Şou-biznes
225
15:36, Bu gün

"Cücəylə başladığımız yol ayrılır" - "Maska"dan getdi

"Maska" şousunda ötən gün "Cücə" obrazının kimliyi bəlli olub.
 
Moderator.az xəbər verir ki, "Cücə" maskasının altından aparıcı Saleh Bağırov çıxıb.
 
O, yarışmadan sonra fikrilərini sosial media hesabında bölüşüb:
 
"Bu da son. Mən cücəni, cücə də məni sevdi. İkimiz də sizi sevindirməyə, sevginizi qazanmağa çalışdıq. Məncə, nail olduq. Oktyabrdan Cücəylə başladığımız hazırlıq, çıxdığımız yol ayrılır. Səni həmişə gözəl xatırlayacağam. Neçə-neçə iri, maraqlı, beynəlxalq layihələrdə iştirakım olub. Amma "Maska"dakı təcrübə və yaşadıqlarımı, uşaqlaşıb sanki böyük bayramın iştirakçısı olmağımı heç nə ilə müqayisə etmərəm. İlk çıxışımdan bütün maskalardan fərqli olaraq məni həmən tanımağınız, cücə maskasında məhz mənim olma ehtimallarınız əslində məni sevindirdi.
 
Bilirsiniz niyə? Deməli, məni çox yaxşı tanıyırsınız və nə etsəm də, hətta texnika belə səsimi dəyişməyə, sizi çaşdırmağa qadir deyil. Sözün hər mənasında bu inanılmaz emosiya, hisslər, ömürlük qalacaq təəssüratlardır".
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər