Banqladeşli nazir:
Siyasət
72
17:20, Bu gün

Banqladeşli nazir: "SOCAR-la mayeləşdirilmiş təbii qazın tədarükü ilə bağlı danışıqlar aparırıq"

"Banqladeş SOCAR-la mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü ilə bağlı danışıqlar aparır".

Moderator.az xəbər verir ki, bu fikirləri Banqladeşin energetika və mineral ehtiyatlar naziri İqbal Həsən Mahmud 31-ci Bakı Enerji Forumu çərçivəsində keçirilən "Davamlı və şaxələndirilmiş enerji gələcəyi naminə beynəlxalq əməkdaşlıq" adlı panel müzakirədə deyib.

O bildirib ki, fevraldan fəaliyyətə başlayan hökumət son dövrlər dünyada yaranmış böhran fonunda yeni axtarışlara çıxıb:

"Müəyyən əlaqələrimiz qurulub. Biz SOCAR ilə benzin alışı üçün müqavilə bağlamışıq. Bundan başqa LNG tədarükü üzrə danışıqlar aparırıq. Çünki ölkəmizin mayeləşdirilmiş təbii qaza olan ehtiyacı olduqca böyükdür".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər