Füzuli və Azərbaycan musiqisi - MƏQALƏ
Mədəniyyət
Oxunub: 4829
18 May 2024 | 09:55
Füzuli və Azərbaycan musiqisi - MƏQALƏ
Bu gün Azərbaycan musiqisini və ədəbiyyatını həm Füzulisiz, həm də Üzeyir Hacıbəylisiz təsəvvür etmək mümkün deyil. Hər iki sənətkarın Azərbaycan xalqının mənəviyyatında, tarixində, musiqisində və ədəbiyyatında xidmətləri misilsizdir.
 
Müxtəlif əsrlərdə yaşamış iki böyük sənətkar ülvi, saf məhəbbəti tərənnüm edən bir əsərdə, "Leyli və Məcnun" operasında qovuşmuşlar. Bəşər tarixində əbədi mövzu olan "Leyli və Məcnun" əfsanəsinin çox qədim olduğu məlumdur. Bu mövzu əsrlər boyu bir çox sənətkarları həyəcanlandırmışdı. Bizim Nizami Gəncəvi, hindli Əmir Xosrov Dəhləvi, özbək Əlişir Nəvai, tacik Cami və başqaları bunu qələmə almışlar. Lakin Üzeyir Hacıbəyli Şərqdə ilk opera olan "Leyli və Məcnun"u yazarkən məhz Füzuli poemasına müraciət etmişdir. Əvvəla ona görə ki, Füzulinin poeması doğma Azərbaycan dilində yazılmışdır, həm də ona görə ki, şairin qəzəlləri əsrlər boyu özünün lirikliyi, axıcılığı, ahəngliyi, musiqiyə yatımlığıyla xalq arasında məşhur idi. Azərbaycan xanəndələri illər boyu muğamları oxuyarkən Füzuli qəzəllərinə müraciət etmişdilər. Füzuli qəzəllərinin mətnini xüsusi ustalıqla ifa edib dinləyicilərə çatdıran muğam ustalarımızdan Hacı Hüsü, Məşədi İsi, Cabbar Qaryağdıoğlu, İslam Abdullayev, Səid Şuşinski, Xan Şuşinski və bir çox başqa xanəndələr məşhur idilər.
 
Biz Füzuli poeziyasında o dövrün musiqi alətlərinə və musiqi terminlərinə rast gəlirik. Bu alətlərdən ney, cəng, ud, qopuz, musiqar, nəfir, tənbur, setar, qanun və başqa bir çox musiqi alətlərinin adları bu və ya digər obrazla, təşbihlə, fəlsəfi fikirlə, estetik təsirlə əlaqədər çəkilir. Məsələn, ney şairə cavab verərək xəstəliyinin sirrini açıb söyləyir. Şair də neyin zərif və incə səsini Leylinin surəti ilə müqayisə edir. Füzulinin ud aləti ilə söhbəti də fəlsəfi düşüncələr cəhətdən maraqlıdır.
 
Füzuli qəzəlləri sözdə həkk olunmuş bir musiqi olduğuna görə Azərbaycan bəstəkarlarının böyük qismi bu poeziyanın əsiri və vurğunu olmuşlar. İlk növbədə biz Üzeyir bəy Hacıbəylini göstərməliyik ki, qeyd etdiyimiz "Leyli və Məcnun" operasından başqa özünün musiqili komediyalarında dünya şöhrəti qazanmış "Arşın mal alan"da və "O olmasın, bu olsun"da şairin poeziyasından geniş istifadə etmişdir. Bu da bizə haqq və əsas verir deyək ki, Azərbaycan musiqi teatrının yaranıb inkişafında şair Füzulinin rolu böyük olmuşdur. Hacıbəylidən başqa, digər Azərbaycan bəstəkarları Zülfüqar Hacıbəyli, Müslüm Maqomayev, Qara Qarayev, Cahangir Cahangirov, Tofiq Quliyev, Süleyman Ələsgərov, Ramiz Mustafayev və başqaları müxtəlif janrlarda əsərlər bəstələyərək Füzuli poeziyasına müraciət etmişlər. Lakin əlbəttə ki, ən böyük və əhəmiyyətli əsər Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası olmuşdur ki, biz onun üzərində bir qədər ətraflı dayanacağıq.
 
"Leyli və Məcnun" mövzusunda opera yazmaq fikrinə Ü.Hacıbəyli hələ 1897-1898-ci illərdə Şuşada yaşayarkən düşmüşdü. Bu illərdə 13 yaşlı Üzeyir Şuşa şəhərində səhnə həvəskarlarının oynadığı "Məcnun Leylinin məzarı üstündə" mövzusunda kiçik bir səhnəni görmüşdü. Həmin səhnədə məşhur xanəndə Cabbar Qaryağdıoğlu Məcnun rolunu Füzuli qəzəlləri əsasında ifa edirdi. Bu səhnə kiçik Üzeyiri elə həyəcanlandırmışdı ki, bir neçə ildən sonra Bakıya gələndə onda opera yazmaq fikri daha da gücləndi. Operanın yaranma tarixini xatırlayan bəstəkar yazırdı:
 
"Mən xalq yaradıcılığının klassik nümunələri olan muğamlardan musiqi materialı kimi istifadə etməyi nəzərdə tutmuşdum. Vəzifəm ancaq Füzuli poemasının sözlərinə forma və məzmunca zəngin, rəngarəng muğamlardan musiqi seçmək, hadisələrin dramatik planını işləyib hazırlamaq idi". Opera janrının xüsusiyyəti ilə əlaqədar Üzeyir Hacıbəyli əsərin librettosunu yazarkən Füzuli poemasının mətnini xeyli ixtisar etmişdi. Ü.Hacıbəyli Füzuli poemasında olan bəzi hadisələri, məsələn Məcnunun doğulmasını, onun atası ilə Məkkəyə getməsini, atasının məzarı üzərində Məcnunun naləsini və poemanın axırıncı səhnəsini verməmişdir. Lakin bununla bərabər, bəstəkarın yüksək dramaturji hissiyyatı ona Füzuli poemasının əsas süjet fabulasını, ictimai fəlsəfi, əxlaqi ideyasını saxlamağa kömək etmişdi. Ü.Hacıbəyli başqa dövrün sənətkarı kimi XVI əsrin poemasına öz münasibətini bildirmiş, məhz ona görə poemadakı Leyli surətini operaya olduğu kimi yox, daha fəal, öz hüquqsuzluğunu daha aktiv bildirən qadın obrazı kimi vermişdir. Ü.Hacıbəyli operanın musiqisində Füzuli poemasının lirik və romantik ruhunu, ümumi tonallığını böyük ilhamla verə bilmişdir. "Leyli və Məcnun" operasında musiqi poeziyanı rövnəqləndirir, poeziya isə musiqini yüksəldir. Operadakı xor səhnələri dramaturji cəhətdən böyük əhəmiyyətə malikdir. Məsələn, məşhur "Şəbi-Hicran" xoru əsərin proloqunu təşkil edərək, onun sanki epiqrafı olmuş və operanın ümumi əhval-ruhiyyəsini gözəl ifadə edə bilmişdi. Xorun melodiyası, xalqındır, sözləri Füzulinin Divan"ından götürülmüşdür.
 
Şəbi-Hicran yanar canım, tökər qan çeşmi giryanım,
 
Oyadar xəlqi əfqanım qara bəxtim oyanmazmı?
 
Güli rüxsarinə qarşu gözümdən qanlı axar su,
 
Həbibim, fəsli güldür bu, axar sular bulanmazmı?
 
Bu xorun valehedici melodiyası Ü.Hacıbəylini hələ seminariya illərində özünə cəlb etmişdi. Operanın obrazlarının daxili aləmini açan əsas musiqi materialı muğamlardır. Onlar operada ariyaları, arioza, reçitativləri, ansamblları əvəz edərək demək olar ki, bütün iştirakçıların partiyasında vardır. Ü.Hacıbəyli bu əsərdə muğamlara və onların şöbələrinə müraciət edərkən, onlardan kor-koranə istifadə etməmiş, zəngin muğam xəzinəsindən yalnız o muğamları seçmişdir ki, onlar müəyyən səhnələrin ümumi əhval-ruhiyyəsinə və Füzuli personajlarının xasiyyətinə uyğun gəlsin. Məsələn, operanın əvvəlində bəstəkar Leyli və Məcnunun lirik əhval-ruhiyyəsinə uyğun gələn "Mahur-Hindi" və "Segah" kimi açıq ruhlu, lirik xasiyyətli muğamlardan istifadə etmişdir.
 
"Mahur Hindi" muğamında Füzulinin və Hacıbəylinin Məcnunu bu misraları oxuyur:
 
Yandı canım hicri ilə vəsli-ruxi-yar istərəm,
 
Dərd-məndi-firqətəm, dərmani-didar istərəm.
 
Bülbülü-zarəm, deyil bihudə əfqan etdiyim,
 
Qalmışam nalan qəfəs qeydində, gülzar istərəm.
 
Leyli isə ona belə cavab verir:
 
Eşq daminə giriftar olalı zar olubam,
 
Nə bəladır ki, ona böylə giriftar olubam,
 
Qüdrətim yox ki, qılam kimsəyə şərhi-qəmi-dil,
 
Öylə kim arizeyi-hicrlə bimar olubam.
 
Gələcəkdə Leyli və Məcnunun partiyalarında yalnız qüssə, kədər hisslərini doğuran muğamlar səslənir. Artıq sonrakı pərdədə Məcnunun atasının nigarançılığı ilə əlaqədar "Çahargah" ladının həyəcanlı intonasiyaları bu səhnənin lirik əhval-ruhiyyəsinə təzad gətirir. Bu səhnə gələcək faciənin ekspozisiyası kimi səslənir.
 
Dramaturji cəhətdən operanın sonrakı pərdəsi Leylinin atasının Məcnunun elçilərinə rədd cavabı verməsidir. Bu səhnədən sonra "Kürd Şahnaz" muğamında Məcnunun partiyası səslənir. Burada onun iztirabları, dərin ümidsizlik hissləri verilmişdir. "Kürd- Şahnaz" muğamı üstündə Məcnun bu qəzəli oxuyur:
 
Ya rəb, bəlayi eşq ilə qıl aşina məni,
 
Bir dəm bəlayi-eşqdən etmə cüda məni!
 
Az eyləmə inayətini əhli-dərddən,
 
Yəni ki, çox bəlalar mübtəla məni!
 
Olduqca mən götürmə bəladan iradətim!
 
Mən istərəm bəlanı, çün istər bəla məni.
 
Bu pərdə İbn Səlama ərə verilmiş Leylinin "Qatar" muğamında oxuduğu solosu ilə bitir. Dramatik cəhətdən çox gərgin, zildə səslənən bu partiyada Leylinin hədsiz dərdi, fəryadı əks edilmişdi. Leyli "Qatar"da -
 
Xilafi-rəyim ilə, ey fələk mədar etdin!
 
Məni gül istər ikən mübtəleyi-xar etdin, - oxuyur.
 
Sonrakı pərdələrdə Məcnun "Bayatı-Şiraz", "Şüştər", "Bayati-Kürd" kimi muğamlar ilə xarakterizə edilmişdi. Səhra səhnəsində Məcnunun əzab və iztirabları əsasən qəmginlik doğuran "Bayatı-Şiraz" muğamı ilə ifadə edilir. Bu səhnəyə böyük təzad gətirən mərd xasiyyətli və marş ritmli Nofelin partiyasıdır ki, "Heyratı" zərb muğamı ilə verilmişdi. Bu cür təzad yaradan digər hissə Məcnunun Leyli ilə İbn-Səlamın toyunda oxuduğu "Şüştər" muğamıdır.
 
Curmimiz noldu ki, bizdən eylədin bizarlıq?
 
Biz qəmin çəkdik, sən etdin özgəyə qəmxarlıq.
 
Sizdə adət bumudur, böylə olurmu yarlıq?
 
Hanı, ey zalım, bizimlə əhdü peyman etdiyin?
 
Bu hissədən sonra həmin muğamın əsasında Leyli ilə İbn Səlamın dueti səslənir. Son pərdədə taleyindən şikayət edən Məcnun özünün qəm-qüssəsini "Bayatı-Kürd" vasitəsilə izhar edir.
 
Aşiq oldur kim, qılar canın fəda cananına,
 
Meyli-canan etməsin hər kim ki, qıymaz canına.
 
Əgər əvvəllər xanəndələr tərəfindən oxunan bu muğamlar konsert ifasında mücərrəd bir halı, əhval-ruhiyyəni, məsələn, məhəbbəti, sevinci, kədəri ifadə edirdilərsə, bu operada həmin muğamlar əsərin ümumi məzmununa tabe olaraq, ilk dəfə səhnədəki hərəkətlə, aktyor oyunu ilə birləşərək, operanın məzmununun açılmasına, onun əhval-ruhiyyəsinin əks edilməsinə kömək edən musiqi vasitəsi olmuşdu. Bu da, şübhəsiz, "Leyli və Məcnun" operasının əsas müvəffəqiyyətlərindən sayıla bilər. "Leyli və Məcnun" operasında Ü.Hacıbəylinin özünün bəstələdiyi musiqi parçaları orkestr üçün yazılmış hissələr, muğamların girişi və sonluqları, son pərdələrə yazılmış giriş musiqisindən ibarətdir. Bu hissələr o qədər xalq musiqi ruhuyla aşılanmış və onun nümunələriylə üzvi vəhdət təşkil etmişdi ki, onları klassik muğam və təsniflərdən ayırmaq çətin idi. Bu da bəstəkarın artıq ilk əsərində xalq musiqisinin lad-intolnasiya əsasına sərbəst yiyələnməsini sübut edir.
 
Füzuli poemasının əsasında Hacıbəylinin "Leyli və Məcnun" operasının əhəmiyyəti Azərbaycan musiqi tarixində oynadığı misilsiz rolu ilə məhdudlaşmır. Onun bir sıra Şərq xalqlarının professional musiqi mədəniyyətinin yaranmasında da mühüm rolu olmuşdur. Hələ inqilabdan əvvəl Azərbaycan artistləri bu operanı Zaqafqaziyada, Orta Asiyada, İranda göstərmişlər. Hər yerdə bu əsl Şərq operası böyük hərarətlə qarşılanmışdı. Məhz bu operadan sonra Özbəkistanda da həmin ərəb əfsanəsi mövzusunda "Leyli və Məcnun" operası yaranmışdı. Bu gün biz Şərqdə ilk opera olan "Leyli və Məcnun"a musiqimizin ilkin və ibtidai mərhələsi kimi deyil, həmişə yeni, müasir səslənən ölməz sənət əsəri kimi yanaşırıq. Buna da səbəb XVI əsrdə yaşayıb-yaratmış Füzuli dühası ilə XX əsrin klassiki Üzeyir bəy Hacıbəyli dühasının "Leyli və Məcnun"da üzvi vəhdətdə birləşməsi və qovuşması olmuşdur.
 
Zemfira Səfərova,
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, akademik
 
Oxşar xəbərlər
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
26 Jul 2024 | 23:36
Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb
26 Jul 2024 | 23:20
Yazıçı Vaqif Sultanlının yaradıcılığı haqqında “Dənizlə sahil arasında” adlı kitab yayınlandı - FOTO
26 Jul 2024 | 23:16
İyulun 14-də keçirilmiş qəbul imtahanında 6 nəfərin nəticəsi ləğv edilib
26 Jul 2024 | 23:05
Tramp prezident seçilərsə, Ukraynaya nə olacaq?
26 Jul 2024 | 22:58
Ermənistandan Rusiyaya ixrac edilən meyvə və tərəvəzlərdə zərərli maddələr aşkarlandı
26 Jul 2024 | 22:50
Əfşar Temuçin vəfat etdi - FOTO
26 Jul 2024 | 22:45
Ad günü məclisində qan düşdü
26 Jul 2024 | 22:43
Deputat olmaq istəyənlər üçün bir həftə vaxt qaldı - Sənədlərini DSK-lara təqdim etmək üçün
26 Jul 2024 | 22:40
Köhnə avtomobili olanlara MÜJDƏ – Pul alacaqlar!
26 Jul 2024 | 22:32
Repçi qəza keçirtdi, onu çəkmək istəyənlər ölümdən döndü - FOTOLAR
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 22:14
"Chrome"da yeni funksiya
26 Jul 2024 | 22:06
Təbiətin bizə bəxş etdiyi möcüzəvi meyvə
26 Jul 2024 | 21:50
Rusiya Yutubu bloklamaq qərarı verdi
26 Jul 2024 | 21:42
Ən bahalı hamburger: 9 min manata satılıb
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 21:31
Gün ərzində nə qədər şokalad yemək olar?
26 Jul 2024 | 21:28
AB Rusiyanın 1,5 milyardını silah üçün Kiyevə verdi
26 Jul 2024 | 21:24
Ən yüksək bal toplayanlar bu məktəblilərin ŞAGİRDLƏRİDİR
26 Jul 2024 | 21:20
Hərbi Gürcüstan yolu selə görə bağlandı
26 Jul 2024 | 21:19
IV qrupun lideri olan Nuray - FOTO
26 Jul 2024 | 21:14
"Rusiyada doğumla bağlı vəziyyət fəlakətlidir" - Peskov
26 Jul 2024 | 21:12
Qəbələdə aramsız yağan yağışlar bir sıra fəsadlara səbəb olub
26 Jul 2024 | 20:58
Qəbul imtahanlarının nəticələri açıqlandı
26 Jul 2024 | 20:50
İş axtaran zaman diqqət edilməli nüanslar
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 20:45
Büroda vəkilin meyiti tapıldı - başından vurulub
26 Jul 2024 | 20:39
ABŞ-də bir ildə 4 nəfər siçanlardan yayılan virusdan öldü
26 Jul 2024 | 20:31
Çörəyi bir ay kiflənmədən saxlamağın ASAN ÜSULU
26 Jul 2024 | 20:23
Britaniya qırıcılarına görə Rusiya təyyarəsi havaya qaldırılıb
26 Jul 2024 | 20:15
Göygöldə DƏHŞƏT: Oğul anasını bıçaqladı
26 Jul 2024 | 20:10
Zəncəfilli limonadı belə hazırlayın
26 Jul 2024 | 20:03
Afaq Gəncəli Xəzər TV-dən ayrılıb?
26 Jul 2024 | 19:55
Hansı tərəvəzləri çiy yemək olmaz?
26 Jul 2024 | 19:49
Seysmoloqdan XƏBƏRDARLIQ: Bu 4 şəhəri işarə etdi - FOTO
26 Jul 2024 | 19:41
Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır
26 Jul 2024 | 19:41
Avropa “qapıdakı” rus tankları ilə mübarizəyə hazırlaşır, həm də ABŞ-sız...
26 Jul 2024 | 19:35
Ermənistan NİYƏ İranla sərhəddə TUNEL TİKİR?
26 Jul 2024 | 19:30
Sumqayıtda yaşayış binasında yanğın 
26 Jul 2024 | 19:25
"Android" istifadəçiləri getdikcə daha çox "iPhone" alırlar
26 Jul 2024 | 19:19
Prezident Administrasiyasında avqust ayında vətəndaşların qəbul CƏDVƏLİ
26 Jul 2024 | 19:18
"Bandotdel"dən böyükmiqyaslı ƏMƏLİYYAT: Çox sayda həbs edilən var - ANBAAN GÖRÜNTÜLƏR
26 Jul 2024 | 19:13
Polisdən XÜSUSİ ƏMƏLİYYAT: 7 nəfər saxlanıldı -VİDEO
26 Jul 2024 | 19:05
Ermənistanın son təxribatlarının məqsədi nədir? - Ekspertdən AÇIQLAMA
26 Jul 2024 | 19:00
Üzməyə getməzdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...
26 Jul 2024 | 18:54
Təsadüfən işə götürülən haker şirkətin sistemini virusa yoluxdurub
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:50
Tramp FTB-də dindirilə bilər
26 Jul 2024 | 18:45
Diş fırçasını nə vaxt dəyişək?
26 Jul 2024 | 18:40
Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA
26 Jul 2024 | 18:35
Nazirlərin avqust ayı üzrə vətəndaş qəbulu cədvəli açıqlanıb
26 Jul 2024 | 18:30
Daha tez inkişaf edən biznes ideyaları - Çərəz dükanları, quru təmizləmə...
26 Jul 2024 | 18:25
Kreditlə bağlı yenilik - Zamin tələbi ləğv olunur?
26 Jul 2024 | 18:23
“İqtisadi müstəqilliyin təmini media üçün ən vacib şərtdir”
26 Jul 2024 | 18:20
1000-ə yaxın miqrant Rusiyadan qovulur
26 Jul 2024 | 18:15
Vidadi İsayev Bərdənin Ərəblər kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
26 Jul 2024 | 18:10
Yaşar Gülər Rəşad Məmmədovla görüşdü
26 Jul 2024 | 18:05
Dünyanın ən hündür tuneli tikiləcək
26 Jul 2024 | 18:03
Kamal Umudlu UEFA Konfrans Liqasının görüşünə təyinat alıb
26 Jul 2024 | 17:57
Qarabağ Universitetinin yeni dekanı KİMDİR...
26 Jul 2024 | 17:51
Mərdəkan yolunda taksidə əxlaqsızlıq - Həbs olunan var
26 Jul 2024 | 17:45
Qarabağ Universitetində YENİ TƏYİNATLAR - FOTO
26 Jul 2024 | 17:40
MSK seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 17:30
Paşinyan Türkiyə ilə sərhədə getdi
26 Jul 2024 | 17:24
XİN Maldivin Müstəqillik Gününü təbrik etdi - FOTO
26 Jul 2024 | 17:18
İrəvana davam edən hərbi yardımlar: Ermənistanı müharibəyə hazırlayırlar -TƏHLİL + FOTO
26 Jul 2024 | 17:12
Bu il Azərbaycanın gömrük orqanlarının tətbiq etdiyi cərimələrin məbləği açıqlandı
26 Jul 2024 | 17:06
Keçmiş məmurun oğlu dənizdə batdı - FOTO
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:55
“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Qaxda dəyirmi masa keçirdi - FOTOLAR
26 Jul 2024 | 16:49
Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin etdi
26 Jul 2024 | 16:45
Bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 16:36
Kriminal keçmişi olan şəxs MÜHAFİZƏÇİ İŞLƏYƏ BİLƏRMİ? – AÇIQLAMA
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:12
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı LƏĞV OLUNMALIDIR
26 Jul 2024 | 16:07
Fransada xaos hökm sürür: diversiyalar dəmir yollarını iflic edib, "Avropa hava limanı" təxliyə edilib
26 Jul 2024 | 16:02
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
26 Jul 2024 | 15:56
Balakəndə baş verən BİABIRÇILIQ hər kəsi şok etdi - VİDEO
26 Jul 2024 | 15:50
Flora Kərimova doğum gününü belə keçirdi - VİDEO
26 Jul 2024 | 15:44
Kreditlə bağlı mühüm YENİLİK – Zamin tələbi LƏĞV OLUNUR?
26 Jul 2024 | 15:38
Lisenziyası ləğv olunan bankda hesabı olan vətəndaşların NƏZƏRİNƏ!
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 15:26
Azərbaycanda yaşamaq üçün müaciət edən əcnəbilərin sayı açıqlandı
26 Jul 2024 | 15:22
Qəbələdə orta məktəb yandı
26 Jul 2024 | 15:18
Beynəlxalq səyyahlardan ibarət heyət Laçına səfər edib
26 Jul 2024 | 15:14
Vitali Arkov: "Qərb Ermənistanı balaca uşaq kimi aldatmaqda davam edir"
26 Jul 2024 | 15:09
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - FOTO
26 Jul 2024 | 15:03
İranın azərbaycanlı prezidenti: “Məni çox tərifləməyin, səhvlərimi deyin!”
26 Jul 2024 | 14:57
"Rusiya və Çin olmadan Ukrayna müharibəsi üzrə sülh danışıqları mümkün deyil" - Çexiya prezidenti
GÜNLÜK
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
26 Jul 2024 | 07:47
Macarıstan Çindən “gizli şəkildə” 1 milyard avro kredit aldı...-"POLİTİCO"
26 Jul 2024 | 07:26
Lerik rayonunda zəlzələ olub
26 Jul 2024 | 07:23
Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub
26 Jul 2024 | 07:37
Gələcəyin su mənbəyi atmosferdir: Havanı içməli suya çevirən cihaz ixtira olundu
26 Jul 2024 | 07:40
Bu ölkə “Meta”nı 220 milyon dollar cərimələdi – Məlumatları oğurlayır
26 Jul 2024 | 09:42
Bu bitkini qoxulayın - Baş ağrısından xilas olun - FOTO
26 Jul 2024 | 10:07
"Niva" həvəskarlarına şad xəbər - FOTO
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
21 Jul 2024 | 20:53
Siqaret çəkənlər bu göyərtini süfrədən əskik etməsin!
AYLIQ
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
26 Jul 2024 | 07:47
Macarıstan Çindən “gizli şəkildə” 1 milyard avro kredit aldı...-"POLİTİCO"
26 Jul 2024 | 07:26
Lerik rayonunda zəlzələ olub
26 Jul 2024 | 07:23
Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub
26 Jul 2024 | 07:37
Gələcəyin su mənbəyi atmosferdir: Havanı içməli suya çevirən cihaz ixtira olundu
26 Jul 2024 | 07:40
Bu ölkə “Meta”nı 220 milyon dollar cərimələdi – Məlumatları oğurlayır
26 Jul 2024 | 09:42
Bu bitkini qoxulayın - Baş ağrısından xilas olun - FOTO
26 Jul 2024 | 10:07
"Niva" həvəskarlarına şad xəbər - FOTO