Bizi sosial şəbəkələrdən izləyin:
Erməni telegram-kanallarında iki nəfərin rusiyapərəst revanşist müxalifətin mitinqinə getmək üçün pul və yemək verilməsi məsələsini müzakirə etdiyi yeni bir səs yazısı yayılıb.
Moderator.az xəbər verir ki, bu haqda "Armtimes" məlumat yayıb.
Söhbətə görə, mitinq "səbət"inə 2 peraşki və bir şüşə "koka-kola" və ya su daxildir. Səs yazısında ermənilərdən biri peraşki əvəzinə "hot-doq" verilməsindən şikayətlənir.
Səsyazmada həmçinin deyilir ki, mitinqə gedənlərə adambaşı 3000 dram(təxm. 8 ABŞ dolları) da verəcəklər.
Nəşrlərin məlumatına görə, səs yazısında rusiyalı milyarder Samvel Karapetyan üçün təşkil edilən mitinqlərə insanların aparılması barədə danışılır.
S.Laçın