Masallının 70 saylı seçki dairəsindən millət vəkili seçilən Məşhur Məmmədov son vaxtlar maraqlı təşəbbüsləri ilə daha çox diqqət çəkir. Mətbuatda yayılan məlumatlara görə o hər ay yüzlərlə şikayətçi qəbul edir, ona ünvanlanan bütün müraciətləri cavablandırır. Bu günlərdə isə masallılı millət vəkili Məşhur Məmmədov öz seçicilərinə yerli, kifayət qədər maraqlı və ciddi verilişləri ilə diqqət çəkən cənub xəbər TV internet kanalı vasitəsi ilə hesabat xarakterli müsahibə verib. 40 dəqiqədən artıq çəkən müsahibədə millət vekili onun təşəbbüsü ilə yaradılan Masallı Təhsil Fondundan, yaradıcı gənclərlə apardığı işlərdən, seçildiyi ərazinin cari və qlobal problemlərindən söz açıb. Eləcə də qocaman və təcrübəli jurnalist Zahir Əmənovun “solaxay”suallarından yayınmayıb. Yaxşı olardı ki, digər millət vəkilləri, eləcə də bələdiyyə sədıəri bu təcrübədən istifadə edib, belə kanallar vasitəsi ilə seçicilərinə hesabat versinlər.
Həmin müsahibənin linki burada: