Azərbaycanın “kefkom”  Baş Qərargah rəisləri... - II yazı
Köşə
Oxunub: 7831
05 Apr 2021 | 19:17
Azərbaycanın “kefkom”  Baş Qərargah rəisləri... - II yazı
“...Məni ekstradisiya edə bilməyəcəksiniz. Çünki mən Rusiya Ordusunda Baş Kəşfiyyat İdarəsinin əməkdaşıyam. Onlar məni sizə təhvil verməzlər...”
 
***
 
“O müstəntiq Nəcməddin Sadıqov haqqında yetərincə  cinayət materialları toplamışdı. Onun həbsinə kifayət qədər əsas vardı...” - Sabiq nazir
 
***
 “Milli(!) dövlətimiz  Kremlin caynaqlarının Qarabağdan da, milli(!) ordumuzdan  da çəkilməsinə nail olmalıdır... Əks halda  on minlərlə şəhidimizin ruhu bizi bağışlamaz...”
 
...Biz yazarlar hələ 1993-1994-cü illərdə Şahin Musayevin şübhəli əməlləri haqda yazırdıq. Ancaq buna diqqət edən yox idi... 
 
Nəhayət, rəsmi məlumatlara görə, 1995-ci ildə o vaxtkı Prezident Heydər Əliyevə sui-qəsdlə bağlı məşhur “generallar işi”ndə Şahin Musayevin adı başda – təşkilatçı kimi hallanmağa başladı...
 
Lakin həmin dövləti cinayətdə suçlanan digər general və zabitlər həbs olunsa da, sabiq Baş Qərargah rəisi yenə aradan çıxıb “kefkom”luğuna davam edə bildi...
 
"Rusiyanın Baş Prokurorluğu bu haqlı tələbi qəbul etməmiş və Şahin Musayev həbsdən azad olunmuşdu..."
Nəhayət, 13 il sonra 2018-ci ildə o vaxtkı Daxili İşlər naziri, hörmətli general-polkovnik Ramil Usubov “Azərbaycan” qəzetinə müsahibəsində Azərbaycan dövləti tərəfindən general Şahin Musayevin məsuliyyətə cəlb olunmamasının səbəbləri haqda çox diqqətəlayiq faktlar açıqladı. Sən demə, onu Moskvanın əlindən mərhum eks-prezident, Kremldə yetərincə nüfuzu olan keçmiş DTK generalı Heydər Əliyev də ala bilməyib... 
 
 
Ramil Usubovun həmin müsahibəsinin əsas parçalarını diqqətinizə çatdırırıq:
“Ötən əsrin 90-cı illərinin sonları idi. Ağır dövləti cinayətlərdə, o cümlədən Heydər Əliyevə qarşı sui-qəsddə ittiham olunan general Şahin Musayev Rusiya hüquq- mühafizə orqanları ilə birgə apardığımız əməliyyat tədbirləri nəticəsində həbs olunmuş və Azərbaycanın tələbi ilə onun ekstradisiyası gündəmə gəlmişdi. Lakin Rusiyanın Baş Prokurorluğu bu haqlı tələbi qəbul etməmiş və Şahin Musayev həbsdən azad olunmuşdu. Bir müddət sonra Rusiyadakı səfirimiz Ramiz Rizayev məlumat verdi ki, Şahin Musayev hakimiyyətdən bir təmsilçi ilə görüşmək istəyir və onun arzusu odur ki, görüşdə məhz mən olum. Heydər Əliyevin tapşırığı ilə Moskvada Şahin Musayevlə görüşdüm. Ona hakimiyyətin tələblərini çatdırdım və Bakıya dönməsini tövsiyə etdim. Lakin Şahin Musayev birmənalı şəkildə bildirdi ki, "mən Bakıya dönməyəcəyəm. Heç sizlər də məni ekstradisiya edə bilməyəcəksiniz. Çünki mən Rusiya Ordusunda Baş Kəşfiyyat İdarəsinin əməkdaşıyam. Onlar məni sizə təhvil verməzlər...””
 
"Bakıya dönərək söhbət barədə ulu Öndərə məruzə etdim. Mən Heydər Əliyevə müraciətlə “Bəlkə mövzunu Prezident Boris Yeltsinlə müzakirə edəsiniz?! O, yəqin, ekstradisiya məsələsinə kömək edər”- dedim. Heydər Əliyev bir qədər düşündükdən sonra, hətta bir anlıq tərəddüdlə rusiyalı həmkarına zəng etdi. O, Boris Yeltsinə mövzu barədə geniş məlumat verdi, Şahin Musayevin dövləti cinayətlərdə və şəxsən ona qarşı sui-qəsddə iştirakının məhkəmədə tam təsdiq olunduğunu söylədi. Boris Yeltsinin cavabı isə əslində elə Heydər Əliyevin gözlədiyi kimi oldu: "Heydər Əliyeviç, məsələdən xəbərdaram. Mənə Şahin Musayev barədə məlumat veriblər. O, bizim mühüm dövlət sirlərimizin daşıyıcısıdır. Bağışlayın, bu səbəbdən onu sizə ekstradisiya edə bilmərik...”
 
Heydər Əliyev dəstəyi yerinə qoyandan sonra acı-acı gülərək "Ramil, görürsən o vaxtkı rəhbərlik necə agentləri, kəşfiyyatçıları ordumuzun başına qoymuşdu?! Onlar bizim Qarabağdakı uğursuzluqlarımızın əsas səbəbkarlarıdır. Bu agentlər Azərbaycandan başqa hər qüvvəyə, hər kəsə xidmət etdilər...”  
 
Onu da qeyd edək ki,  Rusiya kəşfiyyatı Şahin Musayevi necə “yoxa çıxarıbsa”, neçə illərdir onun bir foto-şəklini də tapmaq olmur. Maraqlıdır ki, “Vikipediya”nın rus versiyasında Şahin Musayevin öz fotosunun yerinə Azərbaycan ordusunun 1990-cı illərdəki keçmiş alaylarından birinin qərargah rəisinin fotosu qoyulur...
 
Şahin Musayevdən sonra Azərbaycanda Baş Qərargah rəisləri öncə dediyimiz kimi, Valeh Bərşadlı və Nurəddin Sadıqov olur. Onlar haqqında danışdıq. 1993-cü il iyunundan noyabrınadək qısa müddətdə bu vəzifədə olmuş sabiq Müdafiə naziri Səfər Əbiyevin dövründə də nələr baş verdiyi hamıya məlumdur.
 
Vikipediya”nın Azərbaycan türkcəsindəki bölməsində  bu gün də belə yazılır: “Hazırda Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovdur”...
 
Gələk “kefkom”luğunu Dubaydakı istirahətini təsvir edən yekəxana videolarıyla təsdiqləmiş sonuncu Baş Qərargah rəisi Nəcməddin Sadıqova... 
 
Onun barəsində də hələ 1990-cı illərin ortalarından bu sətirlərin müəllifi də daxil olmaqla biz yazarlar kifayət qədər yazmış, ordumuzun 1-ci Qarabağ savaşındakı və sonrakı  bir sıra əməliyyatlarının da uğursuzluqla nəticələnməsindəki rolu haqda öz yüksək rütbəli həmkarlarının, sabiq Müdafiə nazirlərinin həmçinin adi zabit və döyüşçülərin şahidlikləri əsasında məlumatlar vermişik. Zəfərimizlə nəticələnmiş 44 günlük şanlı savaşımzdan sonra və xüsusən son günlər isə bu “kefkom” general haqda yazılar KİV-də də, sosial mediada da aşıb-daşır...
 
Odur ki,  N.Sadıqov haqqında bir neçə nüansı vurğulamaqla kifayətlənəcəyik... 
Əvvəla, xatırladaq ki, mövcud qanunvericiliyə əsasən Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri yalnız Ali Baş Komandan olan Azərbaycan Prezidenti tərəfindən təyin edilir və işindən azad edilir... 
 
2020-ci il sentyabrın 27-də II Qarabağ savaşı başlaqdıqdan bir neçə gün sonra N.Sadıqov haqda digər müxtəlif müəmmalı söz-söhbətlərlə yanaşı, onun guya vəzifəsindən azad olunması haqda qeyri-rəsmi məlumatlar yayıldı. Ancaq o zaman bu informasiya rəsmi təsdiqini tapmadı...
 
Nəhayət, 2021-ci il yanvarın 28-də Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Vagif Dərgahlıya istinadla general-polkovnik Nəcməddin Sadıqovun Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxıldığı açıqlandı.
 
Lakin maraqlıdır ki, “Vikipediya”nın Azərbaycan türkcəsindəki bölməsində sonuncu dəfə 18 mart 2021-ci il tarixində, yəni sözügedən nazir əmrindən az qala 2 ay sonra - redaktə olunmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahı” başlıqlı məlumatda bu gün də belə yazılır: 
“Hazırda Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovdur”. 
 
“Vikipediya”nın rusca bölməsində Nəcməddin Sadıqov haqqındakı 14 mart 2021-ci il tarixli  məlumatda da onun hələ də  Müdafiə nazirinin birinci müavini — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsini daşıdığı qeyd olunur...
 
Müdafiə Nazirliyinə,  onun indiki  və keçmiş rəsmilərinə, eləcə də Azərbaycan Silahlı Qüvvələrinə aid internet məlumatlarına kimlər tərəfindən nəzarət olunduğunu deyə bilmərik. Amma, yəqin, kimlərsə  “bəlkə də qaytardılar” ümidi ilə yaşayır...
 
Əlimizdə barəsində hər hansı bir cinayətdə, dövləti xəyanətdə ittihamına dair məhkəmə tərəfindən təsdiqlənmiş sənəd-sübut, yaxud ən azı, bir video-görüntü olmadığından general Nəcməddin Sadıqovu “cinayətkar”, “xain”, “agent”, “casus”, yaxud “rezident” adlandırmağa ixtiyarımız yoxdur.  Amma deyir, od yanmasa, tüstü çıxmaz... Və müasir, demokratik ölkələrdə mediada, eləcə də sosial şəbəkələrdə hər hansı bir rəsmi şəxs haqqında hətta bircə ciddi məlumat  səsləndikdə həmin ittiham müvafiq dövlət qurumu tərəfindən rəsmən araşdırlır və ictimiyyətə gərəkli açıqlama verilir. Bəzən isə barəsində bircə ciddi ittiham səslənmiş vəzifəli şəxs özü abrına qısılıb istefa verir... 
 
Azərbaycanda artıq 30 ilə yaxındır barəsində kifayət qədər ittihamlar yazılmış, deyilmiş bir strateji vəzifə sahibi haqqında araşdırma aparmaq müvafiq qurumların borcudur... Yəqin ki, gec də olsa, bizim orqanlar “keçmiş” deyilən Baş Qərargah rəisi barəsində ciddi araşdırma aparıb nəticələrini xalqa açıqlayacaq...
 
İndi baxaq görək cənab Nəcməddin Sadıqov bu strateji  vəzifəyə hansı yollarla yüksəlib...
N.Sadıqov Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi  general-polkovnik Mikael Arutyunyanla...
 
Onun 1992-1994-cü illərdə Qarabağdakı əməliyyatlarda  iştirak edərkən öz “kefkom” sələfi, Rusiyanın agenti olduğunu etiraf edən general Şahin Musayevlə əlaqəsi olub-olmadığını keçmiş nazirlər, tanınmış hərbçilər də deyə bilmir....
 
Amma maraqlıdır ki, on illərdir “Rusiyanın adamı”, “QRU”nun agenti” olduğu deyilən bu şəxsə general-mayor rütbəsini hələ 1993-cü ilin yazında Rusiya imperializminə qəti nifrətini öz çıxış və müsahibələrində dəfələrlə ifadə edən, eyni zamanda Rusiya qoşunlarının Güney Qafqazda ilk dəfə olaraq Azərbaycandan çıxarılmasına göstəriş verən mərhum eks-prezident Əbülfəz Elçibəy  şəxsən verib.
 
Bu haqda özünün də Nəcməddin Sadıqova polkovnik rütbəsi verdiyini etiraf edən sabiq Müdafiə naziri Rəhim Qazıyev 2017-ci ildə Moderator.az-a açıqlamasında bunları deyib:
“Mən 1992-ci ilin yayındakı uğurlu Ağdərə əməliyyatına görə Nəcməddin Sadıqova briqada komandiri kimi növbədənkənar polkovnik rütbəsi verdim. Polkovnik paqonlarını da Gəncədəki qonaq evində zabitlərin içində özüm şəxsən təqdim etdim. Məni qucaqladı və gözü yaşardı. Həmin hadisədən cəmisi 10 gün sonra Ali Baş Komandan Əbülfəz Elçibəy mənə - müdafiə nazirinə xəbər verməyi lazım bilmədən Tərtər bölgəsinə gedir və kefinin yaxşı vaxtına təsadüf etdiyindən deyir ki, Nəcməddin Sadıqova general rütbəsi verəcəm. Onun mənə demədən cəbhə bölgəsinə getməsi də tarixi bir mövzudur və uzun müsahibənin materialıdır. Səhərisi gün məni Bakıya çağırdı ki, bəs Nəcməddinə təqdimat ver, ona söz vermişəm. Etiraz etdim ki, bəy, ona cəmisi 10 gün əvvəl vaxtından əvvəl polkovnik rütbəsi vermişəm ki, guya Ağdərə əməliyyatını bu keçirib. Halbuki, həmin əməliyyata kənardan kifayət qədər qüvvə cəlb etmişdik...”
 
Sabiq müdafiə naziri Moderator.az-a bu günlərdə verdiyi açıqlamada da özünün 1992-ci ilin yayında Nəcməddin Sadıqovun general-mayor rütbəsi almasından ötrü təqdimat imzalamaqdan imtina etdiyini bir daha təsdiqləyib.  “Elçibəydən soruşdum ki, Nəcməddinə nəyə görə general rütbəsi verməyi vəd etmisən, dinmədi” deyən keçmiş nazirin sözlərinə görə, N.Sadıqova həmin rütbə o vəzifədən azad edildikdən, yəni 1993-cü ilin 20 fevralından 10 gün keçməmiş, yeni  təyin olunmuş Müdafiə naziri Dadaş Rzayevin dövründə o vaxtkı Prezident Elçibəy tərəfindən  verilib. Təxminən bir həftə sonra isə o, korpus komandiri təyin olunub və martın sonu-aprelin əvvəli işğal olunacaq Kəlbəcərə yollanıb... 
 
“Nəcməddin tabor komandiri olanda onun siqaret almağa pulu yox idi. O, mənə “tı moy otets”(“sən mənim atamsan”) deyirdi. Mən onun savadını, biliyini qiymətləndirib, zabit kadrlarına böyük ehtiyacımız olduğunu nəzərə alıb nazir kimi ona Bakıda üçotaqlı ev verdim, “Honda” maşın verdim...” –deyən  Rəhim Qazıyev “Bəs siz onun əməllərindən nə vaxtsa şübhələnməndiniz heç?” sualını belə cavablandırıb:
 “Hələ 1993-cü il fevralın 4-də mən Gəncədə olarkən məlumat verildi ki, keçmiş Ağdərə rayonunun Çildıran kəndi ermənilər tərəfindən geri alınıb. Yalnız mən istefa verəndən sonra məlum oldu ki, həmin kəndin işğalında o vaxt orada olan briqada komandiri Nəcməddin Sadıqovun xüsusi “əməyi” olub. O, bilərəkdən Çildırandan bizim ordu hissələrinin geri çəkilməsinə şərait yaradıb və nəticədə  düşmən həmin mövqeləri bir güllə atmadan götürüb...  Bundan sonra  mən çalışdım ki, Nəcməddin Sadıqovun həbs olunmasına nail olum. Adını çəkmək istəmədiyim bir müstəntiq vardı, sonradan hərbi tribunalda hakim oldu. O,  1993-cü ildə N.Sadıqov haqqında yetərincə  cinayət materialları toplamışdı. Onun həbsinə kifayət qədər əsas vardı. Lakin hakimiyyət həmin işin aparılmasına imkan vermədi.  İndi o- Nəcməddin Bakıdadırsa,  nə vaxtsa rastıma çıxsa, onun üzünə tüpürməsəm, atamın oğlu deyiləm... Deyərəm, hardandı səndə bu milyardlar, bu villalar. Hamısı yuxarılardakı yaltaqların, şərəfsizlərin ucbatındandır... Hələ utanmaz-utanmaz bu gün də Nəcməddini müdafiə edənlər var... ”
 
Bundan sonra gəlir Kəlbəcərin işğalı,  1993-cü il noyabrın 2-də  Azərbaycan Prezidentinin əmri ilə Nəcməddin Sadıqovun Müdafiə nazirinin birinci müavini — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi təyin olunması,  1993-1994-cü ilin qışında yüzlərlə hərbçimizin həlak olması, don vurması, itkin düşməsi ilə nəticələnmiş Murovdağ əməliyyatı, Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayevin qətli, onun Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah sabiq rəisi  general-polkovnik Mikael Arutyunyan mehriban ünsiyyətini əks etdirən fotoları, “Tərtər işi”, “Tovuz döyüşləri”,  general-mayor Polad Həşimovun həlak olması, nəhayət, 2020-ci ilin avqustunda Azərbaycana ordumuzla birgə təlimə gəlmiş Türkiyə hərbçilərinə münasibət, 44 günlük savaşın ilk günlərində baş vermişi müəmmalı olaylar və s.  
 
Və nəhayət,  sonuncu “kefkom” Baş Qərargah rəisinin sonuncu macərası... Dubaydakı istirahəti zamanı çəkilmiş və sosial mediada paylaşılmış fotoları... 
Əvvəla, kimsə, ya general özü, ya hansısa doğması, vəkili, yaxud hansısa rəsmi qurum çıxıb demədi ki, bu fotolar Nəcməddinə aid deyil... Susmaq da razılıq əlamətidir... O halda ikinci məsələni araşdırmaq gərəkdir: bu video  kim tərəfindən çəkilib və bundan cənab generalın özünün xəbəri olubmu?  Əvvəla, bu cür ranqlı adamların görüntülərinin çəkilməsinə adi bir şəxs cürət edə bilməz. Bunu ya bilavasitə özü çəkdirib, ya da  hansısa ölkənin xüsusi xidmət, kəşfiyyat orqanı əməkdaşı. İkincisi, yəqin ki, özü ilə 30 illik dövlət sirlərini daşıyan sabiq Baş Qərargah rəisi xaricdə də, istirahətdə də, ən azı 30 şəxsi cangüdənlə gəzir. Video dəniz istiqamətində açıqlıq olan yerdən çəkilənə oxşayır. Odur ki, general ya özü, ya da mühafizəçiləri bunu hiss edərdi. Bu səbəbdən də həmin videonu Ermənistanın, yaxud  hansısa digər dövlətin guya Azərbaycanda daxili sabitliyi pozmaq məqsədilə çəkib paylaşması versiyası da inandırıcı görünmür. Həm də ona görə ki, onsuz da 30 ildən çox müddətdə Azərbaycanın 40-70 yaşlı əksər vətəndaşlarının beynində Nəcməddin Sadıqov haqda kifayət qədər şübhə və ittihamlar var. Və böyük əksəriyyət böyük səbirsizliklə onun vəzifəyə qaytarılmasını yox, məsuliyyətə cəlb olunaraq layiqli cəza almasını gözləyir. Odur ki, inandırıcı versiya keçmiş rəisin bəhs edilən görüntünü bilərəkdən, qəsdən çəkdirməsidir. Yəni onun həbsini, cəzalandırılmasını gözləyən xalqa öz sələfi Şahin Musayev sayağı acıq verir ki, budur, baxın, mənəm öz kefindəyəm, gəlin, görüm, məni necə həbs edirsiz?.. 
 
Sabiq rəisin həmin görüntüdəki jest və sifət mimikaları da xüsusi təhlil tələb edir. Gözünə qara eynək taxaraq özündən razı yeriş, əli belində duruş, sonra saata baxmaq  və əlini arxasına- yumşaq yerinə vuraraq getmək... Qara eynək - agentlərin xarakterik aksessuaırıdır. Generalın jest və mimikaların açması isə təxminən belədir. “Bəli, mən agentəm, başınıza 10 illərlə oyun açdım, indi vecimə də deyil, yenə öz kefimdəyəm, sizin ittiham və suallarınıza cavab verməyə vaxtım da yoxdur... ..., həbs edərsiz məni!..” 
 
Görüntüləri çəkənin kadrarxası söhbəti də videonun, ən azı, 2020-ci ilin avqust-sentyabrında çəkildiyini göstərir. Çünki orada keçmiş Baş Qərargah rəisinin həbs olunmasından danışılır...   
 
Özünü hərbi ekspert hesab edən bəziləri deyir ki, burada qeyri-adi heç nə yoxdur; adam işdən çıxıb, gedib istirahət edir. Amma  azca dərindən düşünəndə bu məsələdə ümummilli mənafelər baxımından nəticə çıxarılası yetərincə məqam var. Əvvəla, əgər bu görüntülər 44 günlük savaşdan öncə çəkilibsə, lap pis. Adi bir vəzifə daşıyan hərbçinin də ölkədən çıxışına icazə verilməyən bir vaxtda torpağının 20 faizdən çoxu işğal altında qalan bir ölkənin Baş Qərargah rəisinin – mühüm dövlət sirlərinin daşıyıcısının xaricdə, özü də xarici kəşfiyyat agentlərinin cövlan etdiyi Dubayda nə işi var? İkincisi, Azərbaycanın adi vətəndaşının burdan-bura - Şahdağ otelində bircə gecə qalmağa imkanı yoxdursa, Baş Qərargah rəisi nə qədər maaş alır ki, gedib dünyanın ən bahalı şəhərlərindən birində kef edir. Özü də torpaqlar işğal altında qala-qala... Yox, əgər sözügedən görüntülər müharibədən sonra çəkilibsə, o halda yenə 1-ci və 2-ci sualların əsas hissələri qüvvədə qalır. Heç şəhidlərimizin qanı hələ soyumayıb, iki gündən bir hərbçilərimiz, mülkilərimiz minaya düşür... Və üstəlik, sual olunur: 44 günlük savaşdan sonra minlərlə şəhid ailəsinin və yaralı, xəstə qazinin maddi yardıma ehtiyacı olduğu halda cənab general, hətta doğrudan da ürəyindən əməliyyat olubsa belə, gedib xaricdə kef etməyi vicdanına  necə sığışdırır. Dubayda istirahətə xərclədiyi on minlərin yarısını “YAŞAT” fonduna keçirib elə Azərbaycanın gözəl guşələrindən birində istirahət edə bilməzdimi?..  
 
Bir sözlə, əgər keçmiş adlanan Baş Qərargah rəisi on illərlə barəsində səslənən digər ittihamlar kimi Dubay  məsələsinə də cıqqırını çıxarmırsa, “ay camaat, bu mən deyiləm, oxşarımdı” demirsə, deməli, bu adam elə xələfi Şahin Musayev kimi xalqı da, dövləti də vecinə almır və “kefkom”luğunu təsdiqləyir... 
 
Xülasə, biz demirik ki,  Rusiyanın Azərbaycandakı Baş rezidenti məhz Nəcməddin Sadıqovdur. Həmin rezident ondan yuxarıda da, aşağıda da ola bilər... Öncə vurğuladığımız kimi, bunun üçün əlimizdə sənədli-sübutlu əsas yoxdur. Bu cür düşüncələrə  məntiqi istiqamət verən ittiham və ya faktları isə müvafiq qurumlar araşdırmalıdır...  Biz deyirik ki, 300 illik Rusiya imperiyasının Azərbaycanda – Vətənimizdə azı 200 illik nəsildən-nəsilə ötürülən kəşfiyyat, xəfiyyə, agentura şəbəkəsi var və həmin şəbəkə üzvləri müstəqil hesab edildiyimiz 30 ildə də nüfuz etdikləri dövlət, hökumət, ordu, qeyri-hökumət, partiya və s. qurumılarından hələ də tam təmizlənməyib. Şükür Allaha, minlərlə şəhid və qazimizin qanları, canları  hesabına  torpaqlarımızın xeyli hissəsini azad edə bildik.  Fəqət, həmin imperiya, üstəlik, sülhməramlılığı bəhanə edib ərazimizin bir hissəsinə faktiki öz hərbi-inzibati nəzarəti altında saxlayıb... 
 
Bilirik, bu, çətin, ağrılı bir prosesdir. Amma bütün bunlara rəğmən müstəqil(!) və milli(!) dövlətimiz  Kremlin caynaqlarının həm torpaqlarımızdan, həm də rəsmi və qeyri-rəsmi qurumlarımızdan, xüsusən milli(!) ordumuzdan  çəkilməsinə nail olmalıdır... Əks halda nə 20 Yanvar, nə 1-ci Qarabağ savaşı, Xocalı,  nə Aprel, nə Tovuz, nə də II Qarabağ savaşı şəhidlərinin ruhu bizi bağışlayar...
 
Sultan Laçın   
 
Oxşar xəbərlər
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
GÜNLÜK
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 14:10
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 14:10
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"