Emin Ağalarov ilk milyon dollarını belə qazanıb - VİDEO
95
11:05, Bu gün

Emin Ağalarov ilk milyon dollarını belə qazanıb - VİDEO

“İlk milyon dollarımı necə qazandığıma heç kim inanmayacaq, amma bu, biznes deyildi”.

Bu sözləri Xalq artisti Emin Ağalarov sosial şəbəkədə paylaşdığı videoda deyib.

Sənətçi bildirib ki, ilk uğurlu konsertindən sonra turlara çıxmağa başlayıb:

“İlk uğurlu konsertimdən sonra turlara çıxmağa başladım. Musiqi ilə pul qazanmaq arzum var idi və mənə Rusiyanın 50 şəhərini əhatə edən tur təklif etdilər. Biz turu başa vurduq və bu, mənim qazandığım ilk milyon dollar oldu. Bu pul mənim üçün çox dəyərli idi. Çünki bunlar zövq alaraq, səhnədə çıxış edib öz musiqimi tamaşaçılarım və dinləyicilərimlə bölüşərək qazandığım ilk pullar idi. Həmin vaxt mənim 35 yaşım var idi”. (Axşam.az)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər