Şou-biznes
274
11:51, Bu gün

"Ən varlı, gözəl, xoşbəxt mənəm" - Nüşabə Ələsgərli

Əməkdar artist Nüşabə Ələsgərli barəsində səsləndirilən “şou-biznesin ən varlı ifaçısı” fikirlərinə münasibət bildirib.
 
Moderator.az xəbər verir ki, müğənni “Öz aramızda” proqramında bu mövzuya aydınlıq gətirərək bildirib ki, illər boyu toy məclislərindən qazandığı gəlirlə dolanıb.
 
Onun sözlərinə görə, maddi imkanlardan daha önəmlisi insanın ətrafıdır:
 
“Xasiyyətim elədir ki, cibimdə heç nə olmasa belə özümü varlı hiss edirəm. Azərbaycanın hər yerində dostlarım var, istədiyim anda kiməsə zəng edib dəstək ala bilərəm. Mənim üçün əsl zənginlik də budur.
 
Heç vaxt efirdə “heç nəyim yoxdur” deməmişəm. Həmişə özümü xoşbəxt, pozitiv və güclü göstərmişəm. Çətin günlərim də olub, amma zəhmətlə qazanmışam. Başqaları kimi mən də toy məclislərində çıxış edib pul qazanmışam. Həmişə pozitiv, hamıdan gözəl, varlı, xoşbəxtəm.
 
Həyatımda yalnız anamı və bacımı itirəndə efirdə göz yaşımı saxlaya bilməmişəm. Maddi vəziyyətimlə bağlı isə heç vaxt özümü zəif göstərməmişəm. Çünki bilirəm ki, arxamda dayanan yaxşı dostlarım var. Mənim üçün ən böyük sərvət də məhz budur”.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər