Xalq artistinin qardaşı qızının meyiti tapıldı - VİDEO
376
14:20, Bu gün

Xalq artistinin qardaşı qızının meyiti tapıldı - VİDEO

Bakı şəhər Nəsimi rayonu, Moskva prospekti 126 ünvanında yerləşən mənzillərin birində 71 yaşlı qadının meyiti tapılıb.

Moderator.az ARB-yə istinadən xəbər verir ki, vəfat edən Leyla Şeyxzamanova Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi olub, elmlər doktoru idi. O, mərhum aktyor, Xalq artisti Məmmədrza Şeyxzamanovun qardaşı qızıdır.

Bildirilib ki, uzun müddət tənha yaşayan qadın bir həftədən çoxdur mənzildən çıxmırmış. Binadan pis qoxu gəldiyi üçün qonşular polisə müraciət ediblər. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub və pəncərədən mənzilə daxil olduqda məlum olub ki, 71 yaşlı qadın hamam otağında vəfat edib.

L.Şeyxzamanovanın 10 günə yaxındır işə getmədiyini görən həmkarları 23 saylı Mənzil İstismar Sahəsi ilə əlaqə saxlayıblar. Çağırış əsasında FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində qadının meyiti mənzildən çıxarılıb.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır, ölüm səbəbi müəyyənləşdirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər