Azərbaycanlı idmançı
İdman
159
20 May 2026 | 23:41

Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü

Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Moderator.az-a verilən məlumata görə, bununla bağlı müvafiq qurumdan rəsmi təsdiq sənədi göndərilib.

Xatırladaq ki, milli komandanın üzvü bu ilin aprel ayında "Şüa" İdman Kompleksində təşkil olunan mərasimdə topu uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan dünya rekordunu yeniləməyə cəhd göstərib.

Gənclər və İdman Nazirliyinin, Stolüstü Tennis Federasiyasının rəsmilərinin və beynəlxalq dərəcəli hakim Zaur Mikayılovun nəzarəti ilə o, bu hərəkəti 18.2 metr məsafədən uğurla həyata keçirib.

Qeyd edək ki, bundan əvvəl həmin rekord (17.5) son olaraq türkiyəli Osman Gürcüyə məxsus idi.

Link kopyalandı!
Son xəbərlər