Saytımızda sabiq MTN rəhbərliyinin varlı və ayağısürüşkən evli qadınlardan şantaj yolu ilə külli miqdarda pul aldığından, bu məqsədlə silsilə əməliyyatlar təşkil etdiyindən bəhs etmişdik. (//www.moderator.az/news/143548.html ). Vurğulamışdıq ki, ərinə xəyanət edən qadınların foto və video görntülərini əldə edən MTN, bu görüntüləri ictimaiyyiləşdirmək hədəsi ilə qarşı tərəfə təzyiq göstərib, nəticədə onlardan böyük miqdarda pul alıb.
Bugünlərdə məlum
olaylarla bağlı Moderator.az-a yeni məlumatlar daxil olub. Məlumatda MTN rəhbərliyinin
bu cür qadınlar haqqında ilkin informasiyanı necə əldə etməsi, onların sevgi səhnələrini
hansı yolla “əbədiləşdirməsi” ilə bağlı ilginc məqamlar yer alıb.
VİP restoran, otel, ticarət və istirahət mərkəzləri
MTN nəzarətində
Mənbənin sözlərinə görə,
həyat yoldaşına xəyanət edən varlı qadınlar və eləcə də kişilər haqqında ilkin
məlumat əsasən VİP restoran və ticarət mərkəzindəki agentura vasitəsi ilə əldə
edilib:
“MTN-nin həyat yoldaşına
xəyanət edən qadın və kişilərlə bağlı əsas məlumat mənbəyi rolunda VİP
restoranlar, ticarət və istirahət mərkəzləri çıxış edib. Belə ki, bütün bu
obyektlərin hamısında öz agentura sistemini yerləşdirən MTN rəhbərli bu agentlərin
vasitəsi ilə burada baş verən hər şeyi “görüb” və “eşidib”, ən cüzi yenilikdən
belə operativ şəkildə xəbərdar olub.
“Seçilmişlər” üçün nəzərdə
tutulan bu cür obyektlərə gələn insanlar
haqqında ilkin məlumat toplayan agentlərin təqdim etdiyi informasiya əsasında
lazımi şəxslər xüsusi nəzarətə götürülüb, bu cütlüklərin kimliyi, əlaqəsi təsbit
edilib. Bu cütlüklər arasında “kənar əlaqə”nin mövcudluğu təsbit olunan kimi
atılan növbəti addım isə onların mənzil və telefonlarının nəzarətə götürülməsi,
görüş yerlərinin müəyyənləşdirilməsi olub. Cütlüklərin telefon əlaqəsinə nəzarət
etməklə onların nə zaman harada görüşəcəyini asanlıqla öyrənən, bir neçə dəfə
görüş yerini kənardan müşahidə edən və öyrənən sabiq MTN əməkdaşları bunun
ardınca “əsas işə” keçib.
Xəyanətkar cütlüklərin
aşkarlanmasında E.Mahmudov komandasının bütün ölkə boyu tətbiq etdiyi gizli
kütləvi dinləmə siyasəti də az rol oynamayıb”.
Çağırılmamış qonaqların “sevgi gecəsi” hazırlığı:
mini kamera və onlayn ötürücülər...
Bilgili qaynağın sözlərinə
görə, zəngin və tanınmış cütlüklərin görüşləri adətən bahalı otellərdə, daha
çox isə şəhərətrafı villalarda təşkil olunurdu ki, bu görüşdən öncə MTN əməkdaşları
həmin məkana baş çəkir, sözügedən cütlüklər üçün sözün həqiqi mənasında sürpriz
hazırlayırdı:
“Görüşdən bir neçə saat
öncə görüşün keçirələcəyi məkana daxil olan MTN mütəxəssisləri otel və ya
villanın bütün əsas otaqlarına mini kamera və onlayn ötürücülər yerləşdirir, bundan
sonra bir neçə yüz metr kənarda MTN-ə məxsus xüsusi maşınlarda oturub cütlüklərin
gəlməsini gözləyirdi. MTN tərəfindən hazırlanan “sürprizdən” xəbərsiz olan
cütlüklər məkana daxil olan kimi onların bütün hərəkət və danışıqları lentin
yaddaşına həkk olunur, əbədiləşirdi”.
Nömrəsi silinən tapança və ya qondarma əməliyyat məlumatı
Mənbənin sözlərinə görə, MTN
əməkdaşları otaqlara mini kameralar yerləşdirən zaman bu əməliyyatı üçün zəruri
olan daha bir addım da atırdı ki, bu da otaqlardan birinə nömrəsi silinən
tapançanın qoyulması idi:
“Əməliyyat qrupu
kameralar yerləşdirən zaman otaqlardan birinə nömrəsi silinmiş tapança da
qoyurdu. Bu tapança əməliyyat qrupunun ev və ya otelə basqın erttməsi və ya
baxış keçirməsi üçün əsas olurdu. Belə ki, cütlüklərin sevgi səhnəsini sona qədər
kasetin yaddaşına köçürən, şantaj materialını hazır edən əməliyyat qrupu bunun
ardınca evə daxil olur, onlarda mənzildə qanunsuz odlu silahın mövcudluğu ilə
bağlı əməliyyat məlumatı olduğunu bildirirdi. Evə “baxış keçirən” əməliyyatçılar
qısa müddətdən sonra axtardıqları silahı “tapır”, onu dəlil kimi götürürdü.
Bundan sonra hər iki şəxs hadisə yerindəcə qandallanır və onların MTN-ə
aparılacağı, ailə üzvlərinə xəbər veriləcəyi bildirilirdi. Bunu eşidən cütlüklər
MTN yetkilisinə problemi “yerindəcə həll etməyi” xahiş edir, istənilən təklif və
şərti qəbul edəcəklərini bildirirdi. Belə olan təqdirdə cütlüklərin hər birinə
külli miqdarda pul ödəmək təklif edilir, bunun üçün onlara bir və ya bir neçə
günlük müddət tanınırdı. Bildirilirdi ki, əgər bu müddət ərzində pul ödənilməsə,
o zaman onlar video görüntülər vasitəsi ilə bütün ölkədə ifşa ediləcək. Məhz bu
hədə hər şeyi həll edir və cütlüklərin hər birini sözün həqiqi mənasında
MTN-nin əsirinə çevirirdi”.
Ardı var.
Anons:
1.MTN
rəhbərliyi “sevgi gecələri”nə görə öz əməkdaşlarından niyə pul yığıb?
2.Şantaja məruz
qalan qadınlar sadəcə pul verməklə canlarını qurtara bilibmi?
3.”Əməliyyat
xərci” şantaj puluna bonus olaraq necə əlavə edilib?
4.MTN
əməkdaşlarının xaricdəki təkmilləşdirmə kurslarında iştirakı ilə şantaj olayları
arasında hansı əlaqə var?