“Başları əlhəd daşına dəyən” ermənilər – böyüklərinin səhvlərinin qurbanları - TƏHLİL + FOTO
Analitika
Oxunub: 323
14:42, Bu gün
“Başları əlhəd daşına dəyən” ermənilər – böyüklərinin səhvlərinin qurbanları - TƏHLİL + FOTO
Erməni etnik qrupunun azərbaycanlılar, türklərlə dinc-yanaşı yaşamaqdan başqa yolu yoxdur. Bu, son bir əsrdə dəfələrlə təsdiqlənib. Bir etnosun ayrıca, təcrid olunmuş şəkildə yaşamasının mümkünsüzlüyü də isbatlanıb.
 
Ermənilərə böyükləri azı iki yüz ildir türk düşmənliyini təbliğ edir, bu ruhda yeni nəsil yetişdirirlər. Qonşuluğundakı imperiyalar qurmuş, elm, böyük mədəniyyət, ədəbiyyat və incəsənət sahibi olan qos-qocaman bir millətə qarşı düşmən kəsilib, onun ərazilərini işğal etmək ruhunda təbliğat aparmaq qayanı başla vurub yarmağa oxşayır. Təsəvvür edin ki, bu zaman neçə-neçə baş dağılar...
 
Ötən illər ərzində erməni etnik qrupu azərbaycanlılara, türklərə qarşı pisliklərin olan və olmayan bütün formalarını ediblər. Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Bakı, Şamaxı, Qarabağ və Gəncədə, habelə İrəvan başda olmaqla, indiki Ermənistan ərazisində yerləşdirildikdən sonra onlar pisliklər etməyə başlayıblar. Ermənilər azərbaycanlıları adlarını çəkdiyimiz və çəkmədiymiz Azərbaycan bölgələrindən sıxışdırıb çıxarıblar. Ziyalı, qabaqcıl azərbaycanlıları şərləyib tutduraraq, yaxud terror edərək zərərsizləşdiriblər.
 
Heç şübhəsiz, çar Rusiyası və SSRİ maraqları ilə onların istəkləri üst-üstə düşüb. Sovet Moskvası, Dövlət Təhlükəsizlik Komitəsi (DTK) ermənilər üçün ziyalı, rəhbər, elit yetişdirərək onlara antitürk (anti-Azərbaycan) təbliğatı aparmağa, bu istiqamətdə fəaliyyət göstərməyə şərait yaradıb.
 
 
Sovetlərin son illərində SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqambekyan, məşhur “Literaturnaya qazeta”nın xüsusi müxbiri, 1989-cu ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti dairəsindən SSRİ xalq deputatı olmuş, Xocalı faciəsinin ssenaristlərindən olan erməni faşisti Zori Balayan, Ermənistan və Gürcüstanın əməkdar mədəniyyət işçisi, ikinci dərəcəli Stalin mükafatı laureatı, Qarabağın Azərbaycandan qoparılması hərəkatının liderlərindən biri Z.Balayanla birlikdə 1988-ci il fevralın 26-da Qorbaçovla görüşərək Qarabağ məsələsini Ermənistanın xeyrinə həll etməsini istəyən, Ermənistan Elmlər Akademiyasının akademiki Silva Kaputikyan və daha neçə-neçə Moskvanın yetişdirdiyi erməni sovet, kommunist aristokratı Azərbaycana qarşı fəaliyyət göstərib. Onlar minlərlə azərbaycanlının haqsız tökülən qanına bais olublar.
 
Bu erməni ideoloqlar “türklərsiz Ermənistan” şüarı altında Moskvanın yaratdığı hərtərəfli şəraitdə fəaliyyət göstəriblər. Onların apardığı təbliğat nəticəsində 1988-91-ci illərdə onminlərlə Qərbi azərbaycanlı yurd-yuvalarını tərk etməyə məcbur olub. Bununla da Ermənistan vətəndaşlığı onların əllərindən güc yolu ilə alınıb. Yüz ildə üç dəfə deportasiyaya məruz qalmış Qərbi azərbaycanlıların mal-mülkləri də əllərindən alınıb.
 
Şimali Azərbaycan torpaqlarında yerləşdirilmələrinin birinci yüz ilində çar Rusiyasının yardımı və dəstəyi ilə təşkilatlanan erməni cəmiyyəti ikinci yüzillikdə anti-Azərbaycan, anti-Osmanlı, anti-Türkiyə fəaliyyətini gücləndirib.
 
 
Azərbaycan sovetlərin daxilində olduğundan ermənilərin antiazərbaycanlı fəaliyyəti “uğurla” həyata keçirdi. Ancaq bunu Türkiyəyə qarşı edə bilmirdilər. Ona görə də Fransa, SSRİ, sonradan Rusiya ona qarşı əsassız “erməni soyqırımı” iddiası ilə təzyiqlər etməyə başladı...
 
Hər pisliyin bir sonu olur. İkiəsrlik anti-Azərbaycan fəaliyyətin nəticəsi 44 gündə dağıldı. Bu torpaqların ermənilərə aid olmadığı bir daha təsdiqləndi. Çünki heç kim öz evini xarabazara çevirməz. Ancaq onlar işğal altında saxladıqları əraziləri xarabazara çevirmişdilər. Tarixi, dini abidlər dağıdılmış, təhqir edilmişdi.
 
Azərbaycanda “başı əlhəd daşına dəydi” ifadəsi var. Bu, öz əməllərindən peşman olmaq mənasını verir. Başın əlhəd (ləhəd) daşına dəyməsi meyitin qəbirə qoyulması anlamına gəlir. Bildirilir ki, onda ölü qəbirlə ilk təmasda vəziyyətinin dəhşətini anlayar və o andan qəbir əzabı ilə üz-üzə qalar.
 
Belə qənaətə gəlmək olar ki, erməni cəmiyyəti və ziyalılarının da “başı əlhəd daşına dəyib”. Onlar çar Rusiyası və keçmiş sovet ittifaqından qalma iddiaları dəfn edib, günahları, bu etnik qrupun nümayəndələrinin törətdiyi cinayətlərlə baş-başa qalıblar. Ötən dörd il ikiəsrlik əməllərin nəticələrini araşdırmaq üçün kifayət vaxtdır.
 
Ötən gün “Report”da Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti süjet yayımlanıb. “Erməni politoloq: bizə 2020-ci il müharibəsindən sonra dövlətçiliyi qoruyub saxlamaq möcüzəvi şəkildə qismət oldu” adlı süjetdə ermənilərin Qarabağda törətdikləri cinayətlərdən bəhs edilir.
 
 
Erməni ziyalılar, Ermənistanın tanınmış rejissor və bəstəkarı Ruben Haxverdiyan, erməni naşir Armen Martirosyan, politoloq Harutyun Mkrtçyan ermənilərin Qarabağda törətdikləri cinayətlərdən xəcalət hissi keçirdiklərini bildiriblər.
 
Onlar qeyd ediblər ki, ermənilər başqa dövlətin ərazisinə girərərk 26 il ərzində işğalçılıqla məşğul olublar: “Bütün dərdlərimizdə həmişə romalıları, bizanslıları, farsları, ərəbləri, türkləri, rusları günahlandırırıq. Ermənilər köçmədirlər deyə, dövlətlərini sevmirlər. Müharibə tərəfdarları heç vaxt müharibəyə getməyən insanlardır. Ağdamın hansı vəziyyətdə olduğunu öz gözlərimlə gördüm, biz orada hər şey məhv etmişik. Biz özümüz Azərbaycan evlərini, məscidlərini hər zaman dağıtmışıq. Çobanlarımız Ağdamda, Şuşada məscidlərdə inək saxlayırdılar”.
 
R.Haxverdiyan deyib ki, Rusiyaya Ermənistanda hakimiyyətə gətirmək üçün erməni və rus dilində fikrini normal ifadə edə biləcək adam lazım deyil: “Zori Balayan KQB casusu kimi erməni millətçiləri satıb. Balayan yazıçı deyil, Moskvadan göndərilmiş araqarışdıran adam idi. Bu gün Ermənistanı türksüz, azərbaycanlısız təsəvvür etmək olmaz...”.
 
H.Mkrtçyan isə Qarabağ klanı və erməni kilsəsi, keşiş Baqratın iç üzünü ifşa edib: “Mənə izah edin ki, biz Ermənistan konstitusiyasında Qarabağın ilhaqı ilə bağlı bəndi niyə hələ də saxlayırıq? Mənim üçün Ermənistanın ərazisi 29 743 kvadrat kilometrdir. Çiçəklənən Ağdamı xarabalığa çevirib “Akna” adlandırdıq. Qarabağ fikrinə yenidən düşmək Ermənistanın ölümünə səbəb olacaq. Bizə 2020-ci il müharibəsindən sonra dövlətçiliyi qoruyub saxlamaq möcüzəvi şəkildə qismət oldu. İrəvanda Qarabağ nümayəndəliyinin olması nə deməkdir? Bu, sadəcə, həyasızılıqdır...”.
 
Bu, baş verənlərdən nəticə çıxarmağı bacaran, “başı əlhəd daşına dəymiş” ermənilərin etirafıdır. Onlar öz böyüklərinin etdiyi böyük səhvi “Türklərsiz Ermənistan” ideyasının gülünc olduğunu deməklə bunu təsdiqləyiblər.
 
 
Bəzən azərbaycanlılara “siz niyə sülhdən, ermənilərlə dinc-yanaşı yaşamaqdan bəhs etmirsiz" kimi yersiz, əsassız iradlar tutanlar da tapılır. Axı türklər, azərbaycanlılar ermənilərə heç vaxt pislik etməyiblər. Nə onları yurdlarından qovub, nə soyqırımına məruz qoyub, nə də torpaqlarında dövlət qurublar. Odur ki, azərbaycanlıların ermənilərə mövcud münasibətini bu etnik qrupun özü, onun başbilənləri, Moskva, Paris və türk düşməni olan havadarları yaradıb.
 
Ermənilərin dili, mədəniyyəti, məişəti, ədəbiyyatı, tarixi, bir sözlə, milli varlığı türk, azərbaycanlı elementləri ilə doludur. Ermənistandan türkləri qovub, yerində türklərsiz dövlət qurulsa da, onun sadaladığımız elementlərindən, yəni ermənilərin varlığından bunları çıxarmaq mümkün deyil. Odur ki, türklərsiz ermənilərdən nə qalar? Bunu düşünən ermənilər türklərin, azərbaycanlıların önəmini bilənlərdir...
 
Sədrəddin İsmayılov,
report.az
 
Oxşar xəbərlər
17:05, Bu gün
Gülüstan Əliyeva canlı efirdə kövrəldi - VİDEO
17:00, Bu gün
Sürücülərə şad xəbər: Bu ərazilərdə rahat maşın saxlaya bilərsiniz
16:55, Bu gün
Zəlzələ, ya nüvə sınağı? - Seysmoloqdan SENSASİON açıqlama
16:50, Bu gün
BDU-da “ABŞ və Azərbaycanda jurnalistika təhsili” mövzusunda elmi seminar
16:45, Bu gün
Trendyol Bakıdakı yeni ofisi ilə beynəlxalq əhatəni genişləndirir - FOTO
16:39, Bu gün
“Nar” və NETTY ilin ən yaxşı internet təşəbbüslərini mükafatlandıracaq
16:36, Bu gün
"ABŞ Livanda "Hizbullah" hakimiyyətinə son qoymağa cəhd edir" - "The Wall Street Journal"
16:33, Bu gün
Azərbaycanlı biznesmen oğluna dəbdəbəli ad günü etdi - VİDEO
16:31, Bu gün
Müdafiə Sənayesi Nazirliyinin sözçüsü vəzifəsindən ayrıldı
16:28, Bu gün
Anar Bağırov: "Dövlət hesabına hüquqi yardıma görə vəsaitin artırılması ilə bağlı məsələ öz həllini tapmalıdır"
16:24, Bu gün
“Bəzi taksilərdə kamera və POS-terminalları görmürük, narkoman sürücülər isə...” - EKSPERT
16:19, Bu gün
Aİ-nin 1 milyona yaxın pulunu mənimsəyən qadın gizləndi - QİYABİ HÖKM
16:16, Bu gün
“Qardaşım qızına atamın Aşqabadda sevdiyi xanımın adını verib”- ƏLİAĞA VAHİDin qızı-ÖZƏL
16:15, Bu gün
"Hamster Kombat" dələduz şəbəkəyə aiddir? - Zərərçəkənlər var - VİDEO
16:10, Bu gün
Qarmon ifaçısından aparıcılara sərt İTTİHAM: "Söz tapmırlar danışmağa"
16:04, Bu gün
İkinci sinif şagirdi vəfat etdi - FOTO
15:59, Bu gün
Şəhid polkovnik-leytenant Zaur Cəfərovun anım mərasimi keçirildi
15:58, Bu gün
Bakının məşhur məktəbinə direktor təyin olundu - FOTO
15:54, Bu gün
Bu maşınları alanlara güzəşt ediləcək - QİYMƏTLƏR UCUZLAŞACAQ
15:50, Bu gün
Beş mindən çox taksi sürücüsü işdən çıxarıldı
15:46, Bu gün
Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlandı - Han Kanq kimdir?
15:41, Bu gün
Nəqliyyat ekspertindən təklif: “Gecə avtobusları təşkil edilməlidir”
15:35, Bu gün
Evində “silah-sursat aşkarlanan” bu müəllim də respublika başçısına “terror aktı hazırlayıb"...
15:33, Bu gün
"Kreml rusiyalıların cəsədlərini torpağa dəyişmək strategiyasını seçib" - "Politico"
15:28, Bu gün
Oktyabrda sevginizlə qarşılaşa biləcəyiniz 4 TARİX
15:22, Bu gün
İki övladı ilə çiyin-çiyinə döyüşən şəhid atanın qəhrəmanlığı - VİDEO
15:16, Bu gün
Mauro İkardi keçmiş həyat yoldaşı ilə yenidən bir araya gəlib - FOTO
15:10, Bu gün
Azərbaycan və Braziliya Anlaşma Memorandumu imzaladı
15:05, Bu gün
Sahibə Qafarova Tacikistanda səfərdədir - FOTO
15:00, Bu gün
Sülh üçün son şərtlər belədir: Dəhliz bu anlayışla açılır
14:54, Bu gün
Hava ilə bağlı XƏBƏRDARLIQ - Oktyabrın 15-dək...
14:48, Bu gün
Narkotiklərlə Mübarizə İdarəsi 146 kq narkotiki dövriyyədən çıxarıb - VİDEO
14:42, Bu gün
“Başları əlhəd daşına dəyən” ermənilər – böyüklərinin səhvlərinin qurbanları - TƏHLİL + FOTO
14:36, Bu gün
"Putin 2022-ci ilin payızında nüvə təhdidləri ilə ABŞ-ı əməlli-başlı qorxuya salıb" - "APNews"
14:32, Bu gün
Dəyərsiniz, özünə hörmət etməyən qadın kimdir? - Məşhurlar dalaşdı
14:26, Bu gün
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnir keçiriləcək
14:20, Bu gün
Yetkinlik yaşına çatmayan qız 41 yaşlı kişini yoldan çıxardı: "Dedi ki..." – ŞOK
14:15, Bu gün
“Qardaşımı bıçaqlayan şəxsin bacısının toyunda oxumuşam” - VİDEO
14:10, Bu gün
Bakıda dörd milyon dollarlıq müqavilə imzalandı - FOTO
14:05, Bu gün
Öz evində arvadını başqa kişi ilə tutdu: "Gördüm divanda..." - VİDEO
13:59, Bu gün
Əhməd Əhmədovun məhkəməsində şok ifadələr: "Xəstə olması..."
13:53, Bu gün
Bakının mərkəzindəki restoranda müştərinin pulqabısı oğurlandı - VİDEO
13:48, Bu gün
Azərbaycanda istilik mövsümü nə vaxt başlayacaq? - AÇIQLAMA
13:42, Bu gün
Bakıdan azad edilmiş ərazilərə yeni marşrut xətti açılacaq
13:37, Bu gün
Vladimir Putin Rusiyanın ABŞ-dəki səfirini vəzifəsindən azad etdi
13:32, Bu gün
"Ukrayna Silahlı Qüvvələri bir zərbə ilə Rusiyanın 400 "Shahed" dronunu məhv edib" - "Forbes"
13:27, Bu gün
Artan cərimələr: Məmur övladı qaydaları pozsa, cəzalanmasa...
13:22, Bu gün
Həmkarlarını RÜSVAY ETDİ: “O xalq artistləri striptiz klublarda oynasınlar” - VİDEO
13:16, Bu gün
İcra başçısının müavininə hücum edildi - Rəsmi açıqlama
13:10, Bu gün
Azərbaycan və Malayziya arasında əlaqələr genişlənir - FOTO
13:04, Bu gün
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI
12:59, Bu gün
Elza Seyidcahan Roza Zərgərlini məhkəməyə VERDİ
12:54, Bu gün
Sərhədi pozan 6 əcnəbi SAXLANILDI - FOTO
12:48, Bu gün
3 bürcə ŞAD XƏBƏR: Payızın sonuna qədər varlanacaqsınız
12:42, Bu gün
“Qızım intihar etməyib, anasına zəngində öldürüləcəyini deyib” - FOTO
12:30, Bu gün
Fuad Nəcəflinin qəbul otağına qəfil zəng – Deputat Ramiz Məmmədov özünü itirib və...
12:25, Bu gün
Əhməd Əhmədov cinayət məsuliyyətindən azad edildi - ŞOK QƏRAR + FOTO/VİDEO
12:19, Bu gün
Xocalıya videoqrafların infoturu təşkil olunub - VİDEO
12:13, Bu gün
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi - FOTOLAR
12:08, Bu gün
Bu hərbçilərin maaşları dəyişdi - RƏSMİ
12:04, Bu gün
"Qarabağ" dünya reytinqində gerilədi
12:00, Bu gün
Elçin Əmirbəyovdan SENSASİON MÜSAHİBƏ: "Top Ermənistanın tərəfindədir" - VİDEO
11:58, Bu gün
“Xarici siyasətdəki səhvlər bir gün mütləq daxili siyasətə də mənfi təsirini göstərməlidir...”
11:55, Bu gün
Paşinyan Azərbaycanla bağlı sənədi imzalamayıb - Şok
11:49, Bu gün
"Taksi xidmətində 5.25 milyon sərnişin azalması qeydə alınıb"
11:47, Bu gün
Bu dövlət komitəsi zənglərin yarıdan çoxuna cavab verməyib - MONİTORİNQ + FOTO
11:44, Bu gün
Bakı ilə bağlı bu təklif xalqımızın tarixi fədakarlığına verilən qiymətdir
11:43, Bu gün
Azərbaycanda heç vaxt gün düşməyən yer - VİDEO
11:40, Bu gün
İlham Əliyev: Azərbaycan iqlim dəyişmələri ilə bağlı çağırışların öhdəsindən gəlmək üçün cəsarətli addımlar atır
11:30, Bu gün
Zahiri görünüşə böyük əhəmiyyət verən bürclər - Görüşə gedəndə diqqət edin ki...
11:25, Bu gün
Prezident konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNİB
11:20, Bu gün
Hadrutda möhtəşəm taktika: alovun imitasiyası... - VİDEO
11:17, Bu gün
Şuşa uğrunda qəhrəmanlıqla döyüşərək şəhid olan Vətən Müharibəsi Qəhrəmanı
11:03, Bu gün
“Kimin nəyinə lazımdır ki, sənin toyuna kim nə qədər pul yazdırıb?”-Əməkdar artistdən ETİRAZ
11:02, Bu gün
Mədəniyyət Nazirliyinin yaddan çıxartdığı görkəmli sənətkarın məzarı: “Gönü qalın adamları bizləmək lazımdır”-UNUDULMUŞ MƏZARDAN REPORTAJ...
10:53, Bu gün
Beynəlxalq Qarabağ Təşkilatı BU QƏRARLARI VERDİ 
10:45, Bu gün
Bu maşınları alanlara güzəşt ediləcək - QİYMƏTLƏR UCUZLAŞACAQ
10:38, Bu gün
BMT Baş katibinin müavini COP29 sədrliyinə təşəkkür etdi
10:30, Bu gün
Nazir: Universitetlərin 70 faizində süni intellekt tədris olunacaq
10:23, Bu gün
AFFA-nın vitse-prezidenti UEFA-dan təyinat alıb
10:16, Bu gün
Əhaliyə XƏBƏRDARLIQ: oktyabrın 10-12-də...
10:08, Bu gün
Arvadını öldürməmişdən öncə internetdə axtarışa vurduğu söz DƏHŞƏTƏ GƏTİRDİ - FOTO
09:55, Bu gün
Millimiz finala doğru
09:50, Bu gün
Yarım milyon sənədsiz evin taleyi necə olacaq?
09:48, Bu gün
“Valideynlərimin ölümünə görə “HƏMAS”ı bağışlayıram...”- Günahkar öncə İsrail hökumətidir...”-Yəhudi
09:33, Bu gün
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı başlayıb
09:25, Bu gün
Röya o qədər şəffaf geyindi ki, bütün bədəni göründü - VİDEO
09:19, Bu gün
İsrail İranın zavoduna zərbə endirdi - Yanğın oldu
09:08, Bu gün
Təzə mövsüm, təzə yoluxma - Azərbaycanda COVID19-un yeni variantı yayılıb?
08:58, Bu gün
Şampunlardakı gizli təhlükə: Ürəkdə aritmiya yaradır
08:55, Bu gün
Netanyahu, Bayden və Harris arasındakı 50 dəqiqəlik söhbətdə nələrdən danışıldı?.. -RƏSMİ
08:50, Bu gün
15 yaşlı qızların dünyaya uşaq gətirmələrinə icazə verildi
08:40, Bu gün
Əfsanəvi qala ilə bağlı maraqlı faktlar: Bayıl qəsrinin sirri nədədir?
08:32, Bu gün
“Stalin öləndən sonra Babam Bakıya qayıdır”- Şüvəlan qəbirstanlığındakı 8 məzar Xurşidbanu Natəvanın nəvə-nəticələridir?-AÇIQLAMA+ÖZƏL
08:26, Bu gün
Avtomobildə yanacağa qənaət etmək üçün qeyri-adi üsul: Folqa kağızı - FOTOlar
08:11, Bu gün
Bürclər necə yuxuya gedir: Əkizlər və Xərçəng
08:00, Bu gün
Qasırğa qocalar evinin sakinlərinin ölümünə səbəb oldu
07:32, Bu gün
Rusiyada İran dronlarının daha iki anbarı vuruldu...-"Demilitarizasiya plan üzrə gedir..."  
02:08, Bu gün
“Sülh kəsişməsi” projesi “Spitak kimi” batır
00:36, Bu gün
Pentaqon: Rusiyanın dərinliklərində zərbələrə qoyulan məhdudiyyətlər qüvvədə qalacaq
GÜNLÜK
09 Oct 2024 | 22:30
120 yaşa qədər yaşamaq indi də mümkündür
09 Oct 2024 | 17:53
İlham Əliyev Keri Makkartini qəbul etdi - YENİLƏNİB
09 Oct 2024 | 18:10
Bakıda 34 yaşlı müəllim direktor təyin edildi - FOTO
00:22, Bu gün
İsrailin müdafiə naziri: "İrana ölümcül və gözlənilməz zərbə endirəcəyik"
09 Oct 2024 | 17:42
"HƏMAS simurq quşu kimi küldən yenidən doğulacaq" - HƏMAS-ın sürgündə olan lideri
09 Oct 2024 | 20:31
Bu ölkə raketdən “divar hörəcək”
09 Oct 2024 | 20:09
AYNA-dan Ədalət Şükürova CAVAB: Əməkdar artist quruma dəvət olunur
09 Oct 2024 | 20:17
""Oxotnik" dronunun vurulması Rusiya Hərbi-Kosmik Qoşunları üçün ən böyük rüsvayçılıqdır" - "Forbes"
09 Oct 2024 | 22:53
Azərbaycanda polis zabiti faciəli şəkildə həlak oldu
09 Oct 2024 | 19:40
Dəfn mərasimində tabutdan səs gəldi - nəbzi atırmış...
HƏFTƏLİK
06 Oct 2024 | 09:08
Ekspertlər ən yaxşı kərə yağlarının ADLARINI AÇIQLADI
06 Oct 2024 | 10:40
Bakının bu ünvanında binalar sökülür, sakinlərə pul veriləcək- FOTO
08 Oct 2024 | 07:55
Canan Karatay ən faydalı turşunun ADINI AÇIQLADI 
07 Oct 2024 | 16:32
“Bağırovun məhkəməsi o vaxtkı SSRİ rəhbəri Xruşovun əmri ilə təşkil olunmuş oyun idi...”
04 Oct 2024 | 08:45
“Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...”-MİSİR MƏRDANOV+ÖZƏL
08 Oct 2024 | 17:40
Lavaş çörəkdən daha faydalıdır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI 
03 Oct 2024 | 22:30
Həkim narın gözlənilməz faydalarından danışıb
06 Oct 2024 | 16:03
7,8 bal gücündə zəlzələ gözlənilir – SON DƏQİQƏ
08 Oct 2024 | 23:42
Prezident İlham Əliyev Moskvada "Rossiya-1" televiziya kanalına müsahibə verib
09 Oct 2024 | 00:02
MSK-nın sədri vəfat etdi - Son Dəqiqə
AYLIQ
09 Oct 2024 | 22:30
120 yaşa qədər yaşamaq indi də mümkündür
09 Oct 2024 | 17:53
İlham Əliyev Keri Makkartini qəbul etdi - YENİLƏNİB
09 Oct 2024 | 18:10
Bakıda 34 yaşlı müəllim direktor təyin edildi - FOTO
00:22, Bu gün
İsrailin müdafiə naziri: "İrana ölümcül və gözlənilməz zərbə endirəcəyik"
09 Oct 2024 | 17:42
"HƏMAS simurq quşu kimi küldən yenidən doğulacaq" - HƏMAS-ın sürgündə olan lideri
09 Oct 2024 | 20:31
Bu ölkə raketdən “divar hörəcək”
09 Oct 2024 | 20:09
AYNA-dan Ədalət Şükürova CAVAB: Əməkdar artist quruma dəvət olunur
09 Oct 2024 | 20:17
""Oxotnik" dronunun vurulması Rusiya Hərbi-Kosmik Qoşunları üçün ən böyük rüsvayçılıqdır" - "Forbes"
09 Oct 2024 | 22:53
Azərbaycanda polis zabiti faciəli şəkildə həlak oldu
09 Oct 2024 | 19:40
Dəfn mərasimində tabutdan səs gəldi - nəbzi atırmış...