsələ bizdən keçib. Baxıram və fikirləşirəm, gerçəkmi bu millət bu qədər yazıq gündədi?xa0 Ötür-ötür, nə qədər davam edər? Gerçəkmi Azərbaycan büdcəsi dəlilərin hesabına dolmalıdır. Gerçəkmi, bu millətin dəlisi ağıllısı tanınmır.xa0xa0

Ay Azərbaycan polisi, fikirləş,xa0 sonra nəticə çıxar.xa0

QALİB ŞƏFAHƏT
Link kopyalandı!
Son xəbərlər