Göyçayda arxın kənarını təmizləyən şəxs yıxılaraq ölüb
4759
18 May 2024 | 09:47

Göyçayda arxın kənarını təmizləyən şəxs yıxılaraq ölüb

Göyçay rayonunda arxın kənarını otdan təmizləyən Ucar sakini yerə yıxılaraq ölüb.

Moderator.az xəbər verir ki, hadisə rayonun Müskürlü kəndində qeydə alınıb.

Belə ki, uzun müddət ürək xəstəliyindən əziyyət çəkən Ucar şəhər sakini 1985-ci il təvəllüdlü Rauf Beydullayev Müskürlü kəndində Zülfiyyə Babayevaya məxsus həyətin qarşısında arxın kənarını otdan təmizləyərkən qəflətən vəziyyəti pisləşib və yerə yıxılaraq ölüb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər