” Bu qlobal bir zərurətdir” - VİDEO
166
15:10, Bu gün

” Bu qlobal bir zərurətdir” - VİDEO

“Azərbaycanın paytaxtı Bakı şəhəri növbəti qlobal platformaya — Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi edir. “Hər kəs üçün yaşayış yerləri, təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunmuş bu mötəbər tədbirə 180-ə yaxın ölkədən 40 mindən çox qonağın qatılması WUF tarixinə rekord göstərici kimi düşüb”.
 
Moderator.az xəbər verir ki, bu fikirləri Biznes Tv-nin efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
 
Millət vəkili qeyd edib ki,  forumun qlobal əhəmiyyəti, bəşəriyyəti narahat edən şəhərləşmə fəsadları və Azərbaycanın bu sahədə dünyaya təqdim etdiyi unikal bərpa modeli geniş bəndlərlə açıqlanır:
 
” Son iki əsrdə sürətlənən sənayeləşmə ölkələrə iqtisadi fayda verməklə yanaşı, havanın çirklənməsi və oksigen çatışmazlığı kimi meqapolis problemlərini ortaya çıxarıb. Bu gün şəhərsalma siyasətinin insan sağlamlığına və təbiətə uyğunlaşdırılması qlobal bir zərurətdir.”- deyə  Cavanşir Feyziyev bildirib.
 
Daha ətraflı videoda:
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər