Ekskluziv
1825
09 Oct 2024 | 17:42

"HƏMAS simurq quşu kimi küldən yenidən doğulacaq" - HƏMAS-ın sürgündə olan lideri

 
"İsrailin işğalı qaldıqca, sülh üçün heç bir perspektiv olmayacaq, region gec açılan bombanı xatırladacaq..."
 
Tehranda qətlə yetirilən HƏMAS Siyasi Bürosunun rəhbərini əvəz edən və hazırda sürgün həyatı yaşayan 68 yaşlı Xalid Məşəl bəyan edib ki, İsrail ilə bir illik müharibədə ağır itkilərə rəğmən, HƏMAS "simurq quşu kimi küldən yenidən doğulacaq".
 
Moderator.az xəbər verir ki, bu barədə o, "Reuters" beynəlxalq agentliyinə müsahibəsində bəyan edib. Məlumatı "banana.by" nəşri yayıb.
 
"Biz döyüş sursatlarımız və silahımızın bir hissəsini itirmişik, lakin HƏMAS hələ də gəncləri sıralarına cəlb edir və döyüş susatları və silahın xeyli hissəsini istehsal etməkdə davam edir", - o, deyib.
 
İnsani itkilərdən danışarkən Məşəl qeyd edib ki, "Fələstinin tarixi silsilələrdən ibarətdir". "Biz müxtəlif mərhələlərdən keçərək, şəhidlər veririk və hərbi imkanlarımızın bir hissəsini itiririk. Lakin Tanrının lütfü ilə Fələstin ruhu simurq quşu kimi yenidən dirçəlir", - o, deyib.
 
Məşəlin sözlərinə görə, hətta indi qruplaşma "hələ də İsrail qoşunlarına qarşı pusqular qurur". Bu zaman o, bəyan edib ki, nə qədər ki, İsraildə Binyamin Netanyahu hakimiyyətdədir, sülh üçün perspektivi görmür. "İsrailin işğalı mövcud olduqca, region gec açılan bombanı xatırladacaq", - Məşəl vurğulayıb.
 
Agentlik qeyd edir ki, Məşəl HƏMAS-da çəkiyə malikdir, çünki demək olar ki, 30 il ərzində qruplaşmanın rəhbərliyində həlledici rol oynayıb, indi isə onun diplomatik simasını təşkil edir.
 
"Məşəl 1997-ci ildə İsrailin sui-qəsdinə məruz qalıb və ona zəhər yeridilib. O, 1996-2017-ci illərdə HƏMAS-ın lideri olub", - məlumatda deyilir.
 
Yaxın Şərq üzrə analitiklər deyir ki, Məşəlin bəyanatı qruplaşmanın, bütün itkilərə rəğmən, mübarizəni davam etdirəcəyi barədə siqnal kimi düşünülüb.
 
"Bütövlükdə, mən deyərdim ki, HƏMAS sağ-salamatdır, ehtimal ki, hansısa məqamda Qəzzaya dönəcək", - bunu Beynəlxalq Böhran Qrupunun Yaxın Şərq və Şimali Afrika üzrə proqram direktoru Yost Hiltermann deyib.
 
O, qeyd edib ki, İsrail müharibədən sonra Qəzza üçün fəaliyyət planını işləyib hazırlamayıb, bu da HƏMAS-a, əvvəlki gücdə və formada olmasa da, dirçəlməyə imkan verə bilər.
 
İsrail baş nazirinin Ofisi Məşəlin fikirlərini şərh etməyib.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər