Cibgirlik edən şəxs saxlanıldı - VİDEO
312
15:46, Bu gün

Cibgirlik edən şəxs saxlanıldı - VİDEO

Bakının Nəsimi rayonunda oğurluq edilib.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
 
Məlumata görə, Nəsimi rayonunda bir nəfər polisə müraciət edərək ictimai nəqliyyat vasitəsindən istifadə edən zaman cibində olan “Iphone” markalı mobil telefonunun talandığını bildirib.
 
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cibgirlik əməlində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı Şəmsi Məmmədov müəyyən edilərək saxlanılıb.
 
Onun Yasamal rayonu ərazisində də analoji əməllər törətdiyi məlum olub.
 
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər