18:59
22°C
Bakı
NASA Ayda baza qurarkən süni intellektlə (AI) işləyən dronlardan istifadə etməyi planlaşdırır.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ kosmik agentliyinin Ay bazasının yaradılması proqramının rəhbəri Karlos Qarsia-Qalan "RİA Novosti" nəşrinə bildirib.
"Süni intellekt əsas istiqamətlərdən biridir. Əgər dronun nə etməli olduğunu təsəvvür etsək - əraziləri araşdırmaq və uyğun eniş yerlərini tapmaq, o zaman AI buna əhəmiyyətli dərəcədə kömək edə bilər", - deyə Qarsia bildirib.
O əlavə edib ki, ABŞ hələ ki, Ay stansiyasının layihələndirilməsinin ilkin mərhələsindədir.
Qeyd edək ki, may ayında NASA 2032-ci ilə qədər Ay səthində yaşayış üçün yararlı bazanın yaradılması üzrə üç mərhələli planı elan edib.