Bizi sosial şəbəkələrdən izləyin:
"Maliyyə nazirləri G7 ölkə liderlərinə iyun ayında keçiriləcək sammitdə son qərar vermək üçün hazırlıq işlərinə başlamalıdır..."
Gələn həftə G7 ölkələri Avropa İttifaqının Rusiyanın dobdurulmuş aktivlərindən gələn gəlirlərin Ukraynanın xeyrinə müsadirə edilməsi təşəbbüsünə dəstək verməlidir.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Qeyd edilir ki, G7 ölkələri 2024-cü il 24-25 mayda maliyyə nazirlərinin görüşündə Avropa İttifaqının təklifinə dəstək verəcək.
Anonimlik şərtilə məmur deyib ki, müzakirələr Rusiyanın dondurulmuş aktivlərinə deyil, məhz onlardan gələn gəlirlərə həsr ediləcək.
Bu zaman qeyd edilir ki, istənilən qərar Avropa İttifaqı üzv ölkələri arasında dəstək qazanmalı və "möhkəm hüquqi əsasa" söykənməlidir.
Onun sözlərinə görə, maliyyə nazirləri G7 ölkə liderlərinə iyun ayında keçiriləcək sammitdə son qərar vermək üçün hazırlıq işlərinə başlamalıdır.
Rusiyanın dondurulmuş aktivləri
Beynəlxalq Valyuta Fondu Qərbin Rusiyanın dondurulmuş aktivlərindən istifadə edilməsinə qarşı çıxıb. Fond hesab edir ki, belə addım dünya valyuta sistemini sarsıda bilər.
Xatırladaq ki, 2024-cü il mayın 8-də Avropa İttifaqı səfirləri Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirlərdən Ukrayna üçün silah alınmasına istifadə edilməsi barədə saziş bağlayıb.
Məlumdur ki, sazişə görə, Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən il ərzində 3 milyard avro məbləğində gələn gəlirlərdən istifadə edə bilər.