"Mən oğlan-qızam, yalvarıram, eləmə" dedim - Çoban Tovuzda tək qalan müəllimi zorlayıb
Kriminal
Oxunub: 45216
11 May 2021 | 19:44
Tovuz rayonunda qadına təcavüzdə ittiham olunan 1994-cü il təvəllüdlü Orxan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Moderator.az bildirir ki, teleqraf.com-un xəbərinə görə, Orxan Əhmədov 2019-cu ilin oktyarında Tovuz rayonu Məlik Yusifov adına Məşədivəlilər kənd tam orta məktəbində tarix müəlliməsi işləyən, 1969-cu il təvəllüdlü Səbinə Babayevanın (ad və soyad şərti verilib - red.) tək yaşadığını müəyyən edib.
 
O, cinsi ehtirasını Səbinə Babayevanı zorlamaqla ödəmək qərarına gəlib.
 
Gecəyarısı təcavüz
 
Orxan Əhmədov 2019-cu il tarixdə gecə saat 1 radələrində Səbinə Babayevanın yaşadığı ünvana gəlib və məftil parçası ilə qapının cəftəsini açaraq evə daxil olub.
 
O, Səbinə Babayevanın yatdığı çarpayıya yaxınlaşaraq səs-küy salmasının, ətrafdakıları köməyə çağırmasının və müqavimət göstərməsinin qarşısını almaqdan ötrü fiziki zor tətbiq edib, əli ilə boğaz nahiyəsindən sıxıb, zorla cinsi əlaqədə olmaq niyyəti ilə bədəni üzərində oturub.
 
Daha sonra onu öldürməklə hədələyib, müqavimətini qırıb və onunla cinsi əlaqədə olub.
 
Sonnda qadına məxsus çantadakı 646 manat pulu götürüb və oranı tərk edib.
 
İstintaq orqanı tərəfindən Orxan Əhmədovun barəsində Cinayət Məcəlləsinin 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama), 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma), 180.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə soyğunuçulq törətmək) və 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri ilə ittiham elan edilib.
 
Məktəbə getmədi, çobanlıq etdi
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Orxan Əhmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, uşaq yaşlarından məktəbə getməyib:
 
"Təxminən 10 yaşlarında bir nəfər tanımadığım qonşu kənddən olan ağsaqqal kişi məni Bəhram adlı şəxsin heyvanlarına baxmaq üçün Ceyrançöl qış otlaq sahəsinə göndərdi, bu işə görə mənə pul verəcəklərini dedi.
 
Təxminən 1 il həmin yataqda qaldıqdan sonra Ceyrançöl tərəfdən dövlət sərhədini qeyri-rəsmi keçərək Gürcüstana getdim. Orada başqa-başqa adamların heyvanlarına baxmağa başladım.
 
Gürcüstanda dağda olan vaxtları Bəhramı orada gördüm. Sonradan isə onun heyvanlarına baxdım.
 
Təxminən 1 il Bəhramın heyvanlarına baxdıqdan sonra aramızda söz-söhbət olduğu üçün onunla aralandım".
 
"İş güc sahibi olmaq qərarına gəldim"
 
Orxan Əhmədovun sözlərinə görə, Gürcüstanda olan vaxtları müxtəlif adamların heyvanlarına baxıb:
 
"Son bir il ərzində 2019-cu ilin yay aylarına qədər Gürcüstanın Qaraçöp kəndində Əzəlxan adlı şəxsin heyvanlarına baxdım. Yayda heyvanları yaylağa apardıqları üçün pulla bağlı Əzəlxanla razılaşa bilmədiyim üçün ondan aralandım. Sonra bir nəfər gürcü vətəndaşının heyvanlarına baxmağa başladım.
 
Təxminən 4 aydan artıq, yəni 2019-cu ilin avqust ayının ortalarına qədər çobanlıq etdikdən sonra 2 aya yaxın işsiz qaldım. Bundan sonra sənədlərim olmadığı və Gürcüstanda işsiz qaldığım üçün yenidən Azərbaycana qayıtdım, sənədlərimi düzəltdirərək həqiqi hərbi xidmətə getdim.
 
Xidmətdən qayıtdıqdan sonra bir iş-güc sahibi olmaq qərarına gəldim".
 
"Sərhədi gizli keçdim"
 
Təqsirləndirilən şəxs qeyd edib ki, 10-15 il çobanlıq etdiyi üçün Ceyrançöl otlaq sahəsini yaxşı tanıyıb və həmin yerlərə bələd olub: "Sərhəddə yerləşən Ceyrançöl qış otlaq sahəsi tərəfdən qeyri-rəsmi, gizlincə keçərək Gürcüstanda yenidən çobanlıq etdim. Sərhədi keçdiyim ərazi dağlıq-dərəlik olduğu üçün sərhəd naryadlarının hərəkətini izlədim.
 
Onlar xidmətdən geri qayıtdıqdan və keçdiyi ərazidən uzaqlaşdıqdan sonra sərhədi keçərək Azərbaycana gəldim.
 
1 saata yaxın Ceyrançöl ərazisi ilə hərəkət etdikdən sonra qarşıma bir nəfər tanımadığım şəxs çıxdı. Həmin adamdan Tovuz rayonuna gedən istiqaməti soruşdum. Tanımadığım avtomobilə minərək Tovuz rayonuna gəldim.
 
Tovuz rayonunda yaşayan qohumlarımın evində və Həsənli sovetliyinə daxil olan Məşədivəlilər kəndində ata evimdə yaşadım".
 
"Tək yaşadığını öyrəndim"
 
Təqsirləndirilən şəxsin ifadəsinə görə, Gürcüstandandan gəldikdən sonra uşaqlıqdan tanıdığı Səbinə müəlliməni kənddə 2-3 dəfə görüb və onunla hal-əhval tutub:
 
"Səbinə məndən haralarda olduğumu soruçdu. Ona illərdir Gürcüstanda yaşadığımı dedim. Bir dəfə də Səbinə müəlliməni icra nümayəndəliyinin yaxınlığında gördüm. Onun mənim ata evimin qonşuluğunda, rəhmətlik Məleykə arvadın evində tək yaşadığını bildim.
 
Həmin ərəfədə əmim oğlu Vüsalın ailəsi yas yerinə getmişdi. Mən də çimdim, paltarlarımı geyindim, qonşu uşaqlarla məktəbin yanına yollnadım. Məktəbin yanında yemək yeyib, içki içdik".
 
"İstəyimi bildirdim, razılaşdı..."
 
Orxan Əhmədov qeyd edib ki, əmisi evində qaldığına görə gecə içkili vəziyyətdə ora qayıtmayıb:
 
"Gec olduğu üçün əmimgilin yaşadığı evə yox, Məşədivəlilər kəndində yerləşən ata evinə getdim. Yolda içkili olduğum üçün qonşuluqda tək yaşayan Səbinə müəllimənin evinə yönəldim. Səbinənin yaşadığı evə çataraq içəri girdim.
 
Səbinə müəllimə məni gördü, uzandığı çarpayıdan qalxaraq kim olduğumu soruşdu. Mən də ona Orxan olduğumu bildirdim. Sonra biz birlikdə oturaraq söhbət etməyə başladıq. Səbinə məndən nə məqsədlə evinə girdiyimi soruşdu. Onunla cinsi əlaqədə olmaq istədiyimi bildirdim.
 
Səbinə əvvəlcə razılaşmadı, sonra isə mənimlə cinsi əlaqədə olmağa razılıq verdi. Səbinənin yatdığı çarpayıda onunla cinsi əlaqədə oldum".
 
"Oğurluq etmək istəyərkən tutuldum"
 
Orxan Əhmədov bildirib ki, təxminən yarım saat sonra ikinci dəfə yenidən onunla cinsi əlaqədə olub: "Səbinə müəllimə ilə cinsi əlaqədə olandan sonra əlini telefonuna apardı. Ona bildirim ki, kiməsə zəng vurmaq istəyirsənsə, al mənim telefonumla zəng et. Telefonumu masanın üzərinə qoyaraq getdim.
 
Daha sonra avtovağzala yollandım. Tanımadığım bir şəxsə mənə ev lazım olduğunu dedim. O da məni bir evə apardı və oktyabr ayının 30-na kimi həmin evdə kirayə qaldıqdan sonra işləmək üçün Bakı şəhərinə getdim.
 
Bakı şəhərində 5-6 gün kirayədə qaldım, fəhlə işlədim. Noyabr ayının 4-də Novxanı deyilən yerdə mağazadan oğurluq etmək istəyərkən tutuldum".
 
Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirib ki, Səbinənin evində çantadan pul götürməyib:
 
"Səbinə ilə könüllü razılığı ilə cinsi əlaqədə olmuşam. Səbinə mənim əlimi dişləməyib. Həmçinin çarpayıda olan qan ləkələri barədə heç bir məlumatım yoxdur".
 
"1 ay dərs demişəm"
 
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səbinə Babayeva bildirib ki, 20 ilə yaxındır həyat yoldaşından boşanıb: "2006-cı ildən hazırki dövrədək Məlik Yusifov adına Məşədivəlilər kənd tam orta məktəbində tarix müəlliməsi vəzifəsində işləyirəm, dərs günləri ilə əlaqədar həftənin 2-ci günü Məşədivəlilər kəndinə gedib, həftənin 5-ci günü isə atamın evinə, Yuxarı Öysüzlü kəndinə qayıdıram. Məşədivəlilər kəndində rəhmətlik Məleykə nənənin evində kirayədə yaşayıram.
 
Məşədivəlilər kənd sakini Orxan Əhmədovu əvvəllər də tanımışam. Uşaq yaşlarında mənim şagirdim olub.
 
Bildiyimə görə, Orxan 1994-cü ildə anadan olub, 5-ci sinifdə oxuyanda təxminən 1 ay ona dərs demişəm. Sonradan Orxan məktəbə gəlməyib.
 
Orxanın atası vəfat edib, anası isə onları tərk edərək harasa gedib. Orxana atasının əmisi uşaqları baxıb".
 
"Onlardan qorxmuşdum"
 
Səbinə Babayevanın sözlərinə görə, 2019-cu ilin oktyabr ayının ortalarında kənd camaatından Orxanın kəndə qayıtdığını eşidib:
 
"İş yoldaşım Şəmşirgildə olanda əvvəldən də kənd sakini kimi tanıdığmı Asəf adlı oğlanın yol tərəfdən səsini eşitdim. Onun telefonu ilə anamgilə zəng etmək üçün Asəfin yanına gedəndə Orxanı gördüm. Hal-əhval tutduqdan sonra Asəfdən telefonunu aldım və anamgilə zəng etdim, sonra Şəmşirgilə qayıtdım.
 
Orxan mənə əmi düşən Qoşqar adlı şəxsgildə qalırdı. Həmin gündən 3-4 gün sonra Orxanı yenidən Qoşqarın bacısı evində gördüm. Orada odun doğrayırdı. Orxangil özləri 3 qardaş olub, hamısı orda-burda böyüyüb. Onların barəsində xoşəgəlməz söz-söhbətlər eşitmişdim. Ona görə onlardan qorxmuşam".
 
"Məni öldürəcəyini dedi"
 
Səbinə Babayeva daha sonra Orxan Əhmədovun onun qaldığı evə girməsindən danışıb: "Çarpayıda yatan zaman gecə saatlarında qəfildən arxa tərəfdən kimsə dirsəyi ilə boğazımdan sıxdı. Geri baxdıqda həmin adamın Orxan olduğunu gördüm. Əlində alışqan tutmuşdu. Alışqanın fanarının işığını sifətimə tutdu. Əli ilə ağzımdan yapışdı, qışqırmamağımı, qışqıracağım halda məni öldürəcəyini dedi.
 
Ondan bərk qorxdum. Əlimlə sinəsindən itələdim. Dedim, Orxan yazığam, məni burax, sən də yazıqsan, tutulacaqsan. Sonra sumkamda 646 manat pul olduğunu, pulumu və kartımı götürüb gedə biləcəyini dedim. Məni öldürməməyi xahiş etdim.
 
Lakin Orxan məndən əl çəkmədi. Üzərimdən yorğanı çəkəndə mənimlə cinsi əlaqədə olmaq istədiyini başa düşdüm".
 
"Dedi ki, mənim anam yoxdur"
 
Zərərçəkmişin ifadəsinə görə, həmin vaxt Orxan onun namusunu ləkələməsin deyə dayanmadan qışqırmağa başlayıb: "Orxan əli ilə ağzımı tutdu, qışqıracağım halda məni öldürəcəyini dedi. Onun əlindən dişlədim. Dedim ki, sən ananın canı, sən atanın goru, mənə toxunma, mən də sənin anan, mən müəlliməyəm, mənə əl dəymə. Orxan dedi ki, mənim anam yoxdur.
 
Sonra Orxana "çıx get, səndən şikayət etəməyəcəm, ancaq bircə mənə toxunma, mənim namusumu ləkələmə" deyib yalvarmağıma baxmayaraq xeyri olmadı. Bir müddət Orxanla əlbəyaxa oldum.
 
Namusuma xələl gətirməsin deyə ona qəsdən yalandan "Orxan mən oğlan-qızam, sənə yalvarıram, eləmə" dedim. Buna baxmayaraq zorla mənimlə cinsi əlaqədə oldu".
 
"Mənə "arxanı divara döndər, yorğanı da başına at" dedi"
 
Səbinə Babayevanın sözlərinə görə, Orxan onunla cinsi əlaqədə olduqdan sonra stolun üstündə olan sumkasından pulları axtarmağa başlayıb: "Sumkadan 640 manat bir, 6 manat da bir pul tapdı. Pulları şalvarının cibinə qoydu. Sonra mənə "arxanı divara döndər, yorğanı da başına at" dedikdə onun nəyə görə belə dediyini başa düşə bilmədim.
 
Ancaq təkidlə mənə "üzünü divara tərəf çevir, yoxsa səni öldürəcəm" dedikdə qorxumdan bir söz deyə bilmədim. Gözlərimi yumaraq üzümü divara tərəf çevirdim. Sonra ayaq səslərini eşitdim. Baxanda Orxanın əyninə kurtka geyinib getdiyini gördüm.
 
Orxan çıxan kimi tez qapını arxadan bağlayaraq yerimə uzandım, yorğanın altında birinci Əlixan müəllimə zəng elədim və ona Orxanın gəliərək məni zorladığını, köməyə gəlməsini xahiş etdim. Sonra isə qardaşıma və Daxili İşlər Nazirliyinin 102-xidmətinə zəng etdim. Bu barədə məlumat verdim".
 
Bu cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
 
Orxan Əhmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
22:22, Bu gün
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
22:18, Bu gün
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
22:07, Bu gün
Quzu ətindən baha olan göbələk növü - VİDEO
22:03, Bu gün
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
21:59, Bu gün
Ən şanssız 4 bürc
21:50, Bu gün
Yaxınlığında yerləşən məzar 680 minə satılır
21:45, Bu gün
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
21:38, Bu gün
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
21:37, Bu gün
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
21:35, Bu gün
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
21:34, Bu gün
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
21:27, Bu gün
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:26, Bu gün
Bakıda kafedə ölüm olub
21:25, Bu gün
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:16, Bu gün
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
21:07, Bu gün
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
20:58, Bu gün
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
20:54, Bu gün
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
20:50, Bu gün
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
20:46, Bu gün
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
20:41, Bu gün
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
20:37, Bu gün
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
20:28, Bu gün
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
20:25, Bu gün
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:15, Bu gün
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
20:13, Bu gün
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
20:11, Bu gün
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
20:08, Bu gün
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
20:06, Bu gün
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
19:59, Bu gün
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
19:50, Bu gün
Əfqanıstanda güclü zəlzələ baş verib
19:50, Bu gün
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
19:46, Bu gün
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
19:44, Bu gün
Şahmar Hüseynova yeni vəzifə verildi
19:38, Bu gün
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
19:28, Bu gün
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
19:27, Bu gün
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
19:18, Bu gün
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
19:11, Bu gün
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
19:08, Bu gün
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
19:05, Bu gün
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
19:03, Bu gün
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
18:59, Bu gün
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
18:55, Bu gün
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
18:43, Bu gün
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
18:41, Bu gün
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
18:40, Bu gün
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
18:25, Bu gün
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
18:20, Bu gün
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
18:08, Bu gün
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
18:04, Bu gün
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
17:55, Bu gün
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
17:50, Bu gün
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
17:45, Bu gün
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
17:40, Bu gün
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
17:35, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
17:32, Bu gün
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
17:30, Bu gün
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
17:26, Bu gün
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
17:22, Bu gün
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
17:18, Bu gün
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
17:14, Bu gün
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
17:10, Bu gün
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
17:06, Bu gün
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
17:02, Bu gün
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
16:58, Bu gün
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
16:54, Bu gün
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:23, Bu gün
Bakıda mənzildən meyit tapıldı
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:11, Bu gün
Bayram günləri baş verən qəzalarla bağlı - Açıqlama
16:08, Bu gün
Əli Əsədov qərar imzaladı
16:05, Bu gün
“Crocus City Hall”un analoqunun tikintisi neçəyə başa gələcək?
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
15:56, Bu gün
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var - FOTO
15:53, Bu gün
Fransa şəhərləri Makrona qarşı: Miqrantları “təmizləmə” siyasətinə etirazlar artır - ŞƏRH + FOTO
15:48, Bu gün
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
15:44, Bu gün
COP29 karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı iqlim gündəliyinə təsir edəcək
15:40, Bu gün
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
15:36, Bu gün
Bu bank AMB-nin tələblərini pozub
15:32, Bu gün
İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO
15:28, Bu gün
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
15:24, Bu gün
Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirdi - FOTO/VİDEO
15:20, Bu gün
Bakı sakininin telefon və çantasını talayan şəxs tutuldu - VİDEO
15:17, Bu gün
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
15:15, Bu gün
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
15:11, Bu gün
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
15:07, Bu gün
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
15:03, Bu gün
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
15:00, Bu gün
GRE General Test imtahanı keçirilib
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55, Bu gün
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişdi
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 22:32
"NATO qoşunlarının Ukraynaya yeridilməsi daha fantastika deyil" - Kasparov
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
27 Mar 2024 | 22:38
Burada məşhurların alt paltarları nümayiş etdirilir - Dünyanın ən qəribə muzeyləri
27 Mar 2024 | 22:56
Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?
27 Mar 2024 | 22:41
Bakıda bəxbəxt hadisə: Nərdivandan yıxılan kişi öldü
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 22:32
"NATO qoşunlarının Ukraynaya yeridilməsi daha fantastika deyil" - Kasparov
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
27 Mar 2024 | 22:38
Burada məşhurların alt paltarları nümayiş etdirilir - Dünyanın ən qəribə muzeyləri
27 Mar 2024 | 22:56
Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?
27 Mar 2024 | 22:41
Bakıda bəxbəxt hadisə: Nərdivandan yıxılan kişi öldü