Azərbaycanlı və erməni qızın müzakirə yaradan VİDEOsu
308
14:45, Bu gün

Azərbaycanlı və erməni qızın müzakirə yaradan VİDEOsu

"Sandra Sahara" adlı sosial media hesabında yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, paylaşılan videoda azərbaycanlı və erməni qızın birlikdə görüntü çəkərək bir-birilərinə müxtəlif cümlələrin öz dillərində tərcüməsini öyrətməsi diqqət çəkib. Kadrlarda onların qarşılıqlı şəkildə söz və ifadələri səsləndirdiyi görünür.

Sözügedən paylaşım izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər videonu maraqlı məzmun kimi dəyərləndirsələr də, digərləri buna tənqidi münasibət bildiriblər.

Görüntülər qısa zamanda sosial platformalarda yayılaraq çoxsaylı rəy və müzakirələrə səbəb olub. İstifadəçilər paylaşımın altında müxtəlif fikirlər səsləndirərək mövzu ilə bağlı münasibətlərini bölüşüblər./milli.az/

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər