00:54
21°C
Bakı
Çexiyanın Baş naziri Andrey Babiş Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilən qəbuldan paylaşım edib.
Moderator.az xəbər verir ki, o, “Instagram” hesabında yazıb ki, Çexiya ilə Azərbaycan arasında münasibətlər dinamik inkişaf edir.
Babiş bildirib ki, bir ay əvvəl böyük çex biznes nümayəndə heyəti ilə Azərbaycana etdiyi səfər zamanı əməkdaşlığın yalnız formal xarakter daşımadığını, konkret nəticələr və gələcək üçün güclü potensial daşıdığını görüb.