Bizi sosial şəbəkələrdən izləyin:
“Günəşli İnşaat”dan şikayət: “Pandemiya da bitdi, sənin oyunların bitmədi”
İnşaat şirkətlərindən daha bir şikayət var. Şikayətçinin iddiasına görə, o, 2020-ci il aprelin 7-də Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivi, 129-cu Hövsan küçəsi yaxınlığında həyət evlərinin tikintisi ilə məşğul olan Firutan Məmmədovla ümumi dəyəri 27 600 manat olan evin tikilməsinə dair müqavilə bağlayıb. Müqaviləyə əsasən, ödənişin 36 ay ərzində hissə-hissə həyata keçirilməsi nəzərdə tutulub. Bundan başqa, Gülçöhrə Abdullayeva ilkin ödəniş kimi 3800 manat məbləğində vəsait verdiyini bildirir.
Moderator.az APA TV-nin bu şikayət əsasında hazırladığı videomaterialı təqdim edir: