Bizi sosial şəbəkələrdən izləyin:
"Biz həmişə və hər yerdə deyəcəyik ki, bu gün Macarıstanda satqın hökumət var..."
Macarıstanın baş naziri Victor Orban Fransanın Strasburq şəhərində Avropa Parlamentində çıxışı zamanı hücum cəhdinə məruz qalıb.
Moderator.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Baş nazir Budapeştin Avropa İttifaqında sədrliyi zamanı planlarından danışıb.
Orban miqrantlara neqativ münasibətdən danışanda "Demokratik koalisiya" müxalifət partiyasının fəalı Marton Nyekitski sürətlə baş nazirin əyləşdiyi tərəfə qaçaraq ona saxta pullar tullayıb və ucadan qışqırıb:
"Ölkəni neçəyə satmısınız, cənab baş nazir?". O, mühafizəçilər tərəfindən saxlanılaraq salondan çıxarılıb. Bu zaman paralel olaraq o, Macarıstanın hökumət başçısının "ölkəsini Putin və Si Tszinpinə satdığını" ucadan səsləndirib.
Viktor Orban fəalın hücumuna soyuqqanlı yanaşıb. Baş verənləri şərh edərkən o, bəyan edib:
"Macarıstan siyasətçisi başqasına onun əclaf olduğunu deyəndə, Macarıstan mədəniyyətində bu yalnız "mən səninlə razı deyiləm" deməkdir.
Macarıstanın sabiq baş naziri, Demokratik Koalisiyanın rəhbəri Ferents Dyurçan özünün "Facebook" səhifəsində Nyekitskinin davranışına
dəstək verib.
"Biz sözümüzü dedik, biz həmişə və hər yerdə deyəcəyik ki, bu gün Macarıstanda satqın hakimiyyət var", - o, yazıb.