“Prezident pul ayırsa da tapşırıqlar yerinə yetirilməyib”
Müsahibə
Oxunub: 7738
10 Feb 2016 | 10:03
“Prezident pul ayırsa da tapşırıqlar yerinə yetirilməyib”
Moderator.az   "Azərbaycan Dəmir Yolları”-nın sədri Cavid Qurbanov ilə müsahibəni təqdim edir:

- Cavid müəllim, bu gün (dünən-red.) sizin “Azərbaycan Dəmir Yolları” QSC-yə rəis təyinatınızın bir ili tamam oldu. Bir il ərzində rəhbərlik etdiyiniz sahədə nə dəyişdi? Nə kimi uğurlar, yeniliklər oldu? Bu bir ilin yekununu necə dəyərləndirərdiniz? 

- Məsələ ondadır ki, həqiqətən də bir il əvvəl cənab prezident bizi bu vəzifəyə təyin etdi. Həmin vaxt qarşımıza çox ciddi məsələlər qoymuşdu. Mən də çalışdım ki, bu bir il ərzində qarşımıza qoyulan o məsələlərdə ciddi dönüşlər yaradım. Mən dəmiryolunu qəbul edəndə düşünməzdim ki, bu sahə texniki tərəfdən zəifdir. 

- Baxmayaraq ki, mətbuat daim bu sahədəki çatışmazlıqlardan yazırdı... 

- Bəli, yazırdı. Amma başım öz sahəmə daha çox qarışdığı üçün (C.Qurbanov buna qədər “Azəryolservis” ASC-nin prezidenti olub-müəllif.) dəmiryolundakı vəziyyətdən xəbərim olmurdu. Amma bu vəzifəyə təyin olunandan sonra gördüm ki, texniki heyəti, kadr potensialı bərbad vəziyyətdədir. Ona görə də mövcud vəziyyətlə bağlı ölkə başçısına, baş nazirə məruzə etdim. İşin irəliyə getməsi üçün müvafiq addımlar atmağa başladıq. Addımlar birinci növbədə vaqon, elektrovoz, lokomotiv parklarının yenilənməsi ilə başladı. Dəmir yolu digər sahələrdən xeyli fərqlənir. Gəmiçilik elədir ki, onun yolu ancaq sudur, təyyarənin yolu havadır, maşın yollarında isə yoldur, amma üstündəkilərə cavab verilmir. Dəmir yolunda isə rəhbərlik bunun həm yoluna, həm xəttinə, həm də rabitəsinə, lokomotivinə, ekologiyasına, təhlükəsizliyinə cavabdehdir. Ağır və böyük strukturdur. Amma bu ağır və böyük struktura dəmiryolu rəhbərliyi, onun işçiləri tərəfindən lazımi diqqət göstərilməyib. Bunların hamısı o vəziyyətə gətirib çıxarıb ki, biz bu formada davam etsəydik, 2020-2022-ci illərə qədər dəmiryolu parkında vaxtı keçməmiş, istismara yararlı olan vaqon və lokomotiv parkından çox cüzi miqdarda qalardı. İndiki parkın təxminən 5 faizi qalacaqdı. Mən burda özümü tərifləmək istəmirəm....

- Yox, biz faktlardan danışırıq... 

- Bəli, ölkə prezidenti tərəfindən 4 il budan öncə inkişaf proqramı təsdiqlənib. Onun punktları var, tapşırıqlar verilib. Amma mövcud durum göstərirdi ki, bu tapşırıqların icra olunması gecikib. Yoxlamalar göstərirdi ki, layihələr illərlə gecikdirilib və yerinə yetirilməyib. Baxmayaraq ki, dövlət başçısı pul ayırıb, tapşırıqlar verib... 

- Səhv etmirəmsə, xarici təşkilatlardan da bu sahəyə maliyyə vəsaiti ayrılıb. 

“Bu formada davam etsəydi, 2020-2022-ci illərə qədər indiki parkın təxminən 5 faizi qalacaqdı”

- Bəli. Ona görə də bu məsələlərə yenidən baxmağa başladıq. Kadr dəyişikliyi ilə də məşğul olduq. Bura spesifik sahədir. “Mən yeni gəlmişəm, hamını çıxarmalıyam, təzələməliyəm” prinsipi ilə işçiləri çıxarmadıq. Sadəcə, işinə baxıb, kadrlara qiymət verdik. Yaxşı işləyənlər yerində qaldı, qaneedici fəaliyyəti olmayanları isə zaman-zaman dəyişdik. Biz 84 kilometrə yaxın Bakı-Sumqayıt yolunu bərpa etdik, açdıq. Bu ilin içində 40 kilometrə yaxın yolu yeniləşdirmişik. Yeni platformalar tikmişik, dəmir yolu binasının yeni təmirinə başlamışıq, 4 ədəd yeni elektrovoz alıb gətirmişik, 10 ədədə yaxın teplovozu Qazaxıstandan gətirmişik, 3 minə yaxın vaqon alıb gətirmişik. 3 ədəd “Ştadler” tipli sərnişin qatarı istifadəyə vermişik. 3 mindən çox yük və yük vaqonları gətirmişik - bunlar buğda, neft daşınması ilə məşğul olan vaqonlardır. 

Elektrik təsərrüfatı ilə bağlı yeniliklər edirik. Dəmir yolu idarəsinin dam örtüyünü dəyişmişik. İndiyə qədər heç kim buna əl vurmamışdı. Son 50 ildə bu dam örtüyü dəyişilməmişdi. Binanın özünün təmiri ilə məşğuluq. Ayın 20-də yeni bir korpusun təmirini bitirəcəyik. Binanı təmizlətdirdik, təkcə zirzəmidən onlarla maşın zibil daşıtdırdıq. Su sistemini yenilədik. Artıq su kranını açanda hər kəs ordan axan sudan içməli su kimi istifadə edə biləcək, çünki təmizləyici qurğular qoymuşuq. Yeni istilik, havalandırma sistemi qurmuşuq. 5 ədəd təmir olunmuş elektrik qatarı alıb gətirdik. Bunun birini Yalama istiqamətində xəttə buraxmışıq. Bu marşrutdan hər gün 200 nəfərə qədər sərnişin istifadə edir.

- Siz danışdıqca mənzərə daha aydın olur: 50 ildir dəyişməyən dam örtüyü, bərbad durumda olan infrastruktur, üstəgəl, prezidentin vəsait ayırdığı və sərəncam verdiyi sahə ilə bağlı heç bir iş görülməyib. Bəs necə olur ki, neqativ planda bu işləri görən şəxslər cəzalandırılmadı? 

- Gəlin məsələni bu cür qoymayaq. Bizim yanımızda işləyən, bu cür işinin öhdəsindən gəlməyən şəxslərin cəzalandırılması ilə məşğuluq.

- Xeyr, sizi nəzərdə tutmuram. Hüquq-mühafizə orqanları bu sahəni araşdırıb, hər hansı tədbir görə bilərdimi? Ən azı cəzasızlıq mühiti yaranmasın deyə. 

“Çox vaxt bizim nazirliklər və məmurlarımız öz sahəsi üzrə olan siyasətlə təsərrüfat fəaliyyətini qarışdırırlar”

- Cəzanın geci-tezi var. Hər kəs öz cəzasını nə zamansa alır və alacaq. 

- Sizcə, indi gecikmir ki? 

- Xeyr. Hər halda, bu işlə kimsə məşğuldur. Lazım gələndə, vaxtı çatanda cəzalandırma ilə məşğul olacaq. 

- Son bir illik fəaliyyətinizə kənardan bir hakim kimi neçə qiymət verərdiniz? 

- Çox çətin məsələdir. Qiymətləndirməni qoy kənardan kimsə etsin. Sadəcə, bir şeyi bilirəm ki, mən öz vicdanım qarşısında hesabat versəm, deyərəm ki, bacardığım qədər üzərimə düşəni etmişəm. 

- Ölkə rəhbərliyinin bu bir illə bağlı hər hansı dəyərləndirməsi olubmu? 

- Cənab prezident dəfələrlə öz çıxışında bizim fəaliyyətimizə müsbət qiymət verib. Ən yüksək qiyməti işlərin getdiyini, inkişafın olduğunu deməklə verib. Bundan artıq biz qiymət gözləmirik. Cənab baş nazirin çox yaxşı münasibəti var bizim fəaliyyətimizlə bağlı.

- Ötən il sentyabrın 18-də “Azərbaycan Dövlət Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılaraq müstəqil qurum elan olundu. Bu, sizə və rəhbərlik etdiyiniz quruma hansı üstünlüklər qazandırdı? Bir nazirliyin tabeliyində fəaliyyətlə, müstəqil idarə olaraq fəaliyyət arasında hansı fərqlər var? 

- Bu, əlbəttə ki, cənab prezidentin qərarı idi. Özüm tərəfindən demək istəyirəm ki, nazirliklər əsasən dövlətin onlara tapşırdığı siyasətlə məşğul olmalıdır. Tutaq ki, Nəqliyyat Nazirliyi ölkənin nəqliyyat siyasəti ilə məşğul olmalıdır. Amma çox vaxt bizim nazirliklər və məmurlarımız öz sahəsi üzrə olan siyasətlə təsərrüfat fəaliyyətini qarışdırırlar. Hesab edirəm ki, ümumiyyətlə, nazirliklər daha çox dövlətin o sahə üzrə siyasətini yerinə yetirməlidir. Subyektlər konkret olaraq təsərrüfat fəaliyyətini yerinə yetirir. Bu da daha çox kömək əvəzinə idarəetmədə tıxac əmələ gətirir. Ona görə də belə qərar qəbul olundu ki, iqtisadiyyatın böhranlı günlərində daha çox operativliyi, çevikliyi təmin etmək, cəld qərarlar qəbul etmək üçün təsərrüfat subyektlərinə sərbəstlik verilsin. Bu, zərurətdən əmələ gəldi. Özü də bu, təkcə bizdə həyata keçirilmir. Qonşu Gürcüstanda, Rusiyada, Qazaxıstanda belədir. Türkmənistanda ayrı nazirlik kimi fəaliyyət göstərir. Dəmir yolu müəyyən bir formada nəqliyyata bağlıdır. Amma əksər ölkələrdə dəmir yolları avtonom idarə olunur. 

“Vicdanım qarşısında hesabat versəm, deyərəm ki, bacardığım qədər üzərimə düşəni etmişəm”

- Rəhbərlik etdiyiniz qurumun yaxın gələcəkdə nazirliyə çevriləcəyi ilə bağlı mediada tez-tez versiyalar səslənir. Bu, gözləniləndirmi və ümumiyyətlə, ehtiyac görürsüzmü? 

- Bu, ölkə başçısının əlahiddə səlahiyyətləridir. Müəyyən adamları təyin etmək, qurumları birləşdirmək, ayırmaq... ancaq onun qərarları ilə həll olunur. İkincisi, insan var ki, işləmək üçün hansısa vasitə axtarır. İnsan var ki, işləməmək üçün bəhanə axtarır. Bunun formasının işə heç bir dəxli yoxdur. Əgər biz bu gün işləmək istəyiriksə, formanın heç bir fərqi yoxdur. Cənab prezident bu gün belə forma ilə bağlı qərar qəbul edibsə, bu, bizimçün məqbuldur. Heç onu dəyişməyə də ehtiyac yoxdur. İşləməyəcəksənsə, istəyirsən qurumun adını nazirlik qoy, ya da komitə, nəticə dəyişməyəcək. 

- Dəmir yolu dövlətdən dotasiya ilə yaşayan qurumdur? 

- Xeyr, əslində özü qazanıb, özünü saxlaya biləcək qurumdur. 

- Amma büdcədən dotasiya da alır. 

- Yox, dotasiya almır. Dövlətin proqramında, iqtisadiyyatda belə qayda var ki, dəmir yolu, hava, su nəqliyyatları kommersiya qurumlarıdır. Onlar özləri qazanır, təsərrüfatlarını inkişaf etdirir, işçilərinin məvacibini verir. Amma dövlət ineksiya, investisiya, innovasiya kimi özünün infrastrukturunu düzəldir, verir idarəyə. Məsələn, deyir ki, “ay dəmir yolu idarəsi, sənə vaqonları aldım, yolları təmir etməyə vəsait verdim, al, indən sonra özün qazan və dövlətin inkişafında rol oyna”. 

- Sualımın mahiyyəti budur ki, bu qurum gəlir gətirən quruma çevrilə biləcəkmi? Çünki ilk sualımın cavabında da dediniz ki, vəzifəyə gələndə burdakı durum acınacaqlı və bərbad idi. Gəlirlə işləyən, özünü dolandıran, büdcəyə vəsait ödəyən quruma çevrilməsi mümkündürmü? 

- Mən cənab prezidentə məruzə etmişəm. Sizin qəzet vasitəsilə də ictimaiyyətə çatdırmaq istəyirəm düşüncələrimi. Sual verdiniz ki, belə bir quruma çevrilməsi mümkündürmü? Mən də deyirəm ki, çevrilməlidir. Çünki dəmir yolu kommersiya təşkilatıdır, mütləq qaydada özü-özünü saxlamağa qadir olmalıdır. Əks halda, onun yaşamaq və işləmək imkanı azalır. Bundan ötrü dəmir yolu rəhbərliyində oturan adamlar təkcə texniki adamlar olmalı deyil. Həm də menecer olmalıdır. Lazım gələndə yüklərin dalınca getməlidir...

Bakıda bir-birinin ardınca müəyyən konfranslar keçirdik. İrandan, Qazaxıstandan, Gürcüstandan qonaqlar, mütəxəssislər dəvət etdik. Qiymətlərin aşağı düşməsi, marşrutların açılması ilə məşğul olduq. İndi yeni marşrutlar məsələsi var. Biz coğrafi məkanımıza görə dünyanın ortasında yerləşmişik. Tale elə gətirib ki, bizim təbiətimiz, eləcə də ərazi yerimiz elədir ki, torpağımızın altı da, üstü də qızıldır. Onun hər şeyindən istifadə etmək lazımdır. Azərbaycan torpağı öz xalqını yedirməyə, saxlamağa qadirdir. Sadəcə, işi düzgün qurmaq lazımdır. Cənab prezident demişkən, kənd təsərrüfatı inkişaf etdirilməlidir. Hamı neftdən yapışıb, “məni neft dolandıracaq” deməməlidir. Neft üzərindən dünya siyasəti qurulur. Onun qiyməti qalxa da bilər, düşə də bilər, bizdən asılı olmayan şeylərə görə oynaya bilər. Ona görə də özümüzü bir qədər ağır gündə yaşamağa hazır etməliyik... 

“Cəzanın geci-tezi var. Hər kəs öz cəzasını nə zamansa alır və alacaq”

- Bu cür ağır günə hazırıqmı, sizcə? 

- Bir az tənbəlləşmişik. 

- Azərbaycan Avropa ilə Asiyanın qovuşuğunda yerləşdiyindən, ölkəmizin nəqliyyat qurumları “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətində aktiv iştirak edir. Son aylar ərzində Azərbaycan dəmir yolları ölkənin dəmir yolu ilə bağlı tranzit potensialının artırılması istiqamətində bütün imkanları səfərbər edib. Son nəticə necədir? Razısızmı? 

- Nəticə etibarilə birinci məsələlərdən biri odur ki, biz bu səs-küyü qaldıra bildik. Hər kəsə çatdıra bildik ki, Azərbaycan üzərindən yük aparmaq daha sərfəlidir. İkinci məsələ budur ki, dövlətimizin başçısı bu işləri görməyimiz üçün bizim arxamızda dayandı, bizə dəstək verdi. 

- Prezident dəstəyi ona görəmi verdi ki, Cavid Qurbanovun xətrini çox istəyir? Yoxsa ölkə başçısı bu sahənin strateji mahiyyətini, gələcəkdə ölkəyə böyük gəlirlər gətirəcəyini, Azərbaycanı iqtisadi cəhətdən qabağa çıxaracağını bildiyi üçün bu addıma getdi? 

 - Tam düz buyurursunuz. Söhbət burda şəxsiyyətdən yox, ölkənin strategiyasından gedir. Hərdən mətbuatda bunu düz yazmırlar. Filankəs filan işi gördü... deyirlər. Mən təkbaşına heç nə edə bilmərəm. Əgər dövlət mənim arxamda durmasa, hər hansı iş görməm mümkün deyil. Gərək həm Maliyyə Nazirliyi, həm İqtisadiyyat Nazirliyi kömək etsin. 

“Kənd təsərrüfatı inkişaf etdirilməlidir. Hamı neftdən yapışıb, “məni neft dolandıracaq” deməməlidir”


- Edirlərmi? 

- Edirlər. Hər kəs bacardığını edir. Amma onu gedib çatdırmaq lazımdır. Ölkə başçısına gedib düzgün təqdimat etmək lazımdır ki, cənab prezident, bu işlə bağlı bu cür layihə var. Çünki cənab prezidentin o qədər problemi var ki. Amma sağ olsun ki, vaxt tapıb bizi dinləyə və sahəmiz üzrə görməli olduğumuz işlərlə maraqlana bilir. 

- Dövlət başçısının proqramı bu qədərmi gərgindir? 

- Əlbəttə. Onun proqramı hər zaman gərgindir. Hazırda ölkə postneft dönəminə keçib. İqtisadiyyatı yeni dönəm üzrə planlamaq və yoluna qoymaq lazımdır. 

- Bu dönəmdə sizin rəhbərlik etdiyiniz qurumun dövlətin iqtisadi damarlarına yeni qan vermək imkanları nə yerdədir? 

- Bizim o imkanlarımız var. Bu, təkcə dəmir yolunun inkişafı deyil ki. Bununla bərabər həm gəmiçiliyin, həm turizmin, həm limanların inkişafı artır, bundan başqa, mədəni səviyyə yüksəlir, yükdaşımanın da inkişafı güclənir, ekoloji problemlərin həlli yoluna qoyulur. Yolların saxlanması, qorunması problemləri ortadan qalxır. Hərə öz işini görə bilirsə, problemlər də yoluna qoyulur.  

- Cavid müəllim, vaxtaşırı medaiada və sizin çıxışlarınızda “Şərq-Qərb”, “Şimal-Cənub” beynəlxalq nəqliyyat marşrutu haqda danışılır. Qıraqdan bu, xeyli sirli-sehrli görünür. Bu marşrutları tutaq ki, peşəkarlar, sahə mütəxəssisləri bilir. Bəs sıravi oxucunun başa düşdüyü səviyyədə bunun açmasını necə verərdiz? 

(ardı var , musavat.com)
Oxşar xəbərlər
11:41, Bu gün
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
11:35, Bu gün
Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert
11:30, Bu gün
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
11:27, Bu gün
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanıldı
11:24, Bu gün
Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb
11:20, Bu gün
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar - Atropatenadan bu günədək
11:18, Bu gün
Ölkə üzrə IV siniflərdə monitorinq aparılır
11:15, Bu gün
Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi - VİDEO
11:10, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:10, Bu gün
Avropa ölkələri Azərbaycandan nə qədər qaz alıb? - SOCAR-dan AÇIQLAMA
11:05, Bu gün
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
11:04, Bu gün
Azərbaycanın millisi Xorvatiya komandasını məğlub etdi
11:00, Bu gün
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək” - Kamaləddin Qafarov
10:58, Bu gün
Rusiyadan sonra İsrailə də futboldan qadağa qoyula bilər
10:56, Bu gün
Azərbaycanda universitetlərə attestatla qəbul gözlənilir? - DİM sədri açıqladı
10:53, Bu gün
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
10:49, Bu gün
Sumqayıtda DƏHŞƏT: binanın qarşısında asılmış meyit tapıldı
10:42, Bu gün
Bu il yüksək prestijli ixtisaslarda keçid balı artırıla bilər
10:35, Bu gün
DİM-in elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir
10:27, Bu gün
Qırğızıstanda kütləvi dava - 29 nəfər...
10:20, Bu gün
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
10:15, Bu gün
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi vəzifəlilərə konkret tapşırıqlar verib
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
10:05, Bu gün
Bölgələrə güclü yağış və qar yağıb - FAKTİKİ HAVA
10:01, Bu gün
Geomaqnit qasırğası ilə bağlı xəbərdarlıq
09:55, Bu gün
Füzuli və Azərbaycan musiqisi - MƏQALƏ
09:47, Bu gün
Göyçayda arxın kənarını təmizləyən şəxs yıxılaraq ölüb
09:41, Bu gün
Qəzzada atəşkəs danışıqları dayandırılıb
09:23, Bu gün
Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ
09:19, Bu gün
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
09:11, Bu gün
Bu evlərə “kupça” verilir – RƏSMİ 
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
08:58, Bu gün
ABŞ və İranın yüksək rütbəli rəsmiləri arasında gizli görüş keçirildi...-İsrail mediası
08:49, Bu gün
Qurban Qurbanovun VAR-a əcnəbilərin dəvətinə münasibəti: “Heç xoş qarşılamadım”
08:39, Bu gün
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
08:30, Bu gün
Paşinyan axşamkı partiya iclasında keşiş Baqratın hərəkatı haqda bir söz də demədi...
08:20, Bu gün
10 dərdə dərman – Armud şirəsi
08:00, Bu gün
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
07:50, Bu gün
“Microsoft”dan köhnə kompüterlər barədə qadağa
07:40, Bu gün
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
07:39, Bu gün
Fransada terror aktları hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
07:20, Bu gün
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
07:08, Bu gün
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
06:42, Bu gün
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 23:07
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 22:34
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 21:42
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
17 May 2024 | 21:41
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
17 May 2024 | 21:26
Dünyanın ən uzun aclığı: 382 gün
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 21:20
SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO
17 May 2024 | 21:18
Fariz Rzayev Strasburqda Azərbaycandakı mina təhlükəsindən danışdı
17 May 2024 | 21:14
İsrail qüvvələri Qəzzanın Cəbəliyə bölgəsində üç israilli girovun meyitini tapıb
17 May 2024 | 21:13
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var
17 May 2024 | 21:11
“Yuventus” klubunun yeni baş məşqçisinin kim olacağı bilindi
17 May 2024 | 21:10
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
17 May 2024 | 21:08
Slovakiyanın baş nazirini gülləyən şəxs sabah məhkəmə qarşısına çıxarılacaq
17 May 2024 | 20:57
“Onun bu planları Rusiyanı narahat edirdi...”- Akif Nağıdan tariximizə fərqli baxış
17 May 2024 | 20:51
Həftədə neçə dəfə ağrıkəsici qəbul edə bilərik? - Nevroloq
17 May 2024 | 20:44
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var
17 May 2024 | 20:42
20 illik araşdırmaların nəticəsi açıqlandı: bu cür qidalanmaq ömrü uzadır
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
17 May 2024 | 20:23
Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 20:06
Litva Ukraynaya radar sistemləri verəcək
17 May 2024 | 19:58
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 19:50
Türk və erməni nazirlər tarixi körpünün bərpasını müzakirə etdi
17 May 2024 | 19:47
Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
17 May 2024 | 19:46
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
17 May 2024 | 19:42
Baş direktor Horadiz şəhərində vətəndaş qəbulu keçirib
17 May 2024 | 19:37
Robin Van Persinin yeni komandası bəlli oldu
17 May 2024 | 19:37
Aİ-dən Rusiyanın məşhur KİV-lərinə QADAĞA
17 May 2024 | 19:27
Putinin potensial varisi AÇIQLANDI
17 May 2024 | 19:16
Ukraynada səfərbərliklə bağlı yeni qərar: Zelenski qanun imzaladı
17 May 2024 | 19:15
Təyyarədə şalvarında ilanlarla uçan kişi saxlanıldı - VİDEO
17 May 2024 | 18:56
Ermənisayağı əzab: Sülh məcburiyyəti və müharibə arzusu
17 May 2024 | 18:56
Səidə Sultan: “Ərimi görmək istəyən bizə gəlsin”
17 May 2024 | 18:46
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu
17 May 2024 | 18:37
Şərti düşmənin yerüstü hədəfləri aşkarlandı, məhv edildi - Təlimdən VİDEO
17 May 2024 | 18:24
“Gürcüstanda bu səbəbdən hərəkat yüksələn xətlə inkişaf edir...”
17 May 2024 | 18:13
Paşinyanı tənqid edən qadın blogeri VƏHŞİCƏSİNƏ DÖYDÜLƏR
17 May 2024 | 18:08
ADNSU ilə AzMİ arasında “AzMİ Akademiya”nın yaradılması haqqında saziş imzalandı - FOTOLAR
17 May 2024 | 18:07
Rusiyada məşhur “SSJ-100” mülki təyyarəsi ilə bağlı gözlənilməz qərar verilir
17 May 2024 | 18:03
Qarabağ Universitetində əcnəbi tələbələr təhsil alacaqlar? - AÇIQLAMA
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
17 May 2024 | 17:57
“Tərtər işi”ndə təqsirləndirilən generalın cəzası azaldıldı
17 May 2024 | 17:55
Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi
17 May 2024 | 17:52
Əməkdar artist müğənnini LAĞA QOYDU: "Hissdir, kömürdür bilmirəm..." - VİDEO
17 May 2024 | 17:50
Naxçıvana avtomobillə getmək istəyənlərə ŞAD XƏBƏR
17 May 2024 | 17:47
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - YENİLƏNİB + FOTO
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 17:44
Gəncədə oğurluq etməkdə şübhəli bilinən bacı-qardaş saxlanılıb
17 May 2024 | 17:41
"Kiyev ABŞ və Avropa ölkələrini Rusiya ilə böyük savaşa sürükləyir" - Volodin
GÜNLÜK
17 May 2024 | 11:44
Azərbaycan və Belarus prezidentləri Füzulinin Baş planı ilə tanış oldular
17 May 2024 | 11:51
Şəkər xəstələrinin dərman təminatı niyə GECİKDİRİLİR? - Rəsmi AÇIQLAMA
17 May 2024 | 11:48
“Prius”lar üçün son bir ay
17 May 2024 | 11:54
Əli Əsədov Efiopiya baş nazirinin müavini ilə görüşdü
17 May 2024 | 12:02
Azərbaycanda polis qəzada vəfat etdi - FOTO
17 May 2024 | 12:16
Bakının mərkəzində qəribə yol qəzası - VİDEO
17 May 2024 | 12:08
Azərbaycanda şirkət BÖYÜK MƏBLƏĞDƏ cərimələndi
17 May 2024 | 12:25
İran zindanlarında məhbuslara böcəklərlə işgəncə verilir - FOTO
17 May 2024 | 12:04
“Real Madrid”in qələbəsi “Qarabağ”ın xeyrinə ola bilər
17 May 2024 | 11:58
ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədir - FOTO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
AYLIQ
17 May 2024 | 11:44
Azərbaycan və Belarus prezidentləri Füzulinin Baş planı ilə tanış oldular
17 May 2024 | 11:51
Şəkər xəstələrinin dərman təminatı niyə GECİKDİRİLİR? - Rəsmi AÇIQLAMA
17 May 2024 | 11:48
“Prius”lar üçün son bir ay
17 May 2024 | 11:54
Əli Əsədov Efiopiya baş nazirinin müavini ilə görüşdü
17 May 2024 | 12:02
Azərbaycanda polis qəzada vəfat etdi - FOTO
17 May 2024 | 12:16
Bakının mərkəzində qəribə yol qəzası - VİDEO
17 May 2024 | 12:08
Azərbaycanda şirkət BÖYÜK MƏBLƏĞDƏ cərimələndi
17 May 2024 | 12:25
İran zindanlarında məhbuslara böcəklərlə işgəncə verilir - FOTO
17 May 2024 | 12:04
“Real Madrid”in qələbəsi “Qarabağ”ın xeyrinə ola bilər
17 May 2024 | 11:58
ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədir - FOTO