Azərbaycan Cümhuriyyətinin diplomatları... - Nəsiman Yaqublunun yazısı
Oxunub: 4169
25 May 2021 | 09:00
Azərbaycan Cümhuriyyətinin diplomatları... - Nəsiman Yaqublunun yazısı
Məmməd Yusif Cəfərov(1885-1938)
Azərbaycan Cümhuriyyətinin Gürcüstanda diplomatik nümayəndəsi
 
Azərbaycanın görkəmli dövlət xadimi Məmməd Yusif Cəfərov 1885-ci ildə Bakıda anadan olub. M.Y.Cəfərov orta təhsilini Bakıda aldıqdan sonra Moskva Universitetinin hüquq fakultəsində oxumuşdur. M.Y.Cəfərov  1912-ci ildə Moskva Universitetini fərqlənmə ilə bitirərək, “Nikahın şəriət üzrə pozulması haqqında rəy” mövzusunda dissertasiya müdafiə edərək, hüquq elmləri namizədi elmi adını almışdır.
M.Y.Cəfərov 1912-ci ildə Peterburqda açılan 4-cü dövlət Dumasına Bakı, Gəncə və İrəvan quberniyalarının müsəlman əhalisi tərəfindən deputat seçilmişdir. 
1918-ci ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra M.Y.Cəfərov F.X.Xoyskinin təşkil etdiyi birinci kabinədə Sənaye və Ticarət Naziri, ikinci  kabinədə isə Azərbaycan Cümhuriyyətinin Gürcüstanda diplomatik nümayəndəsi vəzifəsini yerinə yetirmişdir. 
1919-cu ilin martın 14-də Nazirlər Şurasının sədri N.Yusifbəylinin yaratdığı IV hökumət kabinəsində M.Y.Cəfərov Xarici İşlər Naziri vəzifəsini yerinə yetirir.
M.Y.Cəfərov 1920-ci ilin fevralın 2-də səhhətinə görə Azərbaycan Parlamentinin sədr müavini vəzifəsindən uzaqlaşan Həsən bəy Ağayevi əvəz edir. O, bu vəzifəsini 1920-ci ilin aprelin 27-dək icra etmişdir.
Azərbaycanın görkəmli dövlət xadimi M.Y.Cəfərov Azərbaycan istiqlalı elan edildikdən az müddət sonra F.X.Xoyskinin təşkil etdiyi birinci hökumət  kabinəsində Sənaye və Ticarət Naziri vəzifəsini qısa müddətə icra etmişdir. O, 1918-ci ilin iyununda formalaşan iknci kabinədə  Azərbaycanın Gürcüstandakı diplomatik təmsilçisi olaraq çalışmışdır. M.Y.Cəfərov bu müddətdə, gürcülərlə yaxından təmasda olmuş, danışıqlarda iştirak etmişdir. Onun 1918-ci ilin 21 iyununda Zaqafqaziya Federativ Respublikasının əmlakının bölüşdürülməsi ilə bağlı Gürcüstan Respublikası ilə apardığı danışıqlar haqqında Xarici İşlər Nazirinə yazdığı məlumatlarda maraqlı faktlar vardır. O, qeyd edirdi ki, Gürcüstan hökumətinin sədri ilə görüşüb və danışıqlarda gürcülərin Azərbaycanla münasibətləri yaxşılaşdırmaqda maraqlı olduğu qənaətinə gəlibdir. Danışıqlarda  Zaqafqaziyanın əmlakının bölüşdürülməsində gürcülərin Azərbaycana və Ermənistana müxtəlif münasibətlərinin olduğu qeyd edilib. Gürcüstan rəsmisi N.V.Ramişvili M.Y.Cəfərovu məlumatlandırıb ki, almanlar Bakıya doğru hərəkət edib nefti, neft məhsullarını əldə etmək istəyirlər. Bundan ötrü onların 2500 silahlı adamı var və bir alayın da gəlməsi gözlənilir.
1918-ci ilin avqustun 15-də M.Y.Cəfərov Tiflisdə Ermənistan Respublikasının nümayəndəsi A.Camalyana ermənilərin törətdiyi qanunsuzluqlarla bağlı nota göndərdi. 
M.Y.Cəfərov Gürcüstanda çalışdığı dövrdə Borçalı bölgəsində yaşayan azərbaycanlıların vəziyyəti ilə ciddi maraqlanırdı. Bu bölgədə yaşayan əhaliyə qarşı ermənilər tərəfdən zorakılıq halları tez-tez baş verir və insanlar əziyyət çəkirdi. Bundan ötrü M.Y.Cəfərov borçalılara münasibətin tədqiqi ilə bağlı beynəlxalq komissiyanın çağırılmasını təklif edirdi. Bundan ötrü o, Almaniya hökumətinin Qafqazdakı təmsilçisi general-mayor Von Kressi ilə görüşüb, həmin təklifi etməyi vacib sayırdı.
M.Y.Cəfərov 1918-ci ilin 10 sentyabrında Gürcüstan Respublikasının Xarici İşlər Naziri Qvardeladzeyə rəsmi olaraq bildirirdi ki, Bakı şəhərinin azad edilməsi əməliyyatında Bakıda yaşayan bütün əhali ilə yanaşı, gürcülərin də təhlükəsizliyi təmin ediləcəkdir.
1918-ci ilin noyabrın 14-də Tiflisdə Zaqafqaziya Konfransı keçirilir və M.Vəkilovla birlikdə M.Y.Cəfərov da  tədbirdə iştirak edirdi. Konfransda Azərbaycan Respublikasından başqa Gürcüstan Respublikasının və Şimali Qafqazın nümayəndələri də təmsil olunurdu.
Konfransda M.Y.Cəfərov təklif bildirdi ki, ermənilər iştirak etmədiklərinə görə bu konfrans saxlanılsın və ayrıca üç respublikanın tədbiri olaraq keçirilsin. Lakin gürcülərdən Ramişvili, Şimali qafqazlılardan Koçev bu təkliflə razılaşmadığından konfransın davam etdirilməsi məqsədəuyğun sayıldı.
1918-ci ilin sentyabrın 15-də Qafqaz İslam Ordusunun və Azərbaycan döyüşçülərinin böyük fədakarlığı ilə Bakı şəhəri düşmənlərdən azad edildi. Bu hadisə münasibəti ilə Azərbaycan Nazirlər Sovetinin sədri F.X.Xoyski və Türkiyənin diplomatik nümayəndəsi Əbdül Kərim Paşa Azərbaycan Respublikasının Tiflisdə nümayəndəsi olan M.Y.Cəfərova aşağıdakı məzmunda teleqram göndərmişdilər: “Tiflis. Gəncədən Azərbaycan Respublikasının nümayəndəsi Cəfərova. Çox təcilidir.Sentyabrın 15-də, saat 9-da Bakı qoşunlarımız tərəfindən alınıb. Xahiş edirəm, rəsmi məlumatlandırasınız. Nazirlər Sovetinin sədri Xoyski”.
Eyni məzmunda teleqram da M.Y.Cəfərova Türkiyənin diplomatik nümayəndəsi Əbdül Kərim Paşa tərəfindən göndərilmişdi...
M.Y.Cəfərov 1938-ci ilin may ayının 15-də Bakıda vəfat etmiş, Şağan kəndində dəfn edilmişdir. O, sovet rejimində yaşadığı 18 illik ömrünün 5 ilini həbsxana divarları arasında və mövcud cəza sistemi orqanlarının nəzarəti altında keçirmişdir.
M.Y.Cəfərovun xanımı Bakı mədənlərində mühəndis kimi çalışan Polşa yəhudisinin qızı Yekaterina Frankovna Buxarskaya olmuşdur.
 
Teymur bəy Makinski(1874- ?)
Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi
Azərbaycan Xalq Cümhuriyyətinin tanınmış xadimlərindən olan Teymur bəy Makinski 1874-cü ildə İrəvanda anadan olub. T.Makinski İrəvan Gimnaziyasını bitirdikdən sonra Polşaya gedib Varşava Universitetinin hüquq fakultəsində təhsil alıb və 1916-cı ildə oranı birinci dərəcəli diplomla bitirib. 
T.Makinskinin mənsub olduğu nəslin adı 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra Cənubi Azərbaycanda yaranmış Maku xanlığı və oradakı Maku şəhərinin adı ilə bağlıdır. Cənubi Azərbaycanın bu bölgəsi Naxçıvan və İrəvan xanlıqları ilə həmsərhəddə yerləşir.
T.Makinskinin əmisi oğlu Abbasəli bəy Makinski də 1888-ci ildə İrəvanda doğulmuş, əvvəlcə İrəvan Gimnaziyasında, 1909-1914-cü illərdə isə Kiyev Universitetinin hüquq fakultəsində təhsil almış və Tiflis şəhərində yaşayıb vəkillik etmişdir. Abbasəli bəy və atası Bəhram bəy Azərbaycan Xalq Cümhuriyyəti dövründə Hökumətin dövlət qanunvericiliyinin tərtibi məsələlərində parlament komissiyalarına yaxından köməklik göstərmişlər.
Bolşeviklərin hakimiyyəti dövründə A.Makinski bir müddət vəkil olaraq çalışsa da, 1938-ci ilin mart ayının 22-dən 23-nə keçən gecə onu güllələdilər.
Teymur bəy Makinski 1918-ci ilin iyun-oktyabr aylarında Azərbaycan Hökuməti Ədliyyə nazirinin müavini, oktyabrın 20-dən noyabrın 6-dək Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistan hökuməti yanında diplomatik nümayəndəsi olmuşdur. O, bu vəzifəni həmin ilin dekabrın sonuna qədər yerinə yetirmişdir.
T.Makinski 1918-ci ilin dekabrın 26-dan 1919-cu ilin martın 14-nə qədər F.X.Xoyskinin 3-cü Hökumət kabinetində Ədliyyə naziri vəzifəsini icra etmişdir .
T.Makinski İrəvan quberniyasında yaşayan azərbaycanlıların erməni təhdid və zorakılıqlarından qorunması üçün 1919-cu ilin yanvarında yaradılmış  İrəvan Quberniyası Həmyerliləri Cəmiyyətinin İdarə Heyətinin sədri seçilmişdir.
T.Makinski 1919-cu ilin iyunundan 1920-ci ilin yanvarına qədər Azərbaycan Hərbi Məhkəməsinin sədri işləmişdir.
T.Makinski 1920-ci ilin martından yenidən Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistan hökuməti yanında diplomatik nümayəndəsi olmuşdur. 
Qeyd edək ki, T.Makinski Ədliyyə naziri olduğu dövrdə İrəvan Quberniyası Həmyerliləri Təşkilatının 1919-cu ilin yanvarın 17-də keçirilən iclasında Azərbaycan Hökumətinə müraciət qəbul olunmuşdur.
Təşkilatın sədri T.Makinskinin imzası ilə yanvarın 18-də göndərilən müraciətdə qeyd edilirdi ki, türk qoşunlarının İrəvan quberniyasından çəkilməsindən sonra erməni silahlı qüvvələri Sürməli qəzasını bütünlüklə və Eçmiədzin qəzasının tamamilə müsəlmanlar yaşayan hissəsini ələ keçirmiş, üstəlik Şərur və Naxçıvan qəzalarını ələ keçirmək üçün hücuma keçmişlər. Məhv olmağa və ölümə məhkum edilmiş İrəvan quberniyası müsəlmanlarını xilas etmək üçün müttəfiqlərin komandanlığının iştirakı ilə Tiflisdə Azərbaycan və Ermənistan nümayəndələrinin xüsusi konfransının təşkil olunması təklif edilirdi.
Eyni zamanda, müraciətdə Ermənistan hökuməti yanında Azərbaycan diplomatik nümayəndəsinin təyin edilməsinin vacibliyi bildirilirdi. 
Azərbaycan Respublikasının Dövlət Arxivində T.Makinskinin Cümhuriyyət dövründəki fəaliyyəti ilə bağlı sənədlər var.
Onun 1919-cu ilin aprelin 14-də Bakıya −  Nazirlər Şurasının sədrinə göndərdiyi 33 saylı şifrəli teleqramda hansı fəaliyyəti göstərməyi ilə bağlı tapşırıqlar gözlədiyi qeyd olunmuşdur.
T.Makinski 1918-ci ilin dekabrın 7-dən fəaliyyətə başlayan Azərbaycan Parlamentinin üzvü olmuşdur.
Onun Azərbaycan Parlamentinin yalnız bir iclasında fəaliyyətinə rast gəlmək mümkündür.  1919-cu ilin yanvarın 28-də parlamentin 11-ci  iclasında müzakirə edilən birinci məsələ “Ticarət və Xüsusi İşlər İdarəsinə dair vəkalətnamə vədlərinin təmdidi haqqında qanun layihəsi”dir. Bu qanun layihəsinə əlavə bir izahatı isə Ədliyyə naziri T.Makinski imzalayıb.
Katib Ə.Cövdət Pepinov izahatnamə və layihəni oxuyur. Təqdim edilmiş qanun layihəsində aşağıdakı məqamlar öz əksini tapmışdır: “1) Ticarət və Xüsusi İşlər üçün verilən vəkalətnamələrdən vədeyi-vəkalətləri əski qayda ilə 1917-ci ilin 25 oktyabr, 1918-ci ilin 31 dekabr və yeni qayda ilə 1919-cu il 13 yanvar tarixləri aralarında xitam bulmuş olanları və yaxud təzə qayda ilə 1919-cu il 14 yanvar-14 iyul arasında qurtaracaq olan vəkalətnamələr 1919-cu il iyul ayının 14-dək öz qüvvələrində qalırlar; 2) Vəkalətnaməni verən və vəkilliyi qəbul edən şəxslər xahiş etdikləri halda, 1919-cu ilin iyulun 14-dən müqəddəm də olsa vəkalətnamələrini öz qüvvəsindən saqit etmək ixtiyarına malikdirlər”.
Qanun maddələr üzrə müzakirəyə qoyulduqda əvvəlcə parlament komissiyasına verilməsi təklif olunur. Ş.Rüstəmbəyli məsələyə fraksiyalarda baxılmış olduğunu qeyd edib, komissiyaya verilməsinə ehtiyacın olmadığını söyləyir. R.Qaraşarov isə layihənin komissiyaya verilməsində israr edir. Sonra çıxış edən Y.Əhmədov çıxış edərək layihənin komissiyaya təqdimə ehtiyac olmadığını və qəbulunu vacib saydı.
Sonra T.Makinski çıxış edərək dedi: “Əgər bu qanun qəbul edilməsə və şəraitdən dolayı bir çox cəmiyyət və firmalar vəkalətlərini təzələyə bilməzlər: o halda fəhlələrə də muzd verməyə imtiyazları olmaz, bunun da ağır nəticələr, hətta tətil ilə təhdid etdiyi aşkardır”.
Sonda layihə maddələr üzrə səsə qoyularaq qəbul edildi. 
1920-ci ilin aprelin 27-də Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra, 1920-ci ilin iyunun  15-də Ermənistan hökuməti Azərbaycanda bolşevik hökumətinin qurulduğunu səbəb göstərərək buradakı diplomatik nümayəndəliyin fəaliyyətini dayandırmışdrı.
T.Makinski Ermənistanda diplomatik nümayəndə olarkən Zəngibasarda yaşayan soydaşlarımıza maddi yardım göstərdiyinə görə ona prokurorluq tərəfindən cinayət işi açılmışdı. Həbs ediləcəyini hiss etdikdə T.Makinski mayın 28-də İrəvanı qəflətən tərk etmiş və diplomatik nümayəndə vəzifəsini Adil Qiyasbəyova tapşırmışdır.
T.Makinski Bakıya qayıdıb, Sovet Azərbaycanının Xarici İşlər Komissarlığına yazdığı məlumatda diplomatik fəaliyyətlə məşğul olduğu dövrdə xərclənmiş pulların dəqiq hesabatını verərək, bolşevik hökumətinin ona qarşı qaldıra biləcəyi ittihamları önləyə bildi.
T.Makinski sonradan Azərbaycanı tərk etmək məcburiyyətində qaldı.
1921-ci ildə Gürcüstanın da bolşeviklər tərəfindən işğalından sonra T.Makinski Türkiyəyə getmiş, İstanbulda yaşamışdır. O, burada yaradılan “Azərbaycanın İstanbuldakı  İctimai-siyasi Mühacir Xadimlərinin Birliyi”  qrupunun üzvü olmuş və ciddi fəaliyyət göstərmişdir.
Bu qrupun 1924-cü ilin 14 dekabrında Ə.M.Topçubaşova göndərdiyi məktubda aşağıdakı şəxslərin imzaları var: Azərbaycan Parlamentinin üzvləri − X.Sultanov, T.Makinski, Ə.Əmircanov və Azərbaycan Nümayəndə Heyətinin Parisdəki nümayəndəsi Ə.Şeyxülislamov .
T.Makinskinin də imzaladığı məktubda Azərbaycandan olan bütün ictimai-siyasi və antibolşevik qüvvələrin  birləşdirilməsi və Parisdəki Azərbaycan Nümayəndə Heyətinin Azərbaycan Parlamentindən səlahiyyət almış  yeganə hüquqi qurum olduğu qeyd edilmişdir.
1924-cü ilin dekabrın 27-də T.Makinskinin də imzası ilə Azərbaycanın İstanbuldakı İctimai-siyasi Mühacir Xadimlərinin Birliyi  üzvləri Müsavat Partiyasının İstanbul Komitəsinə müraciət ünvanladı. Müraciətdə Vətənin azadlığı və müstəqilliyi üçün birləşmək problemlərinə toxunulurdu.
T.Makinskinin bundan sonrakı fəaliyyəti, yaşaması və məzarının harada olması haqqında məlumat yoxdur.
 
Yusif  Vəzir  Çəmənzəminli(1887 – 1943)
Azərbaycan Cümhuriyyətinin Türkiyədə səfiri
Tanınmış yazıçı Yusif Vəzir Çəmənzəminli 1887-ci ilin sentyabrında Şuşada anadan olub. 1910-cu ildə Kiyevdə Müqəddəs Vladimir adına İmperator Universitetinin hüquq fakultəsinə daxil olub.1915-ci ildə Birinci Dünya müharibəsinin gedişi ilə bağlı çar hökuməti Kiyev Universitetini müvəqqəti olaraq Saratova köçürüb. Y.V.Çəmənzəminli 1915-ci ildə Universiteti Saratovda bitirib.
Y.V.Çəmənzəminli 1919-cu ildə N.Yusifbəylinin təklifi ilə Azərbaycan Xalq Cümhuriyyətinin səfiri kimi İstanbula göndərilib.
Azərbaycan 1920-ci ildə Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra o, Parisə gedib.
Y.V.Çəmənzəminli 1926-cı ildə Bakıya qayıdıb.
1938-ci ildə Özbəkistana − Urgənc şəhərinə işləməyə gedib.O, 1940-cı ilin yanvarın 25-də həbs edilib.
Y.V.Çəmənzəminli 1943-cü ilin yanvarın 3-də Nijni-Novqorod vilayətindəki həbs düşərgəsində vəfat edib.
 
Adil xan Ziyadxanov(1872-1954)
Azərbaycan Cümhuriyyətinin İranda diplomatik nümayəndəsi
Adil xan Ziyadxanov 1872-ci ilin sentyabrın 25-də Gəncədə anadan olub. Tiflis Gimnaziyasında oxuduqdan sonra Moskva Universitetinin hüquq fakultəsində təhsil alıb. 1905-ci ildən Bakıda rus dilində çap olunan “Kaspi” qəzeti ilə əməkdaşlıq edib.
Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra Xarici İşlər nazirinin müavini təyin edilib (30.10.1918). 
A.Ziyadxanovun yazdığı, ana dilimizdə və fransızca nəşr edilən “Azərbaycan” kitabı 1919-cu ildə Parisə − Ə.M.Topçubaşova göndərilmiş və orada yayılmışdır.
Azərbaycan Hökumətinin 16 iyun 1919-cu il tarixli qərarına əsasən Tehranda Azərbaycan diplomatik nümayəndəliyi yaradıldı.  A.Ziyadxanov həmin ilin  oktyabrın 4-dən  nümayəndəliyin rəhbəri  olaraq  fəaliyyətə başladı. 1920-ci ilin yanvarın 15-dən  isə A.Ziyadxanov İranda Fövqəladə və səlahiyyətli səfir kimi çalışdı.
1920-ci ilin aprelin 27-də Azərbaycan sovet rejimi tərəfindən işğal edildikdən sonra  A.Ziyadxanov bir müddət Tehranda qaldı. O,1934-cü ildə Türkiyəyə köçdü,orada İstanbul Universitetində çalışdı. 
A.Ziyadxanov 1954-cü ildə vəfat edib.
 
Əbdürrəhim bəy Haqverdiyev(1870-1933)
Azərbaycan Cümhuriyyətinin Dağlı Respublikasında və Ermənistanada diplomatik nümayəndəsi
Azərbaycanın tanınmış yazıçı və dramaturqu Əbdürrəhim bəy Haqverdiyev 1870-ci ildə Şuşada anadan olub. Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil alıb.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1919-cu ilin fevralın 25-də  Dağlı Respublikasında diplomatik nümayəndə təyin olunub. Könüllü Ordunun Petrovsk və Dərbəndi işğal etməsindən sonra 1919-cu ilin noyabrın 6-da Xarici İşlər naziri M.Y.Cəfərovun 69 saylı əmri ilə Dağlı Respublikasında diplomatik nümayəndəlik ləğv edilib. Bundan sonra Ə.Haqverdiyev Ermənistana diplomatik nümayəndə göndərilib.
    Ə.Haqverdiyev 1933-cü ildə vəfat edib.
 
Məhəmməd xan Təkinski(1879-1938)
Azərbaycan Cümhuriyyətinin Ermənistanda diplomatik nümayəndəsi
           
Məhəmməd xan Təkinski tanınmış siyasətçi, diplomat və dövlət xadimidir. 1879-cu ildə (bəzi mənbələrdə 1880-ci il yazılır − red.) Mərkəzi Asiyanın Axal-Təki Vadisində anadan olsa da, Naxçıvanda böyüyüb.O, Kəngərlilər nəslindən olan II Ehsan xanın oğulluğudur.
M.Təkinski 1908-ci ildə Odessada yerləşən Novorossiysk İmperator Universitetinin hüquq fakultəsini bitirib.
M.Təkinskinin ilk formalaşan Azərbaycan Hökumətində Xarici İşlər naziri vəzifəsini həyata keçirdiyi də qeyd olunmaqdadır.
O, 1919-cu ilin yanvarın 29-da Ermənistanda Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik nümayəndəsi təyin edilib.
M.Təkinski 1919-cu ilin oktyabr ayının 1-də Xarici İşlər nazirinin müavini təyinatını alıb.
M.Təkinski sovet rejimi dövründə repressiyaya məruz qalmış və bəzi mənbələrdə onun 1938-ci ilin martın 18-də güllələnməsi qeyd olunmuşdur. 
 
 
Cəfər bəy Rüstəmbəyli(1890-1938)
Azərbaycan Xalq Cümhuriyyətinin Kuban bölgəsində diplomatik nümayəndəsi
 
Cəfər bəy Rüstəmbəyli 1890-cı ildə Ərəş qəzasının Məmmədli kəndində doğulub. 1909-cu ildə Kiyev Universitetinin tibb fakultəsinə daxil olub. Universiteti bitirdikdən sonra hərbi həkim kimi səfərbər edilib, 58-ci piyada polkunda, 1917-ci ildən isə Krımda həkim işləyib.
Azərbaycan Nazirlər Şurasının Sədri və Xarici  İşlər naziri  F.X.Xoyskinin 1919-cu ilin aprelin 3-də imzaladığı əmrlə Cəfər bəy Rüstəmbəyli martın 19-dan etibarən Azərbaycanın Kuban bölgəsində və Krımda diplomatik nümayəndəsi,  eyni zamanda Ticarət müvəkkili təyin edildi.
Qeyd edək ki, Könüllülər ordusunun Azərbaycan Cümhuriyyətinə  təcavüzündən qorunmasında və Qafqazda baş verə biləcək qırğının qarşısının alınmasında C.Rüstəmbəylinin də xidmətləri olmuşdur.
C.Rüstəmbəyli 1919-cu ilin noyabrın sonlarında  ağqvardiyaçılar tərəfindən həbs olunacağı təhlükəsini nəzərə alıb Bakıya qayıtdı.
Azərbaycan 1920-ci ilin aprelin 27-də Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra C.Rüstəmbəyli həbs edilərək 1938-ci ildə güllələnmişdir.
Oxşar xəbərlər
22:59, Bu gün
Ədliyyə naziri Tovuzda vətəndaşları qəbul edib
22:57, Bu gün
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 20 nəfər həbs olundu
22:47, Bu gün
ABŞ İbrahim Rəisinin ölümü ilə əlaqədar İrana başsağlığı verib
22:46, Bu gün
Muxtar Babayev Tacikistanın sənaye və yeni texnologiyalar naziri ilə görüşdü
22:44, Bu gün
"Estoniya NATO qoşunlarının Ukraynaya göndərilməsinə çağırış edib" - "Financial Times"
22:42, Bu gün
ABŞ İrana helikopter qəzası ilə bağlı yardım etməkdən imtina edib
22:42, Bu gün
Rusiyada azərbaycanlılara məxsus restoran yanıb - VİDEO
22:14, Bu gün
Ərdoğan: Mövcud konstitusiya ilə Türkiyə irəli gedə bilməz
22:12, Bu gün
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
22:01, Bu gün
Türkiyədə milli matəm elan edildi
21:55, Bu gün
“Süni intellektin tənzimlənməsi - Milli parlamentlərin rolu”
21:54, Bu gün
"Beynəlxalq Cinayət Məhkəməsinin Baş prokuroru Netanyahunun həbsinə order verilməsini tələb edir" - CNN
21:53, Bu gün
"İran dostları Rusiyanı Rəisinin dəfninə dəvət etməyib, Moskva isə hüzn içindədir..."
21:50, Bu gün
"Liverpul" klubu yeni baş məşqçisinin adını açıqlayıb
21:49, Bu gün
Pakistandan Türkiyəyə maraqlı təklif
21:07, Bu gün
“O,  daha çox Avropa dəyərlərinə üstünlük verir, Rusiyaya qarşı İngiltərə və Fransa ilə münasibət qururdu...”
21:04, Bu gün
Bakı-Tiflis-Qars xətti üzrə yükdaşımalara start verildi
21:03, Bu gün
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
20:52, Bu gün
Azərbaycan-İran əməkdaşlığı regional iqtisadi inkişafa töhfə verəcək
20:50, Bu gün
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
20:42, Bu gün
İranda prezident seçkilərinin keçiriləcəyi tarix açıqlandı
20:38, Bu gün
Ərdoğan İlham Əliyevə zəng edib
20:35, Bu gün
Azərbaycanda iki teatrın adı dəyişdirilir, işçilərinin maaşı artırılır
20:22, Bu gün
Rəisinin olduğu helikopterin siqnalı ya sönülü olub, ya da...
20:14, Bu gün
Azərbaycan cüdoçusu dünya çempionu olub
20:04, Bu gün
Ağsuçaydan sel keçir, Şahdağa qar yağır - FAKTİKİ HAVA
19:54, Bu gün
Putin müdafiə nazirinin müavinini işdən çıxardı
19:45, Bu gün
BMT TŞ-nin iclasında İrana görə bir dəqiqəlik sükut elan olunub
19:33, Bu gün
Sarımsağı belə yetişdirin – Alma boyda olacaq
19:26, Bu gün
ABŞ və İran arasında gizli danışıqlar - Təfərrüatlar AÇIQLANDI
19:19, Bu gün
Rəisinin helikopteri fövqəladə vəziyyət siqnalı verməyib? - Türkiyəli nazirdən AÇIQLAMA
19:11, Bu gün
Allahşükür Paşazadə Xameneyiyə başsağlığı verdi
19:00, Bu gün
Bəxt onlardan üz çevirdi: Üç bürc üçün mayın sonu sevindirici olmayacaq
18:53, Bu gün
Mühəndis pilot açıqladı: Helikopterin qalıqları sübut edir ki...
18:44, Bu gün
Cavanşir körpüsünün söküntü işləri bu tarixdə bitəcək
18:37, Bu gün
"Ayrı-ayrılıqda gözəlik, amma tamamlana bilmədik" - FOTO
18:30, Bu gün
Faiq Ələkbərli M.Ə.Rəsulzadə ilə bağlı respublika simpoziumunda iştirak edib - FOTO
18:21, Bu gün
BDU-nun Tələbə Elmi Cəmiyyəti “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə seminarlara başlayıb - FOTO
18:02, Bu gün
Xalq artisti: "Toya gedən rəqqasə pula görə özünü alçaldır" - VİDEO
17:57, Bu gün
Əli Əsədov qərar imzaladı
17:54, Bu gün
UNEC-in ev sahibliyi ilə Türk Universitetlər Birliyinin 7-ci Baş Assambleyasının iclası keçirilib - FOTO
17:51, Bu gün
BDU tələbələri üçün “workshop”: “Professional CV necə hazırlanır?”
17:48, Bu gün
“Rusiyada diversiyalar törədən partizanlar arasında tanıdığım ruslar da var...”-Ekspert
17:48, Bu gün
"İsrail öz hərbi əməliyyatlarını siyasi strategiya ilə uzlaşdırmalıdır" - Sallivan
17:46, Bu gün
Rəisinin dəfn tarixi və yeri açıqlandı - YENİLƏNİB
17:45, Bu gün
Fəzail Ağamalı: "Siyasi birliyin milli dövlətçiliyimizdə yeri və rolu"
17:41, Bu gün
Qarabağ Universitetinə təyin edilən rektor kimdir? - DOSYE
17:38, Bu gün
Prezident fərman imzaladı
17:37, Bu gün
“İstərdik ki, səmimi olaraq elan etdikləri yolun doğruluğuna inansınlar”
17:35, Bu gün
Türk Dövlətləri Təşkilatının Baş katibi BDU-da - FOTO
17:34, Bu gün
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
17:32, Bu gün
“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər təsdiqləndi
17:29, Bu gün
Bu mayda yağıntı əvvəlki illərlə müqayisədə daha çox olub
17:26, Bu gün
BDU-nun daha bir tələbəsi İsveçin dövlət təqaüdünün qalibi olub
17:23, Bu gün
Zəngəzur meşələrindən reportaj - VİDEO
17:20, Bu gün
"Azər Axşam mənim üçün heç kimdir"
17:17, Bu gün
BDU-da Heydər Əliyevə həsr edilmiş poeziya gecəsi keçirilib - FOTO
17:13, Bu gün
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
17:11, Bu gün
BDU-da “Şərq filologiyası məsələləri” mövzusunda Respublika elmi konfransı keçirilib - FOTO
17:09, Bu gün
AFFA Hakimlər Komitəsindən sərt QƏRAR
17:05, Bu gün
DJ Fateh BDU-nun tələbə-jurnalistlərinə təlim keçib - FOTO
17:00, Bu gün
Qarabağ Universitetinə rektor təyin edildi
16:55, Bu gün
Sakit okean regionunun institutları Yeni Kaledoniyaya dəstək bəyanatı yayıblar
16:50, Bu gün
Ukrayna Rusiyanın Qara dəniz Donanmasının daha bir gəmisini batırıb
16:45, Bu gün
"Dollar Nizami"yə hökm oxundu
16:40, Bu gün
Deputat: "Xala, dayı və bibi uşaqları arasında olan evlilikləri qadağan edə bilərikmi?"
16:35, Bu gün
BDU-da “Könüllülük həftəsi” keçirilir - FOTO
16:29, Bu gün
Xarici dillər üzrə imtahana və əcnəbilər üçün Azərbaycan dili imtahanına qeydiyyat aparılır
16:25, Bu gün
Keçən il Azərbaycanda qarşısı alınan erkən nikahların sayı AÇIQLANDI
16:22, Bu gün
Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar
16:20, Bu gün
Hidayət Heydərov dünya çempionatında finala yüksəldi
16:16, Bu gün
Muxtar Babayev Latviya Seyminin sədri ilə görüşdü
16:10, Bu gün
Ötən il Azərbaycanda 74 minə yaxın abort qeydə alınıb - RƏSMİ
16:08, Bu gün
Mədəniyyət Nazirliyinin Teatr sektoruna təyinat olub
16:05, Bu gün
Azərbaycanda neçə nəfər aliment ödəyir?
16:04, Bu gün
TÜRKSOY-un, ADA və ADMİU-nun rəhbərliyi “Əsrə bərabər gün” tamaşasında
16:00, Bu gün
Canlı efirdə QALMAQAL: Dalaşıb efiri tərk etdi - VİDEO
15:55, Bu gün
Qəza olan ərazidə naməlum şəxs göründü - VİDEO
15:49, Bu gün
"Rusiyanın əsl dostu, görkəmli siyasətçi Rəisinin işıqlı xatirəsi həmişə qəlbimdə yaşayacaq" - Putin
15:47, Bu gün
"Sumqayıt" - "Qəbələ" matçına giriş pulsuz olacaq
15:47, Bu gün
"Sumqayıt" - "Qəbələ" matçına giriş pulsuz olacaq
15:42, Bu gün
Ötən il 175 nəfər münasibətdə olduğu şəxsin zorakılığına məruz qalıb - HESABAT
15:37, Bu gün
"Bild": "Rəisinin olduğu helikopter uçuşa yararsız idi"
15:32, Bu gün
İran prezidentinin helikopterinin qəzaya uğradığı yerdən yeni görüntülər - VİDEO
15:31, Bu gün
“Azərbaycanın qərb regionlarında icma əsaslı aqroturizmin inkişafı imkanları və perspektivləri” mövzusunda konfrans keçirilib
15:26, Bu gün
Azərbaycanda 9 kişiyə mühafizə orderi verildi
15:21, Bu gün
Ölkədəki aliment ödəyicilərinin sayı açıqlandı
15:20, Bu gün
Elmira Rəhimova Mahsun Kırmızıgüllə görüşünün səbəbindən DANIŞDI: "Gözlərinə inanmırdı ki, o mənəm..."
15:15, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bu küçədə hərəkət məhdudlaşdırılacaq
15:10, Bu gün
Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN
15:05, Bu gün
İlham Əliyev Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi - YENİLƏNİB + FOTO
14:59, Bu gün
Xankəndiyə prokuror təyin edildi - FOTO
14:55, Bu gün
İranda səfirliyimiz bu tarixdə açılacaq
14:50, Bu gün
Ordudakı yeyinti ilə bağlı şok faktlar: “Bunu Nəcməddin Sadıkov tələb kimi qoymuşdu...”
14:45, Bu gün
Elçin İbrahimovun kitabının Özbəkistanda təqdimatı keçirilib - FOTO
14:42, Bu gün
“Oğlum Quran avazlıdır, dərviş toylarında oxuyur, müğənni olmağını isə...” -FOTO + ÖZƏL
14:39, Bu gün
Məktəbli oğlanlara lüt şəkillərini göndərən qadın: “Bədən mənim, can mənim..." – ŞOK
14:34, Bu gün
Rəisinin helikopteri necə qəzaya uğrayıb? - YENİ və ŞOK DETALLAR
14:31, Bu gün
“Azərbaycanın qərb regionlarında icma əsaslı aqroturizmin inkişafı imkanları və perspektivləri” mövzusunda konfrans keçirilib - FOTO
14:29, Bu gün
Rəisinin ölümü regionda nələri dəyişəcək?-RƏY 
GÜNLÜK
19 May 2024 | 23:09
Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib
19 May 2024 | 23:31
SEPAH komandanı: "Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib"
19 May 2024 | 23:37
Moskva Tehrana çağırış etdi
19 May 2024 | 23:13
Rəisinin qəzaya uğradığı helikopter hansı modeldir? - FOTO
07:33, Bu gün
“Telefonundan siqnal gəldi, ora gedirik” - Helikopterin yeri bilindi
19 May 2024 | 23:28
İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdən gələn zənglər araşdırılır
19 May 2024 | 23:24
"Bir milyona yaxın dinc əhali Rafahı tərk edib" - BMT-nin fələstinli qaçqınlar üzrə Agentliyi
19 May 2024 | 23:35
"Sənət bazar deyil, özünə qiymət qoyasan"
11:23, Bu gün
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
00:01, Bu gün
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
AYLIQ
19 May 2024 | 23:09
Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib
19 May 2024 | 23:31
SEPAH komandanı: "Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib"
19 May 2024 | 23:37
Moskva Tehrana çağırış etdi
19 May 2024 | 23:13
Rəisinin qəzaya uğradığı helikopter hansı modeldir? - FOTO
07:33, Bu gün
“Telefonundan siqnal gəldi, ora gedirik” - Helikopterin yeri bilindi
19 May 2024 | 23:28
İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdən gələn zənglər araşdırılır
19 May 2024 | 23:24
"Bir milyona yaxın dinc əhali Rafahı tərk edib" - BMT-nin fələstinli qaçqınlar üzrə Agentliyi
19 May 2024 | 23:35
"Sənət bazar deyil, özünə qiymət qoyasan"
11:23, Bu gün
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
00:01, Bu gün
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb