Bizi sosial şəbəkələrdən izləyin:
Oxu.az-ın yeni "TOP-al" podkastının növbəti buraxılışı yayımlanıb.
Moderatora.z xəbər verir ki, verilişin qonağı Azərbaycan millisinin sabiq üzvü Əfran İsmayılov olub.
Podkastda DÇ-2026 ərəfəsində dünya futbolunun ən aktual mövzuları geniş müzakirə edilib. Əfran İsmayılov mundialla bağlı gözləntilərini bölüşüb, favorit komandalar və futbolun dəyişən tərəfləri barədə fikirlərini açıqlayıb.
Bununla yanaşı, sabiq futbolçu indiki və keçmiş futbolu müqayisə edib, müasir oyunun sürəti və taktiki dəyişikliklər haqqında danışıb. O, həmçinin milli komandadakı unudulmaz xatirələrini bölüşərək maraqlı etiraflar edib. Veriliş təhlil və səmimi söhbətlə yadda qalıb.
Həmçinin izləyicilər üçün xüsusi hədiyyə də var. Şərtləri isə podkastı izlədikdə öyrənə bilərsiniz.
Qeyd edək ki, "TOP-al" podkastının növbəti buraxılışlarında da Azərbaycan futbolunun tanınmış simalarının iştirakı nəzərdə tutulur.