Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
Şou-biznes
Oxunub: 2142
28 Apr 2024 | 13:19
Faiq Ağayev:
"Əxlaq iradı bacarıqsızların ən son sığınacağıdır. Bütün dünyada Vaqneri inkar edirdilər Hitlerə görə. Amma kainat boyda sənətkardır”.
 
Bunu Xalq artisti Faiq Ağayev Kult.az-a müsahibəsində deyib.
 
Həmin müsahibəni təqdim edirik:
 
- Faiq bəy, təhsilinizi aktyorluq üzrə almısınız. Niyə davam etmədiniz?
 
- Əslində, indiyə kimi davam edirəm. Konsertlərim, kliplərim, hər çıxışım bunu təsdiqləyir. Hə, bəlkə dramatik aktyor kimi yox, amma ixtisasıma görə musiqili teatr aktyoruyam, o istiqamətdə realizə etdim özümü.
 
- Yəni kliplərdə aktyorsunuz?
 
- Bəli. Rejissorlar məni aktyor kimi görmür nədənsə. Buna da, məncə, iki səbəb var. Ya məni aktyor kimi özləri üçün kəşf edə bilmirlər, ya da qonorarımdan qorxurlar.
 
- Bəs Faiq Ağayev müğənni olmasa, kim olardı?
 
- Həkim. Natamam təhsilimə görə elə həkim olmalı idim. Tibb Universitetinə daxil olmuşdum, özü də məhz cərrah olacaqdım. Amma yenə də təbibliyimdə qalmışam. Həkimlər bədənləri xəstəlikdən xilas edirlərsə, mən insanların əzilmiş ruhlarının müalicəsinə kömək edirəm.
 
- Sosial şəbəkə istifadəçiləri bir ara sizi Milli Məclisdə görmək istəyirdilər. Siz özünüz bunu istəyirsiniz?
 
- Mən onsuz da siyasətçiyəm. Siyasətim - musiqidir, sevgidir, mərhəmətdir. Milli Məclisdə kifayət qədər ləyaqətli, işini, peşəsini doğru görən deputatlar var, lakin heç biri çağırışı ilə mənim qədər adam toplaya bilməz.
 
- Onda bu, onların zəif olduğuna işarə deyil?
 
- Qətiyyən, siyasətin özəllikləri var, sənətin öz. Onlar beyinə, ağıla müraciət edir, mən isə könüllərə, ürəklərə.
 
- "İstənilən deputatdan güclüyəm” demişdiniz. Yenə elə düşünürsünüz?
 
- Bayaq dedim də, sabah elan etsəm ki, konsert verəcəyəm, minlərlə insan gələcək. Amma Milli Məclis üzvü desə ki, siyasi platformamı eşitmək üçün gəlin filan yerə, inanmıram ki, o qədər adam gələ. Bu mənada – bəli, özümü deputatlardan güclü sayıram.
 
- Parlament seçkisi olsa, namizədliyinizi verəcəksiniz?
 
- Hazırda planlarım solo konsertlə, yeni mahnılarla bağlıdır. İndilik başqa bir fikrim yoxdur.
 
- Bəs deputat olsanız, səlahiyyətinizdə dəyişmək olsa, musiqi sahəsində nəyi dəyişərsiniz? Məsələn, senzura istəyərsiniz nədəsə?
 
- Hüquqi dövlətdə hər şey qanunlarla tənzimlənir. Yaradıcılıq azadlığı var, sırf istəyimizə görə, lap bayağı olsa da, mahnıları qadağan edə bilmərik. Bunu media, televiziya və radiolar özü həll etməlidir. Məsələn, bayağı oxuyanları dəvət etmə. Əlbəttə, anlayıram, xeyli reytinq gətirir, amma mümkün olan tək mübarizə yolu budur.
 
- Bəs dəvət etməmək də senzura deyil?
 
- Dəvət edib-etməməyə qadağa yoxdur. Dəvət edirsənsə, ən azından bayağı danışmağa imkan vermə. Oxusun, danışmasın.
 
- Faiq Ağayev üçün sənətdən vacib nə var? Hansı halda səhnədən gedər?
 
- Sənətdən vacib anam var, amma səhnədən heç bir halda getmərəm. Daha dəqiq, sənətdə olmaq mənə maraqsız olsa, gedəcəyəm.
 
- Amma sevgiyə görə getdiyinizi demişdiniz…
 
- Hə, o heç, cavanlıq səhvim idi (gülür). Yarım il uzaqlaşdım səhnədən, amma gördüm ki, sənətsiz özüm özümə maraqsızam.
 
- Ananız desə, son qoy sənətə, bəs onda necə?
 
- Anam heç vaxt deməz elə. Başlanğıcda qadağa qoymuşdu, amma sonra gördü ki, düz qərar deyil. O, həm ən böyük tənqidçim, həm də ən böyük pərəstişkarımdır. Anam tutarlı bir səbəb gətirib, desə ki, sənətdən get, bu barədə düşünərəm.
 
- Sizdə nəyi tənqid edir?
 
- Məsəlçün, deyə bilər ki, kaş filan sözü efirdə deməzdin. Hər dəfə efirdən sonra zəng edir, müzakirə edirik, geyimdən danışığa qədər. Allaha dua edirəm ki, bu məsləhətləri uzun illər eşidim.
 
- Faiq bəy, siz həm də intellektiniz, ədəbiyyata olan marağınıza görə seçilirsiniz. Daha çox hansı janrda kitablar oxuyursunuz?
 
- Sizə bir sirr açım, düz 4 ildir, kitab oxumuram. Bilmirəm həyatımda nə mərhələdir, amma uzaq düşmüşəm kitabdan. Sonuncu oxumağa başladığım "Şantaram”dır.
 
- Çingiz Abdullayevi bəyənməyən adamlar çoxdur. Deyirlər, detektiv, xüsusilə onun detektivləri yaxşı deyil. Siz isə onu çox bəyənirsiniz.
 
- Mən ümumiləşdirmənin əleyhinəyəm. Bir qisim insanın Çingiz Abdullayevdən xoşu gəlməyə bilər, amma bu, o demək deyil ki, hamı ona qarşıdır. Elmi araşdırmalara görə, okeanda ən səs-küylü canlı krevetkadır. Çingiz Abdullayevə haqsız olaraq irad bildirənlər mənimçün o okeanda səs salan krevetkalardır. İnsanların çoxu məlumatsızdır, adamları tanımadan, bilmədən, nə gəldi, necə gəldi danışırlar. Adicə bir xəbər çıxır, başlığı oxuyurlar, məqalənin içindəkilərinə baxmadan söyürlər, lağ edirlər. Məsələn, xəbər çıxıb ki, "Faiq Ağayevə sərt qadağa: Toyu tam oxumayacaq”. Girib, məqaləni oxumayacaqlar ki, bu qadağanın səbəbi nədir, niyə belə edir Faiq Ağayev? Əslində, indi məclislərdə ancaq yarım saat oxuyuram. Çünki irimiqyaslı layihəyə hazırlaşıram, səsimi qorumalıyam.
 
- Deyəsən, bu da anons oldu, hə?
 
- Aha, elə oldu. Elə buradan deyim, hazırlaşın, konsertlər baş tutacaq.
 
- Faiq bəy, müasir Azərbaycan ədəbiyyatından kimləri oxumusunuz?
- Nəzərə alaq ki, mən rus bölməsini bitirmişəm, məktəb, universitet zamanı Azərbaycan dilində olan ədəbiyyata maraq göstərməmişəm. Ancaq 25 yaşdan sonra oxumuşam onları. Ordubadidən tutmuş Ramiz Rövşənə, Anara, Cəlil Cavanşirə, Qan Turalıya, rus dilində yazan Nərminə Məmmədzadəyə qədər. "Facebook” dostlarımdan Nadir Yalçının yazıları ilə tanışam. Belə, bu cür. Çoxdur, sosialdan çox oxuyuram yazıları, məqalələri. İndi hamısı yadıma düşmür müəlliflərin, üzrlü saysınlar. Bir az pis səslənsə də, üzdə olanları oxumuşam. Amma şadam ki, yeni format yaranıb ədəbiyyatda. Qəbul etdiklərim və etmədiklərim var.
 
- Faiq bəy, bəs gənc musiqiçilər necə, onlardan da qəbul etmədiyiniz var?
 
- Əgər söhbət təmsil etdiyim estrada, pop musiqisi haqda gedirsə, yoxdur eləsi. Bir də görürsən ki, yaşlılar cavanlara səbəbsiz irad tuturlar. Özü, məcazi desək, ehtiyatdadır, neçə ildir fəaliyyətdə deyil, heç bir yenilik etmir. Faktiki olaraq, döyüşdə deyil, amma hücuma keçir. Keyfiyyətli işlərinlə cavab ver, örnək ol. Yoxsa ki, ehtiyatda olan yazıçı, musiqiçi boş yerə irad tuta bilməz.
 
- Bəs əxlaqi iradlar?
 
- Əxlaq iradı bacarıqsızların ən son sığınacağıdır. Bütün dünyada Vaqneri inkar edirdilər Hitlerə görə. Amma kainat boyda sənətkardır. İrad bildirdiklərim mənimlə eyni janrda çalışanlardır ki, onu da təkbətək edirəm. Deyirəm ki, toy mahnısı yazdırdın? Əla, gözəl, çörəkli olsun! Amma birini də sənət üçün yazdır.
 
- Bəs gənclər yaşlılara irad bildirəndə? Məsələn, bir gənc musiqiçi Faiq Ağayevi tənqid etsə?
 
- Faiq Ağayevi tənqid edirsə, Faiq kimi iş görə bilməlidir. Məsələn, kimsə desə ki, buna bax e, zalı doldurmadı - onu gərək bacara bilən desin. Amma "mənim qədər et, nəsə iş gör, sonra irad bildirərsən” demək, "staj” davasıdır sadəcə.
 
- Kifayət qədər tanınan müğənnisiniz.
 
- Kifayət qədərdən də çox (gülür).
 
- Sosial şəbəkədə də kifayət qədər aktivsiniz. Necə düşünürsünüz, bunun ziyanı nədir? Məşhurluğu nəzərə alsaq, insanlardan qəribə mesajlar alırsınızmı?
 
- Mən "Xalq artisti” adını "xalqın artisti” kimi qəbul edirəm. "Əsl sənətkar əlçatmaz olar” fikrini qəbul etmirəm. Bir dəfə kimsə demişdi ki, həyətə çıxmıram ki, birdən məni görərlər. Mən əzəldən mağazaya da gedirəm, kiçikmiqyaslı salonlarda da çıxış edirəm. Mənim üçün hər yer səhnədir - Rusiyada çıxış etdiyim 45 min yerlik Olimpiya stadionu da, Bakıda 50 nəfərlik məclis də. Bu mənada əlçatan olmağa çalışıram. "Facebook” dostlarımın ad günü olanda təbrik edirəm. Sosial şəbəkələr sənətin insanlara yaxınlaşması üçün xidmət göstərir. "Səhnədə olanda mənə yaxınlaşa bilmirsiniz, amma sizin yanınızdayam” deməkdir.
 
- Bəs qəribə mesajlar necə?
 
- Doludur. Xüsusi ilə də "Instagram”da.
 
- Məsələn…
 
- İntim təklif edənlərdən "gəl təhsil haqqımı ödə” əmr edənlərə qədər. Elə bil, nəsə alıb-edəndə məndən soruşub, indi də mənə "ödə” deyir.
 
- Faiq bəy, haqqınızda çox iddialar olub. Geyiminizdən, hərəkətlərdən, görünüşünüzə qədər. Narahat olursunuzmu? Biri deyir qaş alır, biri deyir belə geyinir.
 
- Qətiyyən narahat deyiləm. İnsan bilmədiyinin düşmənidir və nəyə inanmaq istəyirsə, ona da inanır. Haqqımda mənfi danışan adamlar məni tanısa, bilərlər ki, yanlış hərəkət edirlər. Haqsızcasına ünvanıma təhqir səsləndirənlər küçəyə atılan siqaret kötüyü kimidir mənim üçün, qaragüruhdur.
 
- Zamanla adınız şou-biznes adamları ilə qalmaqallarda da hallanıb. Amma özünüz efirdə təkzib edirsiniz. Aygün Kazımova ilə rəqabət davam edir?
 
- Təkzib etmirəm, əksinə, deyirəm ki, bizim yabalaşan zamanlarımız olub. O da, mən də 35 ildir səhnədəyik. Bu qədər zamanın cəmi 8-9 ilini dalaşmışıq. Bu da ona görə ki, iki qoçun başı bir qazanda qaynamaz.
 
- Yəni, sizin rəqibinizdir?
 
- Yox, rəqib deyilik, çünki ayrı cinslərik. Aygünlə müasir pop musiqisinin baniləriyik. İndiki sağlam musiqiçilər bizim qurduğumuz qaydalarla hərəkət edirlər ki, mahnı, klip, konsert və bunların üzərindən qurulan işlər uğura aparır. Qalmaqal da olsa, məişət qalmaqalı yox, məhz sənət qalmaqalı olmalıdır. İndiki halda səhnə cameəsi bir-biri ilə abırsız şəxsi qalmaqallar salanda, gülməyim gəlir. Onlarınkı qalmaqal yox, çayxana-salon söhbətləridir.
 
- Toylara da gedirsiniz, özü də çox. Sizcə, toy sənəti öldürmür?
 
- Qətiyyən. Qədimdən bizim xanəndələrimiz - Cabbar Qaryağdıoğlundan tutmuş Əlibaba Məmmədova kimi, pulu toydan qazanıblar. Mən toya gələndə, məclisə özümlə konsert gətirirəm. İnsanın daxili düzgündürsə, toy ona mane ola bilməz. Biz haradansa pul qazanmalıyıq axı.
 
- Cabbar Qaryağdıoğlu dediniz. O bir dəfə demişdi ki, səsim batmasın deyə 50 yaşıma kimi evlənmədim…
 
- O vaxt belə inanclar var idi. Bir misal gətirim, İncəsənət Universitetinə daxil olanda müəllimlərimdən biri demişdi ki, 5 il siqaret, içki, cinsi əlaqə arzuolunmazdır - vokalçısan, səsinə ziyandır. Amma görünür ki, bu tələblərə tabe olmadan da fəaliyyət mümkündür. Hər şeyin qədərini bilmək vacibdir. Yeri gəlmişkən, səsi qorumağın bir yolu da elə davamlı oxumaqdır.
 
- Faiq bəy, birdən səsiniz batsa necə? Heç olmasa, Niyam Salami kimi bir obyektiniz varmı?
 
- Çox təəssüf, yoxumdur, yeganə gəlir yerim musiqidir. Çox istəyərdim olsun. Amma bacarmıram, tacirlik damarım yoxdur. Yaxın ətrafım deyir ki, hər şey sənin səs tellərinə bağlıdır, bir təhlükəsizlik yastığın olsun. Bəlkə də sovet insanlarının təfəkküründəyəm ki, sonuna kimi sənət məni dolandıracaq. Hələ ki, maşallah, dolandırır. Həmkarlarımın çoxunun, göz dəyməsin, turizm şirkətləri, restoranları, salon və mağazaları var. Bu çox əladır. İraq olsun, səsim batsa, oxuya bilməsəm, dərs deyərəm, prodüser olaram, inzibati işlərlə məşğul ola bilərəm.
 
- Musiqidə və ümumən qırmızı xəttiniz nədir?
 
- Birmənalı şəkildə tərbiyəsizlik. Elementar etika qaydaları var - danışıq tərzi, davranış forması, özünü aparmaq bacarığı. Bunlar çox vacib məsələlərdir, hamı riayət etməlidir.
 
- Sizdə sanki bir az eqoizm də var. Bir "mən-mən” ədası sərgiləyirsiniz.
 
- Çalışıram ki, əksinə, "mən-mən” deməyim. Çünki əvəzimə danışan nəaliyyətlərim var. Amma ümumi götürsək, sənət eqo sahəsidir. Eqosuz insan sənətdə uğur qazana bilməz. Lakin bunun da formaları var. Bir var eqo, biri də xudbinlik - "oyyy, görün kim gəlir, mən gəlirəm, mənəm, ən çox mən, mən beləyəm, eləyəm” ədası. Bunlar fərqlidir.
 
- Məsələn, rəhmətlik İlhamə Quliyeva belə idi…
 
- İlhamə xanım sənəti olub da, kəskin danışanlardan idi, hər şeyi üzə deyirdi. Mən onu bu cür qəbul edirdim. Allah rəhmət eləsin. Heç kimi şəxsi xüsusiyyətlər müstəvisində qiymətləndirmirəm. Yəni, birinci sənətinə baxıram.
 
- Məsələn, Flora Kərimovanı necə?
 
- Onu da, gözəl sənətkardır. Mənə onun mahnıları vacibdir, şəxsi həyatı, prinsipləri yox.
 
- Sənət adamlarından çox vaxt tələb edirlər ki, az qala hər məsələdə ortaya mövqe qoysunlar. Haqlıdırlar?
 
- Xeyr. Bu, hər kəsin şəxsi məsələsidir. Kim istəsə, nəyəsə fikir bildirər, kim istəməsə - bildirməz. Mən hər şeyi sənətimlə bildirirəm, işim budur, başqa nələrəsə ehtiyac duymuram. Məsələn, siyasi mövqe qoymaq üçün siyasətçilər var. Mənim siyasi mövqeyim sənətdir, sevgi-məhəbbətdir...  
Oxşar xəbərlər
19:07, Bu gün
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
18:59, Bu gün
İsrail mediasından "Avroviziya" ilə bağlı qalmaqallı yazı
18:51, Bu gün
Mingəçevirdə parkda avtoxuliqanlıq edən sürücü həbs olunub
18:49, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
18:47, Bu gün
Baş nazir müxalifətin iğtişaşlar planlaşdırdığını açıqlayıb
18:41, Bu gün
Bilal Əliyevin ingilis dilindən tərcüməsi gündəm oldu - VİDEO
18:16, Bu gün
Everesti fəth edən nepallı alpinistdən dünya rekordu
18:08, Bu gün
Səfir: Azərbaycanda keçirilən “Panama günləri” bizi çox məmnun etdi
17:58, Bu gün
Tovuza dolu düşüb
17:37, Bu gün
Sərhədimizdə təxribat ehtimalı böyükdür – XƏBƏRDARLIQ
17:30, Bu gün
Ramil Şeydayevin çıxış etdiyi klub baş məşqçisi ilə vidalaşıb
17:26, Bu gün
Bu məişət əşyasını uzadıcılara qoşmaq olmaz  – Çox adam bilmir
17:20, Bu gün
Şəkər və xərçəngin 1 nömrəli səbəbi - budur
17:13, Bu gün
Dünya reytinqi: “Qarabağ” 7 komandanı arxada qoydu
17:09, Bu gün
Toyda içkili atanı oğlu DÖYDÜ - VİDEO
16:54, Bu gün
HƏMAS-ın İsraillə bağlı – Şok planı
16:48, Bu gün
Ürəyi Öldürən 8 qida - Ürək xəstələri qətiyyən yeməsin!
16:33, Bu gün
FHN əhaliyə MÜRACİƏT ETDİ 
16:29, Bu gün
DİM: 25 minə yaxın şagird və abituriyent Azərbaycan dilindən imtahan verib - YENİLƏNİB
16:20, Bu gün
İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – İyulun 1-dək…
16:18, Bu gün
Azərbaycanlı qol güləşçisi Avropa Çempionu olub
16:12, Bu gün
Dünyada ilk dəfə donuz böyrəyi köçürülən şəxs  ölüb
15:59, Bu gün
Dövlət qulluğuna qəbul imtahanı keçirildi - Yeniləndi
15:51, Bu gün
Oxumadan imtahandan keçmək istəyənlər bu yola üz tutur: cəmi 60 manata... - VİDEO
15:45, Bu gün
Sürücülərin nəzərinə!
15:42, Bu gün
Günlük villa kirayələrinə maraq artıb - Səbəb nədir?
15:36, Bu gün
"21:15" qatarı yola düşdü
15:30, Bu gün
Güclü külək meteohəssas insanlar üçün əlverişsiz olacaq
15:20, Bu gün
Makrondan BƏYANAT- Fransa Ukraynaya qoşun göndərəcəkmi?
15:06, Bu gün
Xanımların nəzərinə: Ən sadiq kişilər bu bürclər altında dünyaya gəlir
14:56, Bu gün
Bakıda avtobusda QƏRİBƏ GÖRÜNTÜ: gənc qız... - VİDEO
14:44, Bu gün
Dəhşətli işgəncələr verib, minlərlə adamı öldürən general – o, Beriya ilə qarşıdurmada məğlub olub 
14:31, Bu gün
Rusiyanın səfiri vəfat etdi
14:25, Bu gün
Zəhərlənmə əlamətləri
14:11, Bu gün
Belqorod atəşə tutuldu: 4 ölü, çoxlu sayda yaralı var
14:08, Bu gün
Maqnit qasırğaları İlon Maska da ZİYAN VURDU
14:00, Bu gün
Ermənistanda fərariliyin qarşısını almaq üçün yeni ADDIM
13:51, Bu gün
Gündəlik nə içək? - Ekspertdən isti çayın xərçəng riski yaratması iddialarına CAVAB
13:45, Bu gün
Bizə yeni Qars müqaviləsinin imzalanması daha sərfəlidir - Qüdrət Həsənquliyev
13:42, Bu gün
Mətbəxdə yaxşı əhval-ruhiyyənin 3 qaydası!
13:33, Bu gün
"Ərimi işə gedəndə öpməsə, sonra..." - VİDEO
13:23, Bu gün
Bitkilər görə, eşidə və iyləyə bilirlər
13:12, Bu gün
Tunarın ifası Tatlısəsi ağlatdı - VİDEO
13:00, Bu gün
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
12:49, Bu gün
Avropa böcəklər və siçovullarla mübarizədə məğlub olur
12:40, Bu gün
"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK: kimsə xəbəriniz olmadan...
12:17, Bu gün
Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq
12:06, Bu gün
Azərbaycan Respublikasının birinci Prezidentinin doğum günüdür…
12:03, Bu gün
Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını AÇIQLADI
11:44, Bu gün
DİN-dən vətəndaşlara xəbərdarlıq - VİDEO
11:42, Bu gün
Polşa paytaxtında iri ticarət mərkəzi yanaraq külə dönüb
11:37, Bu gün
Ermənistanda hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün qaydalar sərtləşdirilib
11:24, Bu gün
Litvada prezident seçkiləri keçirilir
11:14, Bu gün
Rayonlarda yağış yağıb, şimal-qərb küləyi əsib - FAKTİKİ HAVA
11:09, Bu gün
İsveçrənin vitse-kansleri qəflətən vəfat edib
10:31, Bu gün
Tələbələr imtahanlardan keçmək üçün gizli qulaqlıqlardan istifadə edirlər? - VİDEO
10:28, Bu gün
Qəzzada atəşkəs girovların azad edilməsindən sonra baş verəcək - Bayden
10:21, Bu gün
Bu qidaları QƏTİYYƏN YEMƏYİN - Ömrü qısaldırmış...
10:13, Bu gün
"Real” klubu rekordunu təkrarlayıb
09:57, Bu gün
"Lənətlənmiş ada": burada hamının başına eyni hadisə gəlir
09:55, Bu gün
Körpədən narahat olan pişiyin hərəkətləri hər kəsi təəcübləndirib - VİDEO
09:55, Bu gün
Mayda bu 4 bürcün həyatında yeni səhifə açılacaq
09:50, Bu gün
Bakıda intihara cəhd edən şəxs belə xilas edildi - VİDEO
09:47, Bu gün
Yeni Zelandiyada 5,4 maqnitudada zəlzələ olub
09:43, Bu gün
Xaricdə ödənişli təhsil alan müharibə veteranları üçün güzəşt edilə bilərmi? - VİDEO
09:36, Bu gün
İsrail rəsmisinin BMT-də bu hərəkəti sübut elədi ki... - AKP
09:27, Bu gün
NATO Ukraynaya qoşun yeridəcək?
09:19, Bu gün
Bu gün dövlət qulluğu vəzifələri üzrə imtahan keçiriləcək
09:17, Bu gün
Evlərdən yumşaq divanı yığışdırmaq lazımdır – Alimlər
09:13, Bu gün
“Google Chrome” istifadəçilərinə təcili XƏBƏRDARLIQ
09:08, Bu gün
Qədir Qızılsəs sağlamlıq sirrini AÇIQLADI
08:55, Bu gün
İctimai "wi-fi" sahələri iddia edildiyi qədər təhlükəlidirmi? - Təhlükəsizlik mütəxəssisləri cavablandırır
08:48, Bu gün
Səhər yeməyində hansı qidalar zərərlidir?
08:31, Bu gün
Gürcüstanda Rusiyayönlü hökumətə qarşı 300 minə yaxın insan etiraza qalxdı...-FOTO 
08:30, Bu gün
Bu qidalar QANI LAXTALANDIRIR - Qətiyyən yeməyin!
08:22, Bu gün
Bakıda dəhşət: Sahibsiz itlər azyaşlıya hücum etdilər  - VƏZİYYƏTİ AĞIRDIR
08:13, Bu gün
“Avroviziya-2024”ün qalibi mükafatını səhnədə sındırdı
08:08, Bu gün
25 minə yaxın şagird və abituriyent Azərbaycan dilindən imtahan verəcək
07:44, Bu gün
"Gənclik" metrosunun yaxınlığında maşın piyadanı vurdu
00:18, Bu gün
Mikayıl Cabbarov Mariya Stadniki təbrik etdi - FOTO
00:17, Bu gün
"Çin Rusiyaya Ukrayna ilə bağlı təsir göstərməkdə maraqlı deyil" - Borrel
00:16, Bu gün
Şuşa sakini: “Qayıdacağımız xəbərini eşidəndə ağladım” - VİDEO
11 May 2024 | 23:56
Goranboyda minik və yük avtomobilləri toqquşub, ölən var
11 May 2024 | 23:33
Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11 May 2024 | 23:11
Modriç gələcəyi ilə bağlı qərar verdi
11 May 2024 | 23:09
COP29-un Danışıq Qrupu ada ölkələrindən olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb
11 May 2024 | 23:03
Bakıda gənc oğlan marketin qarşısında bıçaqlanıb
11 May 2024 | 22:39
“Fənərbağça” ilə görüşə yollanan komandanın təyyarəsini ildırım vurdu
11 May 2024 | 22:14
Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı
11 May 2024 | 22:05
"ABŞ İsraili beynəlxalq humanitar hüququ pozmaqda ittiham edir, amma silah göndərməyi də unutmur" - KİV-lər
11 May 2024 | 21:53
İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb
11 May 2024 | 21:36
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
11 May 2024 | 21:34
Rusiyada beşmərtəbəli bina uçdu - VİDEO
11 May 2024 | 21:12
Politoloq Paşinyanın hansı halda istefa verəcəyini açıqladı
11 May 2024 | 20:52
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:14
Rusiyalı politoloq: Ermənistan və Rusiya münasibətlərindəki böhran aradan qaldırılmayıb
11 May 2024 | 20:11
İrəvana səfəri su yoluna döndərən USAİD yenidən fəallaşıb: Paşinyana tapşırıqlar verildi - FOTO
11 May 2024 | 20:04
Zığ şosesində iki zolaqda sürət həddi endirilib
GÜNLÜK
11 May 2024 | 19:42
Lənkəranda baş verən zəlzələnin GÖRÜNTÜLƏRİ - VİDEO
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
11 May 2024 | 19:22
Kəhrizlər diyarı Cəbrayıl: Horovlu kəndindən REPORTAJ - FOTO/VİDEO
11 May 2024 | 19:18
86 nömrəli tam orta məktəbdə Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirildi
11 May 2024 | 19:24
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb - RƏSMİ + YENİLƏNİB/VİDEO
11 May 2024 | 19:36
Çörəyin içindən siçan qalıqları tapıldı - İyrənc hadisə
11 May 2024 | 19:38
Baroness Patrisia Skotland Azərbaycanı ziyarət edib - FOTO
11 May 2024 | 19:25
Ukrayna Silahlı Qüvvələri Donetski raketlə vurdu - VİDEO
11 May 2024 | 19:26
Rusiyada yeni hökumətin strukturu məlum olub
HƏFTƏLİK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
10 May 2024 | 12:55
Pensiya və maaşlarda artım olacaq? - VACİB AÇIQLAMA/VİDEO
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 12:03
"Bu revanşist hərəkat yalnız Paşinyana qarşı deyil, həm də Azərbaycana qarşıdır...”
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
AYLIQ
11 May 2024 | 19:42
Lənkəranda baş verən zəlzələnin GÖRÜNTÜLƏRİ - VİDEO
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
11 May 2024 | 19:22
Kəhrizlər diyarı Cəbrayıl: Horovlu kəndindən REPORTAJ - FOTO/VİDEO
11 May 2024 | 19:18
86 nömrəli tam orta məktəbdə Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirildi
11 May 2024 | 19:24
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb - RƏSMİ + YENİLƏNİB/VİDEO
11 May 2024 | 19:36
Çörəyin içindən siçan qalıqları tapıldı - İyrənc hadisə
11 May 2024 | 19:38
Baroness Patrisia Skotland Azərbaycanı ziyarət edib - FOTO
11 May 2024 | 19:25
Ukrayna Silahlı Qüvvələri Donetski raketlə vurdu - VİDEO
11 May 2024 | 19:26
Rusiyada yeni hökumətin strukturu məlum olub