“Onun bu planları Rusiyanı narahat edirdi...”- Akif Nağıdan tariximizə fərqli baxış
Elm və Təhsil
Oxunub: 4284
17 May 2024 | 20:57
“Onun bu planları Rusiyanı narahat edirdi...”- Akif Nağıdan tariximizə fərqli baxış
“Ayrı-ayrılıqda güclü olan bu dövlətlər-xanlıqlar son nəticədə Azərbaycanın ümumi gücünü zəiflətdi, daxili və xarici təhlükələrə qarşı müqavimət imkanlarını məhdudlaşdırdı…”
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
(Əvvəli burada: )
 
Xanlıqlarımız da müstəqil dövlətçiliyi davam etdirdi...- XXXI yazı
 
Azərbaycanın Şimal xanlıqları. Şəki, Quba, Qarabağ xanlıqları.
 
Şimalda Şəki, Quba, Qarabağ xanlıqları daha məşhur idilər. 1743-1744-cü
illər üsyanı nəticəsində Şəki xanlığı yaradıldı. Xanlığın əsasını qoyan Hacı Çələbi
olmuşdur [20]. Müstəqil Şəki xanlığının yaradılması əslində Azərbaycanın böyük
bir hissəsində dövlətçiliyin bərpası demək idi. Şəki xanlığı Hacı Çələbinin
dövründə xeyli qüvvətlənmiş, fəal siyasət yeridərək ətraf torpaqları özünə
birləşdirmişdi. Hacı Çələbi əlverişli şəraitdən istifadə edərək Təbrizə qədər
irəliləmiş, lakin Əmiraslan xan onu geri çəkilməyə məcbur etmişdi. H.Çələbi
Şirvan xanı ilə birləşərək 1748-ci ildə Qarabağa hücum etdi. Lakin Bayat qalasını
bir ay mühasirədə saxladıqdan sonra məğlub olub geri çəkildi. H.Çələbi Kürdən
keçərkən məyus halda demişdi: “Pənah xan bu vaxtacan sikkəsiz gümüş idi. Biz
gəldik ona sikkə vurduq və qayıtdıq” [7]. H.Çələbi yenə öz planlarından əl
çəkmirdi. Bir qədər sonra Ərəş (indiki Yevlax rayonu Xaldan qəsəbəsi) və İlisu
sultanlıqlarını özündən asılı vəziyyətə saldı [5, s.8-15]. Beləliklə, Şəki xanlığı bu
dövrdə Azərbaycan xanlıqları içərisində ən güclüsü oldu...
 
Şəki xanlığının güclənməsi, onun Car-Balakən və Gəncə torpaqlarını
birləşdirmək planları bir sıra Azərbaycan xanları və Kartli, Kaxet knyazlarını ciddi
narahat edirdi. Gürcü hakimləri Carı ələ keçirməyə çalışırdılar. Lakin 1751-ci ildə
onların qoşunları Carda H.Çələbi tərəfindən məğlub edildi. 1752-ci ildə Temuraz
(Kartli knyazı) və İrakli (Kaxet knyazı) Hacı Çələbiyə qarşı ittifaq yaratmaq
istədilər. Onlar bu məqsədlə Qarabağ xanı Pənahəlini öz tərəflərinə çəkərək onunla
ittifaqa girdilər. İttifaqa Naxçıvanlı Heydərqulu xan, Qaradağlı Kazım xan, Gəncəli
Şahverdi xan, İrəvanlı Hüseyn xan da cəlb edildi. 1752-ci ilin martında müttəfiqlər
Gəncə altında Qızılqaya adlanan yerdə görüşdülər. Lakin İrakli xəyanət edərək
xanları əsir aldı. Kürün sol sahilində düşərgə salmış H.Çələbi xanların əsir
alınması xəbərini aldıqda hücum edərək gürcüləri təqib etməyə başladı. Ağstafa
çayı yaxınlığında gürcüləri məğlub etdi və xanları əsirlikdən azad etdi, Borçalı və
Qazax sultanlıqlarını ələ keçirdi, oğlu Ağakişini ora hakim təyin etdi. Rusiyanın
“Sankt-Peterburqskie vedomosti” qəzetinin 23 noyabr 1853-cü il tarixli sayında bu
hadisə ilə bağlı yazılmışdı: “İran vilayətinin beş xanı... gürcü çarı ilə birləşib şəkili
Hacı Çələbinin üzərinə hücum etmişlər... Hacı Çələbi onları məğlub edib” [11].
Tariximizə «Qızılqaya xəyanəti» kimi daxil olmuş bu hadisə bir daha göstərdi ki,
Azərbaycan xanları birləşməli və ümumi düşmənə qarşı vahid cəbhədə mübarizə
aparmalıdırlar. 1752-ci ilin yazında H.Çələbi dostluq münasibətləri yaratmaq üçün
Temurazın sarayına elçi göndərdi. Lakin Temuraz Kabardin hakimindən 2 min
qüvvə alaraq Ağakişini Borçalı və Qazaxdan çəkilməyə məcbur etdi. Sonrakı il
H.Çələbi Cara hücum etsə də, məğlub oldu. Şirvan torpaqlarını özünə birləşdirmək
üçün 1755-ci ildə H.Çələbi oraya hücum etdi. Ağsunu mühasirə etsə də, məğlub
 olub geri çəkildi. H.Çələbi 12 il xanlıq etdikdən sonra 1755-ci ildə vəfat etdi [5,
s.12]. Onun ölümündən sonra Şəki xanlığında hakimiyyət uğrunda mübarizə
gücləndi, Şəki xanlığı öz əvvəlki qüdrətini itirdi, Azərbaycanın siyasi həyatında elə
bir rol oynaya bilmədi. Hakimiyyətə H.Çələbinin oğlu Ağakişi keçdi. O, qayınatası
qazıqumuxlu Məhəmməd Həsən xan tərəfindən Ərəşdə öldürüldü. H.Çələbinin
nəvəsi Məhəmmədhüseyn (1759-1780) Qubalı Fətəli xanın köməkliyi ilə
hakimiyyətə gəldi. 1768-ci ildə Qubalı Fətəli xan onunla birlikdə Şirvanı tutdular.
Şirvanın bir hissəsinin Şəkiyə qatılması Fətəli xanı narahat etdi. Məhəmmədhüseyn
xan bunu hiss etdikdə Şirvan xanı Ağası ilə yaxınlaşdı. 1768-ci ildə Fətəli xan
Məhəmmədhüseyn xanı məğlub etdi və 1769-cu ildə onlar arasında bağlanılan
müqaviləyə görə Məhəmmədhüseyn xan Fətəli xandan asılı vəziyyətə düşdü. 1780-
ci ildə o, əmisi Əbdülqadir tərəfindən öldürüldü. Onun övladları Məhəmmədhəsən,
Səlim və Fətəli hakimiyyətdə bir-birini əvəz etdilər. Məhəmmədhəsən Cardan
qoşun toplayaraq 1783-cü ildə hakimiyyəti ələ keçirdi. Məhəmmədhəsən xan Şəki
qalasını tikdirmiş, xanlıq üçün «Dəsrur-ül Amal» (Qanunlar məcmuəsi)
qanunnaməsi hazırlamışdı. O, Fətəli xanın siyasətinə qarşı çıxdı, lakin 1785-ci ildə
məğlub edildi. Fətəli xan onu özündən asılı vəziyyətə saldı [5,s.13]. Qubalı Fətəli
xanın vəfatından (1789-cu il) sonra müstəqil fəaliyyətini davam etdirdi...
Quba xanlığı Azərbaycanın ərazisində erkən yaranmış dövlət
qurumlarından biri idi. Xanlığın əsası XVII əsrin sonuncu rübündə qoyulmuşdu.
Tarixi mənbələrdə Qubanın ilk xanı Hüseynin 1689-cu ildə öldüyü qeyd olunur.
Ondan sonra hakimiyyətdə oğlu Əhməd xan, onun oğlu Sultan Əhməd xan və
1718-ci ildən onun oğlu Hüseynəli xan oldu. Xanlığın mərkəzi əvvəl Xudat qalası,
sonra isə, 1735-ci ildən Quba olmuşdur [19, s.140]. Quba Rusiyanın nəzarətinə
keçdikdən sonra 1726-cı ildə çar hökuməti Hüseynəli xanın xanlıq səlahiyyətini
təsdiq etdi. O, çar xəzinəsinə xərac vermir, ancaq yeri gəldikdə öz qoşunları ilə
Rusiyaya kömək edirdi. Sonra Quba xanlıgı Nadir şahdan asılı vəziyyətə düşdü.
Onun ölümündən sonra isə müstəqillik qazanıldı. Hüseynəli xanın 1758-ci ildə
vəfatından sonra hakimiyyətə oğlu Fətəli xan keçdi [1]. Fətəli xan Qaytaq
qumuqlarından və qacarlardan olan Azərbaycan türkü idi. Onun babası Hüseyn bəy
Şah II Abbasın (1642-1666) və onun oğlu Şah Süleymanın (1666-1694) vaxtında
İsfahanda sarayda olmuş, Qacarlar nəslindən olan Zöhrə xanımla evlənmiş və
onların xan nəsli başlanmışdır. Təsadüfi deyil ki, Ağa Məhəmməd şah Qacar Quba
xanlarını özünün qohumları adlandırırdı. Həmin Hüseyn bəy şiəliyi də İsfahanda
qəbul etmişdi [15, s.122-123]…
 
Fətəli xanın (1758-1789) dövründə Quba xanlığının nüfuzu daha da artdı. O,
22 yaşında Qubanın xanı olmuş, yeni-yeni torpaqları bu xanlığa birləşdirmişdir.
Quba xanı öz ərazisini genişləndirmək üçün müxtəlif vasitələrə əl atırdı. O, bəzi
hakimləri zorla, bəzilərini qohumluq əlaqəsi ilə özündən asılı vəziyyətə salırdı.
Əhalinin aşağı təbəqəsi də Fətəli xanın birləşdirmə siyasətinə tərəfdar idilər. Fətəli
xan dövrünün görkəmli dövlət xadimi idi. O, ilk növbədə qoşunlarını artırdı. Vergi
islahatları keçirdi. A.Bakıxanov yazır: «Fətəli xan tədbirli, əzmində sabit qədəm,
məmləkətin idarəetmə işlərində mahir bir adam idi» [2, s.71]. Onun Azərbaycan
torpaqlarını birləşdirmək siyasəti mütərəqqi hadisə idi...
 
Mühüm qala və ticarət limanı olan Dərbəndin Qubaya birləşdirilməsi böyük
əhəmiyyət kəsb edirdi. Fətəli xan Dağıstan hakimləri - Tarku, Qaraqaytaq və
Tabasaran hakimləri ilə əlaqəyə girib Samurun sağ sahilində olan torpaqları ələ
keçirdi, sonra isə Dərbəndi mühasirə edib, 1760-cı ildə tutdu. Dərbəndin xəzinəsi
və xanın əmlakı ələ keçirildi. Bakı həm dəniz limanı, həm də Xəzər dənizində
mühüm ticarət mərkəzi idi. Buradan çıxarılan neft böyük gəlir gətirdi. Fətəli xan
bacısı Xədicə Bikəni 1767-ci ildə zəif iradəli Bakı xanı Məlik Məhəmməd xana
verməklə onu özündən asılı vəziyyətə saldı. 1781-ci ildə onun ölümündən sonra
Bakının xanı oğlu Mirzə Məhəmməd oldu. İstənilən halda Bakı Xədicə bəyim
tərəfindən idarə olunurdu [10, s.103]...
 
Fətəli xan öz müvəffəqiyyətlərini genişləndirərək Şirvan xanlığını tabe
etmək uğrunda mübarizəyə başladı. 1768-ci ildə Şəki və Quba qoşunları Şamaxıya
hücum etdi. Şirvanlı Ağasi xan məğlub edildi, gözləri çıxarılıb Kür sahilində
Ketavan qalasına göndərildi. Şirvan torpaqları Şəki və Quba xanlıqları arasında
bölüşdürüldü [2, s.160]. 1768-ci ildə Cavad xanlığı Quba xanlığından asılı
vəziyyətə düşdü [13, s.231]. XVIII əsrin 60-cı illərində Quba xanlığı Azərbaycanın
şimal-şərq torpaqlarını öz hakimiyyəti altında birləşdirdi. Təbriz, Ərdəbil və Gəncə
əhalisi Fətəli xanın himayəsinə sığınmaq arzusunda olduqlarını bildirdilər.
Ərazi genişləndikcə, şöhrət artdıqca Fətəli xana qarşı əks qüvvələr birləşirdi.
Şəki və Dağıstan hakimlərinin birləşmiş qüvvələri 1774-cü ildə Xudat yaxınlığında
Kavduşan çölündə Fətəli xanla döyüşə girdilər və onu məğlub etdilər. Fətəli xan
Salyana çəkildi. Fətəli xanın qaynı, arvadı Tuti Bikənin qardaşı, Qaytaq hakimi
Əmir Həmzə Qubanı tutdu, Dərbəndi mühasirəyə aldı. Şəhərin müdafıəsinə Tuti
Bikə rəhbərlik edirdi. Əmir Həmzə onu aldadıb şəhərə girmək üçün şaiyə yaydı ki,
Fətəli xan ölüb. Hətta bacısını tam inandırmaq üçün ölmüş bir Dağıstan hakiminin
meyidini müşayiət edən matəm mərasimi təşkil etdi. Lakin hiylə baş tutmadı.
Dərbənd 9 ay mühasirədə qaldı, Fətəli xan dəniz yolu ilə oraya qayıda bildi [2,
s.68]. 1775-ci ildə Fətəli xanın xahişi ilə rus hökuməti general İ.F.de Medemin
başçılığı ilə Dərbəndə qoşun göndərdi. Əmir Həmzə Qubadan və Dərbənd
ətrafından çəkildi [17, s.137].
 
1784-cü ildə Fətəli xan Cənubi Azərbaycana yürüş edərək Ərdəbil və
Meşkin şəhərlərini tutdu. Lakin bundan Rusiya çariçası II Yekaterina narazı qaldı
və onu geri çağırdı [10, s.153; 17, s.144].
 
1785-ci ildə Fətəli xan Şəki xanlığını özündən asılı vəziyyətə saldı. O,
Kaxeti knyazı İrakli ilə ittifaq yaratdı və onlar 1788-ci ilin sonlarında Şəmkir
yaxınlığında görüşdülər, birgə ziyafətdə iştirak etdilər. Ziyafətdən sonra Fətəli xan
özünü pis hiss etdi, müalicə qəbul etmək üçün Bakıya, bacısı Xədicə Bikə
xanımgilə getdi. O, orada 1789-cu ilin martında vəfat etdi. Fətəli xan həmin
ərəfədə Cənubi Azərbaycana yeni yürüşə hazırlaşır, mərkəzləşmiş Azərbaycan
dövlətini bərpa etmək haqqında ciddi planlar qururdu. Onun bu planları Rusiyanı
narahat edirdi. Ona görə də onun ölümünün Rusiyanın sifarişi ilə təşkil olunduğu,
gürcü knyazı İraklinin onu zəhərləməsi ilə bağlı şübhələr var idi [16, s22-23].
Fətəli xan Bakıda Bibi Heybət məscidinin həyətində dəfn edildi. 1930-cu illərdə
məscid sovet hakimiyyəti tərəfindən məhv edildi, onun qəbri də dağıdıldı, o vaxt
yalnız baş daşını xilas etmək mümkün oldu. Həmin daş indi Tarix muzeyində
saxlanılır [17, s.153; 21, s.146]…
 
Fətəli xan 32 illik hakimiyyəti dövründə Azərbaycan torpaqlarının vahid
dövlətdə birləşdirilməsi uğrunda mübarizə apardı. Lakin siyasi pərakəndəlik, xarici
şəraitin əlverişli olmaması, yerli hakimlərin müqaviməti buna imkan vermədi.
Onun yaratdığı birlik isə tezliklə dağıldı. Oğlu Əhməd xan (1789-1791) atasının
nailiyyətlərini möhkəmləndirə bilmədi. Onu əvəz etmiş qardaşı Şeyxəli xanın
(1791-1806) dövründə Şirvan, Bakı, Şəki və digər xanlıqlar Quba xanlığından
ayrıldılar.
XVIII əsrin ortalarında Azərbaycanda yaranan xanlıqlar arasında əsası
Pənahəli xan tərəfindən qoyulmuş Qarabağ xanlığı böyük nüfuza malik idi.
Xanlığın əhalisini Cavanşir, İyirmi dörd, Otuzikilər, Kəbirli, Ziyadoğlu, Baharlı
türk tayfaları təşkil edirdi. Pənahəli xan Qarabağda yaşayan Cavanşirlər nəslinin
Sarıcalılar qolundan idi [12, s.7]. Tarixçilərin verdiyi məlumata görə ata-babaları
adlı-sanlı, dövlətli şəxslər olub. Pənahəli gəncliyində qardaşları Behbudəli və
Fəzləli ilə birlikdə Nadir şahın yanında xidmət etmişdi. Lakin qardaşı Fəzləli bəyin
(Qarabağın əsas nəsilləri Nadirin özünü şah elan etməsinə qarşı çıxmışdılar. Buna
görə Nadir şah onları Xorasana sürgün etmək qərarı vermişdi. Fəzləli bəy bu
qərarın əleyhinə fikirlər səsləndirdiyinə görə 1738-ci ildə edam edilmişdi) Nadirin
qəzəbinə düçar olmasından sonra Pənahəli Qarabağa qaçdı və burada ətrafına
dəstələr toplayaraq yaxın ərazilərə yürüşlər təşkil etdi [9, s.29-30].
 
Nadirin ölümündən sonra Pənahəli (1748-1763) 1748-ci ildə Qarabağda öz
hakimiyyətini möhkəmlətmək üçün cavanşirlər, otuzikilər və başqa nəsillərin
qüvvələrindən istifadə etdi. Nadirin Qarabağdan Xorasana köçürdüyü nəsillər
XVIII əsrin ortalarında yenidən öz yerlərinə qayıdaraq, dinc əməklə məşğul
olmağa başladılar [18, s.47-48]. Pənahəli paytaxt olaraq 1748-ci ildə Kəbirli
mahalında Bayat qalasını tikdirdi. Xanın ailəsi və qohumları buraya köçürüldü [8,
s.126-127]. Qarabağ xanlığının qüvvətlənməsi digər xanları narahat etməyə
başladı. Şəki xanı Hacı Çələbi Şirvan xanı ilə birləşərək Qarabağa hücum etdi,
lakin müvəffəqiyyət qazana bilmədi. Pənahəli xanın bu qələbəsi onun nüfuzunu
daha da artırdı, Qarabağın bütün əhalisi onun hakimiyyətini qəbul etdi. Pənahəli
gələcəkdə öz düşmənləri ilə daha müvəffəqiyyətli mübarizə aparmaq məqsədi ilə
Ağdam yaxınlığında 1751-ci ildə Şahbulaq qalasını tikdirdi, 1752-ci ildə isə Şuşa
(Pənahabad) qalasının əsasını qoyaraq oraya köçdü [14, s.9-10].
 
Pənahəli xan Qarabağın beş məlikliyini asılı vəziyyətə saldı. Vərəndə məliki
özü Pənahəli xanın hakimiyyətini qəbul etdi. Dörd məlikliyi (Xaçın, Dizaq,
Çiləbörd, Gülüstan) zorla tabe etdirdi. Pənahəli xan öz ərazisini cənubi-qərbə
doğru genişləndirərək Qarakilsə (Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin
02.03.1940-cı il qərarı ilə Sisavan, sonradan Sisyan adlandırılmışdır), Qafan,
Mehrini xanlığa birləşdirdi. Xanlığın sərhədləri şimalda Gəncə xanlığına, şərqdə
Kür-Arazın birləşdiyi yerə, cənubda Araz çayına, qərbdə isə Mehri, Qarakilsəyə
qədər çatırdı.
 
Pənahəli xan yeni qalanı möhkəmlətməklə məşğul olarkən Cənubi
Azərbaycan hakimləri dəfələrlə buraya hücum edirdilər. 1757-ci ildə
Məhəmmədhəsən xan Qacarın qoşunları Qarabağa hücum etdi. O, Pənahabadı
mühasirə etməyə cürət etmədi. Şuşanın 30 verstliyində «Xatın arxı» yanında baş
verən döyüşdə məğlub oldu. Pənahəli xan iki ağır top qənimət götürdü. Kərim xan
Zəndin ona qarşı çıxış etdiyini eşidən Məhəmmədhəsən xan geriyə qayıtdı [4,
s.76]. 1759-cu ildə Qarabağa Urmiya xanı Fətələi xan Əfşarın 30 minlik qoşunu
hücum etdi. 6 ay davam edən mübarizə Pənahəli xanın Fətəli xandan asılılığı qəbul
etməsi və oğlu İbrahimxəlili onun sarayına girov verməsi ilə nəticələndi [4, s.77].
Kərim xan Zənd 1761-ci ildə Fətəli xan Əfşara qarşı sərt mübarizəyə başladı
və onu ilk döyüşdə məğlub etdi, sonra Urmiya qalasına çəkilən Fətəli xanı
mühasirəyə aldı. Kərim xan bu vaxt qarabağlı Pənahəli xanı, qaradağlı Kazım xanı,
naxçıvanlı Hacı xan Kəngərlini, xoylu Şahbaz xanı və digərlərini öz tərəfinə çəkə,
Urmiyanın mühasirəsinə cəlb edə bildi. Birgə qüvvələrin 9 aylıq mühasirədən
sonra 1763-cü ildə Urmiya alındı. Kərim xan Zənd İbrahimxəlil bəyi girovluqdan
azad edərək, xanlıq fərmanı ilə Qarabağa göndərdi [4, s.78]. Onunla birlikdə
döyüşmüş xanları, o cümlədən, Pənahəli xanı qonaqlıq adı ilə Şiraza dəvət etdi.
Tarixə “Şiraz qonaqlığı” adı ilə daxil olmuş bu hadisə əslində həmin xanların girov
götürülməsi demək idi. Pənah xan 1763-cü ildə Şirazda Kərim xanın sarayında
vəfat etdi. Onun nəşi Qarabağa gətirildi, Ağdamda, ailə məzarlığı olan “İmarət”də
dəfn olundu [6, s.57]. İbrahimxəlil xan həmin vaxtdan rəsmi xanlığa (1763-1806)
başladı. İbrahimxəlil böyük qardaş olmasına baxmayaraq Pənahəli xan sağlığında
kiçik qardaş Mehrəli bəyi varis təyin etmişdi. Mehrəli bəy vəsiyyətlə razılaşmadı,
əvvəlcə dəstək qazanmaq üçün Kərim xan Zəndin, sonra Fətəli xan Qubalının
yanına getdi. O, 1785-ci ildə Fətəli xan Qubalının tapşırığı ilə Bakıdan Qubaya
gedərkən, yolda Şirvan hakimi Ağası xanın oğlu Əhməd bəy tərəfindən öldürüldü.
[3, s.210-211; 8, s.170]. İbrahimxəlilin dövründə Qarabağ xanlığı daha da
möhkəmləndi. İbrahimxəlil xan hakimiyyətini müəyyən vaxtlarda Naxçıvan,
Gəncə və Təbriz xanlıqlarına da yaya bildi.
 
Beləliklə, hətta siyasi pərakəndəlik dövründə də Azərbaycanda müstəqilliyə
malik olan dövlət qurumları yarandı, hərbi-siyasi güc mərkəzləri formalaşdı. Ayrı-
ayrılıqda güclü olan bu dövlətlər-xanlıqlar son nəticədə Azərbaycanın ümumi
gücünü zəiflətdi, daxili və xarici təhlükələrə qarşı müqavimət imkanlarını
məhdudlaşdırdı…
 
Ədəbiyyat:
 
1. “Azadlığ”ın Araşdırmaçı Jurnalistlər Qrupu. Quba xanlığı.- “Azadlıq”, 27 sentyabr
2011-ci il.- web.archive.org/web/20190112163845/ https:/www.azadliq.info/8806.html.
2. Bakıxanov A. Gülüstani-İrəm (Tərcümə edəni M.Əsgərli). (Əsər 1846-1848-ci illərdə
fars dilində yazılmış, rus dilinə tərcümə edilmiş, bir hissəsi qəzetlərdə çap olunmuşdu. İlk
dəfə kitab şəklində 1926-cı ildə, sonra 1951-ci ildə çap olunub). Bakı, Minarə, 2000.
3. Bayramova N.S. Şamaxı xanlığının Qarabağ xanlığı ilə əlaqələri tarixindən. Bakı
Universitetinin Xəbərləri, Humanitar elmlər seriyası, 2008, No4.
4. Çingizoğlu Ə., Əmrahov M., Həsənov H. Qarabağ xanlığı. Bakı, "Mütərcim", 2008.
5. Fateh K.A. Şəki xanlarının müxtəsər tarixi. (Kitabın müəllifi Şəkinin sonuncu xanı
Fətəli xanın oğludur, əsər XIX əsrin 40-cı illərində Azərbaycan dilində yazılıb). Bakı,
“Azərbaycan ensiklopediyası” nəşriyyat-poliqrafiya birliyi, 1993.
6. Hacıyeva Z. Qarabağ xanlığı: sosial-iqtisadi münasibətlər və dövlət quruluşu. Bakı,
“Təhsil”, 2007.
7. Qarabağın tarixi.- sabunchu-ih.gov.az/az/page/431.html.
8. Qarabağnamələr. I kitab. Bakı, “Şərq-Qərb”, 2006.
9. Mustafazadə T. Qarabağ xanlığı. Bakı, “Sabah”, 2009.
10. Mustafazadə T. Quba xanlığı. Bakı, “Elm”, 2005.
11. Şəki xanı Hacı Çələbinin qələbəsi Rusiya mətbuatında.-millikimlik.az/2021/4144/.
12. Bournoutian G.A. The 1823 Russian survey of the Karabagh province: a primary
source on the demography and economy of Karabagh in the early 19 th Century. Costa
Mesa, California: Mazda Publishers, 2011.
13. Абдуллаев Г.Б. Азербайджан в XVIII веке и взаимоотношения его с Россией.
Баку, изд. АН Азерб. ССР, 1965.
14. Авалов Э.В. Архитектура города Шуши и проблемы сохранения его
исторического облика. Баку, «Элм», 1977.
15. Бакиханов А.А. Гюлистани Ирам. Баку, изд. «Элм», 1991.
16. Валиев Н. Фатали хан Кубинский. Баку, «Нагыл Еви», 2011.
17. Левиатов В.Н. Очерки из истории Азербайджана в XVIII веке. Баку, изд. АН
Азерб. ССР, 1948.
18. Мирза-Адыгезал-бек. Карабагнаме, Баку, изд. АН Азерб. ССР, 1950.
19. Петрушевский И.П. Очерки по истории феодальных отношений в
Азербайджане и Армении в XVI-начале XIX вв. Ленинград, ЛГУ им. Жданова,
1949.
20. Шекинская ханство. //bigens.ru/world_history/text/4693392 Шекинское
ханство//Большая российская энциклопедия: [в35т] гл.ред. Ю.С.Осипов. Москва,
Большая российская энциклопедия, 2004-2017.
21. Эпиграфические памятники Северного Кавказа на арабском, персидском и
турецком языках. Надписи X-XVII вв. Москва, Наука, 1968, т.2, часть 2.
 
Oxşar xəbərlər
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
26 Jul 2024 | 23:36
Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb
26 Jul 2024 | 23:20
Yazıçı Vaqif Sultanlının yaradıcılığı haqqında “Dənizlə sahil arasında” adlı kitab yayınlandı - FOTO
26 Jul 2024 | 23:16
İyulun 14-də keçirilmiş qəbul imtahanında 6 nəfərin nəticəsi ləğv edilib
26 Jul 2024 | 23:05
Tramp prezident seçilərsə, Ukraynaya nə olacaq?
26 Jul 2024 | 22:58
Ermənistandan Rusiyaya ixrac edilən meyvə və tərəvəzlərdə zərərli maddələr aşkarlandı
26 Jul 2024 | 22:50
Əfşar Temuçin vəfat etdi - FOTO
26 Jul 2024 | 22:45
Ad günü məclisində qan düşdü
26 Jul 2024 | 22:43
Deputat olmaq istəyənlər üçün bir həftə vaxt qaldı - Sənədlərini DSK-lara təqdim etmək üçün
26 Jul 2024 | 22:40
Köhnə avtomobili olanlara MÜJDƏ – Pul alacaqlar!
26 Jul 2024 | 22:32
Repçi qəza keçirtdi, onu çəkmək istəyənlər ölümdən döndü - FOTOLAR
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 22:14
"Chrome"da yeni funksiya
26 Jul 2024 | 22:06
Təbiətin bizə bəxş etdiyi möcüzəvi meyvə
26 Jul 2024 | 21:50
Rusiya Yutubu bloklamaq qərarı verdi
26 Jul 2024 | 21:42
Ən bahalı hamburger: 9 min manata satılıb
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 21:31
Gün ərzində nə qədər şokalad yemək olar?
26 Jul 2024 | 21:28
AB Rusiyanın 1,5 milyardını silah üçün Kiyevə verdi
26 Jul 2024 | 21:24
Ən yüksək bal toplayanlar bu məktəblilərin ŞAGİRDLƏRİDİR
26 Jul 2024 | 21:20
Hərbi Gürcüstan yolu selə görə bağlandı
26 Jul 2024 | 21:19
IV qrupun lideri olan Nuray - FOTO
26 Jul 2024 | 21:14
"Rusiyada doğumla bağlı vəziyyət fəlakətlidir" - Peskov
26 Jul 2024 | 21:12
Qəbələdə aramsız yağan yağışlar bir sıra fəsadlara səbəb olub
26 Jul 2024 | 20:58
Qəbul imtahanlarının nəticələri açıqlandı
26 Jul 2024 | 20:50
İş axtaran zaman diqqət edilməli nüanslar
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 20:45
Büroda vəkilin meyiti tapıldı - başından vurulub
26 Jul 2024 | 20:39
ABŞ-də bir ildə 4 nəfər siçanlardan yayılan virusdan öldü
26 Jul 2024 | 20:31
Çörəyi bir ay kiflənmədən saxlamağın ASAN ÜSULU
26 Jul 2024 | 20:23
Britaniya qırıcılarına görə Rusiya təyyarəsi havaya qaldırılıb
26 Jul 2024 | 20:15
Göygöldə DƏHŞƏT: Oğul anasını bıçaqladı
26 Jul 2024 | 20:10
Zəncəfilli limonadı belə hazırlayın
26 Jul 2024 | 20:03
Afaq Gəncəli Xəzər TV-dən ayrılıb?
26 Jul 2024 | 19:55
Hansı tərəvəzləri çiy yemək olmaz?
26 Jul 2024 | 19:49
Seysmoloqdan XƏBƏRDARLIQ: Bu 4 şəhəri işarə etdi - FOTO
26 Jul 2024 | 19:41
Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır
26 Jul 2024 | 19:41
Avropa “qapıdakı” rus tankları ilə mübarizəyə hazırlaşır, həm də ABŞ-sız...
26 Jul 2024 | 19:35
Ermənistan NİYƏ İranla sərhəddə TUNEL TİKİR?
26 Jul 2024 | 19:30
Sumqayıtda yaşayış binasında yanğın 
26 Jul 2024 | 19:25
"Android" istifadəçiləri getdikcə daha çox "iPhone" alırlar
26 Jul 2024 | 19:19
Prezident Administrasiyasında avqust ayında vətəndaşların qəbul CƏDVƏLİ
26 Jul 2024 | 19:18
"Bandotdel"dən böyükmiqyaslı ƏMƏLİYYAT: Çox sayda həbs edilən var - ANBAAN GÖRÜNTÜLƏR
26 Jul 2024 | 19:13
Polisdən XÜSUSİ ƏMƏLİYYAT: 7 nəfər saxlanıldı -VİDEO
26 Jul 2024 | 19:05
Ermənistanın son təxribatlarının məqsədi nədir? - Ekspertdən AÇIQLAMA
26 Jul 2024 | 19:00
Üzməyə getməzdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...
26 Jul 2024 | 18:54
Təsadüfən işə götürülən haker şirkətin sistemini virusa yoluxdurub
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:50
Tramp FTB-də dindirilə bilər
26 Jul 2024 | 18:45
Diş fırçasını nə vaxt dəyişək?
26 Jul 2024 | 18:40
Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA
26 Jul 2024 | 18:35
Nazirlərin avqust ayı üzrə vətəndaş qəbulu cədvəli açıqlanıb
26 Jul 2024 | 18:30
Daha tez inkişaf edən biznes ideyaları - Çərəz dükanları, quru təmizləmə...
26 Jul 2024 | 18:25
Kreditlə bağlı yenilik - Zamin tələbi ləğv olunur?
26 Jul 2024 | 18:23
“İqtisadi müstəqilliyin təmini media üçün ən vacib şərtdir”
26 Jul 2024 | 18:20
1000-ə yaxın miqrant Rusiyadan qovulur
26 Jul 2024 | 18:15
Vidadi İsayev Bərdənin Ərəblər kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
26 Jul 2024 | 18:10
Yaşar Gülər Rəşad Məmmədovla görüşdü
26 Jul 2024 | 18:05
Dünyanın ən hündür tuneli tikiləcək
26 Jul 2024 | 18:03
Kamal Umudlu UEFA Konfrans Liqasının görüşünə təyinat alıb
26 Jul 2024 | 17:57
Qarabağ Universitetinin yeni dekanı KİMDİR...
26 Jul 2024 | 17:51
Mərdəkan yolunda taksidə əxlaqsızlıq - Həbs olunan var
26 Jul 2024 | 17:45
Qarabağ Universitetində YENİ TƏYİNATLAR - FOTO
26 Jul 2024 | 17:40
MSK seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 17:30
Paşinyan Türkiyə ilə sərhədə getdi
26 Jul 2024 | 17:24
XİN Maldivin Müstəqillik Gününü təbrik etdi - FOTO
26 Jul 2024 | 17:18
İrəvana davam edən hərbi yardımlar: Ermənistanı müharibəyə hazırlayırlar -TƏHLİL + FOTO
26 Jul 2024 | 17:12
Bu il Azərbaycanın gömrük orqanlarının tətbiq etdiyi cərimələrin məbləği açıqlandı
26 Jul 2024 | 17:06
Keçmiş məmurun oğlu dənizdə batdı - FOTO
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:55
“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Qaxda dəyirmi masa keçirdi - FOTOLAR
26 Jul 2024 | 16:49
Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin etdi
26 Jul 2024 | 16:45
Bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 16:36
Kriminal keçmişi olan şəxs MÜHAFİZƏÇİ İŞLƏYƏ BİLƏRMİ? – AÇIQLAMA
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:12
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı LƏĞV OLUNMALIDIR
26 Jul 2024 | 16:07
Fransada xaos hökm sürür: diversiyalar dəmir yollarını iflic edib, "Avropa hava limanı" təxliyə edilib
26 Jul 2024 | 16:02
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
26 Jul 2024 | 15:56
Balakəndə baş verən BİABIRÇILIQ hər kəsi şok etdi - VİDEO
26 Jul 2024 | 15:50
Flora Kərimova doğum gününü belə keçirdi - VİDEO
26 Jul 2024 | 15:44
Kreditlə bağlı mühüm YENİLİK – Zamin tələbi LƏĞV OLUNUR?
26 Jul 2024 | 15:38
Lisenziyası ləğv olunan bankda hesabı olan vətəndaşların NƏZƏRİNƏ!
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 15:26
Azərbaycanda yaşamaq üçün müaciət edən əcnəbilərin sayı açıqlandı
26 Jul 2024 | 15:22
Qəbələdə orta məktəb yandı
26 Jul 2024 | 15:18
Beynəlxalq səyyahlardan ibarət heyət Laçına səfər edib
26 Jul 2024 | 15:14
Vitali Arkov: "Qərb Ermənistanı balaca uşaq kimi aldatmaqda davam edir"
26 Jul 2024 | 15:09
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - FOTO
26 Jul 2024 | 15:03
İranın azərbaycanlı prezidenti: “Məni çox tərifləməyin, səhvlərimi deyin!”
26 Jul 2024 | 14:57
"Rusiya və Çin olmadan Ukrayna müharibəsi üzrə sülh danışıqları mümkün deyil" - Çexiya prezidenti
GÜNLÜK
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
26 Jul 2024 | 07:47
Macarıstan Çindən “gizli şəkildə” 1 milyard avro kredit aldı...-"POLİTİCO"
26 Jul 2024 | 07:26
Lerik rayonunda zəlzələ olub
26 Jul 2024 | 07:23
Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub
26 Jul 2024 | 07:37
Gələcəyin su mənbəyi atmosferdir: Havanı içməli suya çevirən cihaz ixtira olundu
26 Jul 2024 | 07:40
Bu ölkə “Meta”nı 220 milyon dollar cərimələdi – Məlumatları oğurlayır
26 Jul 2024 | 09:42
Bu bitkini qoxulayın - Baş ağrısından xilas olun - FOTO
26 Jul 2024 | 10:07
"Niva" həvəskarlarına şad xəbər - FOTO
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
21 Jul 2024 | 20:53
Siqaret çəkənlər bu göyərtini süfrədən əskik etməsin!
AYLIQ
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
26 Jul 2024 | 07:47
Macarıstan Çindən “gizli şəkildə” 1 milyard avro kredit aldı...-"POLİTİCO"
26 Jul 2024 | 07:26
Lerik rayonunda zəlzələ olub
26 Jul 2024 | 07:23
Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub
26 Jul 2024 | 07:37
Gələcəyin su mənbəyi atmosferdir: Havanı içməli suya çevirən cihaz ixtira olundu
26 Jul 2024 | 07:40
Bu ölkə “Meta”nı 220 milyon dollar cərimələdi – Məlumatları oğurlayır
26 Jul 2024 | 09:42
Bu bitkini qoxulayın - Baş ağrısından xilas olun - FOTO
26 Jul 2024 | 10:07
"Niva" həvəskarlarına şad xəbər - FOTO