Bizi sosial şəbəkələrdən izləyin:
Bəzi sürücülər avtoyuma məntəqəsində aparata 50 qəpik əvəzinə başqa ölkələrin qəpiklərini atırlar...
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, avtoyuma məntəqəsinin sahibi sürücülərin bu addımından şikayətlənir. Bu barədə video paylaşan Vüsal Rzayev bildirir ki, təxminən 4 ildir fəaliyyət göstərən məntəqədə belə hallarla mütəmadi olaraq qarşılaşır.
Onun sözlərinə görə, müştərilər xarici metal pulla aparatı yanıltmağa çalışsalar da, bu cəhd uğurlu olmur.
O bildirib ki, avtoyuma məntəqəsində zaman-zaman maraqlı və gülməli hadisələr də yaşanır.
Vüsal Rzayev bildirib ki, paylaşdığı videoya gələn rəylərdən məlum olub ki, bu halla üzləşən təkcə o deyil.
Onun sözlərinə görə, digər 50 qəpiklə işləyən avtoyuma məntəqələrində də ölçüsü və forması 50 qəpiyə bənzəyən xarici ölkələrin metal pullarından istifadəyə cəhd edənlər olur.