Sahibə Qafarova Belqradda Azərbaycanda gender sahəsində əldə olunan nailiyyətlərdən danışıb
Siyasət
134
19:20, Bu gün

Sahibə Qafarova Belqradda Azərbaycanda gender sahəsində əldə olunan nailiyyətlərdən danışıb

Milli Məclisin sədri Sahibə Qafarova Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransında çıxışı zamanı Azərbaycanda gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Moderator.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, Sahibə Qafarova çıxışında Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə məişət zorakılığına qarşı mübarizə, ayrı-seçkiliyin aradan qaldırılması, qadınların təhsil və məşğulluq imkanlarının genişləndirilməsi, eləcə də onların səlahiyyətləndirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini qeyd edib.

Onun sözlərinə görə, Prezident tərəfindən imzalanan sərəncamlar, milli fəaliyyət planları və dövlət proqramları qadınların səlahiyyətləndirilməsi sahəsində kompleks və hərtərəfli yanaşmanın formalaşmasına, həmçinin mühüm irəliləyişlərin əldə olunmasına şərait yaradıb.

Milli Məclisin sədri gender bərabərliyinin tam təmin olunması istiqamətində fəaliyyətin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

O əlavə edib ki, Azərbaycanda bu sahədə əldə olunan nailiyyətlər davamlı xarakter daşıyır və dövlətin gender bərabərliyinin təmin edilməsinə yönəlmiş ardıcıl siyasətinin nəticəsidir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər