Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib - FOTO
Siyasət
153
20:00, Bu gün

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib - FOTO

Azərbaycanın Bəhreynə təyin olunmuş səfiri Cavidan Hüseynov etimadnaməsinin surətini Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyaniyə təqdim edib.

Moderator.az xəbər verir ki, bu barədə Bəhreyn Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüş zamanı Bəhreynin XİN rəhbəri yeni təyin olunmuş azərbaycanlı diplomatı salamlayıb və ona uğurlar arzulayıb. Əl-Zəyani, həmçinin Bəhreynin Azərbaycanla dostluq münasibətlərinin və əməkdaşlığın daha da möhkəmləndirilməsində maraqlı olduğunu təsdiqləyib.

Öz növbəsində C. Hüseynov bu vəzifəyə təyin olunmasından məmnunluğunu ifadə edib və Azərbaycan-Bəhreyn münasibətlərinin müxtəlif sahələrdə inkişafının müsbət dinamikasını qeyd edib. O, ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün səylər göstərməyə hazır olduğunu vurğulayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər