Avropa İttifaqı Belarus əleyhinə sanksiyaları sərtləşdirdi
Dünya
204
18:55, Bu gün

Avropa İttifaqı Belarus əleyhinə sanksiyaları sərtləşdirdi

Avropa İttifaqının (Aİ) bu gün Rusiya əleyhinə qəbul etdiyi 20-ci sanksiyalar paketinə Belarusa qarşı da əlavə məhdudiyyətlər daxildir.

Moderator.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, Aİ Belarusa qarşı da sanksiyaları sərtləşdirib.

Avropa Komissiyası Minskə qarşı sanksiyaların üç sahəni əhatə edəcəyini açıqlayıb. Məhdudiyyətlər Belarus hərbi-sənaye kompleksini və hökuməti əhatə edir.

İlk dəfə olaraq, Çin dövlət şirkətinin Belarusda hərbi texnikaların istehsalındakı roluna görə Minsk sanksiyalar rejimi çərçivəsində məhdudiyyətlərə məruz qalıb.

Sənəddə həmçinin bildirilir ki, Belarusa tətbiq edilən sanksiyalar ticarət, hüquqi müdafiə, kriptovalyuta, kibertəhlükəsizlik və turizm sektoruna qarşı tədbirləri əks etdirir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər