Türkiyədə sərnişin avtobusu aşdı: 3 ölü, 31 yaralı var - VİDEO
134
10:25, Bu gün

Türkiyədə sərnişin avtobusu aşdı: 3 ölü, 31 yaralı var - VİDEO

Türkiyənin Balıkesir bölgəsinin Bandırma rayonunda sərnişin avtobusunun aşması nəticəsində azı 3 nəfər ölüb, 31 nəfər yaralanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Demirören" agentliyi məlumat yayıb.
 

 

Dəhşətli yol-nəqliyyat hadisəsi mayın 1-nə keçən gecə sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.
 
Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
 
Hadisə yerinə tibb işçiləri, yanğınsöndürmə qrupları və polis qüvvələri göndərilib.
 
Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra yaxınlıqdakı xəstəxanalara aparılıblar.
 
Hadisə ilə bağlı araşdırmaya başlanılıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər