Arda Gülər “Real”la məşqlərə başladı
İdman
147
20 May 2026 | 23:40

Arda Gülər “Real”la məşqlərə başladı

“Real Madrid” La Liqanın 38-ci və son turunda “Atletik”lə keçirəcəyi oyunun hazırlığını davam etdirir.

Moderator.az xəbər verir ki, Madrid təmsilçisinin məşqində Arda Gülərlə bağlı diqqətçəkən məqam yaşanıb.

Zədəsini geridə qoyan Türkiyə millisinin üzvü komanda məşqinin bir hissəsində iştirak edib. Bu, futbolçunun tam bərpa prosesinə yaxınlaşması kimi qiymətləndirilir.

Qeyd edək ki, Arda Gülər Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella tərəfindən 2026-cı il dünya çempionatı üçün açıqlanan heyətdə yer alıb.

Link kopyalandı!
Son xəbərlər