Bizi sosial şəbəkələrdən izləyin:
Bir ailənin iki övladı, əkiz bacılar Burlaxatun və Banuçiçək buraxılış imtahanlarında göstərdikləri uğurlu nəticələrlə valideynlərini sevindiriblər.
Moderator.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, memar olmağı qarşısına məqsəd qoyan Burlaxatun artıq 9-cu sinif buraxılış imtahanlarında yüksək potensialını nümayiş etdirərək 297 bal toplamışdı.
O, bu il 11-ci sinif buraxılış imtahanında daha böyük uğura imza ataraq mümkün olan maksimum balı - 300 balı toplayıb.