Bizi sosial şəbəkələrdən izləyin:
İsrail raket hücumuna cavab olaraq İrana zərbə endirmək planlarından əl çəkmir.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə yəhudi dövlətinin müdafiə naziri Yoav Qalant çıxış edib.
"İranın hücumu aqressiv olsa da, qeyri-dəqiq idi. Bizim hücumumuz, əksinə, ölümcül, son dərəcə dəqiq və ən əsası, gözlənilməz olacaq. Onlar nə baş verdiyini və necə baş verdiyini anlamayacaqlar. Sadəcə olaraq, nəticələri seyr edəcəklər" , - deyə nazir İsrail ordusunun kəşfiyyat bölmələrindən birinin iclasında bildirib.