"Real Madrid"in baş məşqçisi Alvaro Arbeloa mövsümün son oyunu ərəfəsində keçirilən mətbuat konfransında "kral klubu"ndan ayrıldığını rəsmən elan edib.
Moderator.az xəbər verir ki, bu barədə məşhur idman insayderi Fabritsio Romano paylaşım edib.
Mütəxəssis bu qərarını açıqlayarkən "Real Madrid"ə qarşı dərin minnətdarlıq hissi duyduğunu xüsusi vurğulayıb:
"Mən "Real Madrid"i böyük minnətdarlıq hissi ilə tərk edirəm, çünki futbolçular məni daha da yaxşılaşdırdılar və hər gündən zövq almağıma səbəb oldular".
Qeyd edək ki, İspaniya mətbuatının yaydığı məlumatlara görə, "Real Madrid"in yeni baş məşqçisi Joze Mourinyo olacaq.
Xatırladaq ki, portuqaliyalı mütəxəssis daha öncə 2010-13-cü illərdə "kral klubu"na rəhbərlik edib. O, həmin müddət ərzində komandaya İspaniya çempionluğu ilə yanaşı, ölkə kuboku və Superkubokunu da qazandırmağı bacarıb.