Azərbaycan və UN-Habitat gələcək WUF-lar üçün təlimat hazırlayacaq
Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan və UN-Habitat gələcək Ümumdünya Şəhərsalma Forumlarının keçirilməsi üzrə informasiya-əməliyyat təlimatı hazırlamaq niyyətindədir.
Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasının (WUF13) ilk gününün yekunlarına dair bəyanatla çıxış edərkən bildirib.