Azərbaycan boksçuları beynəlxalq turniri beş medalla başa vurdular
İdman
124
28 May 2026 | 23:45

Azərbaycan boksçuları beynəlxalq turniri beş medalla başa vurdular

Gürcüstanın Batumi şəhərində keçirilən boks üzrə beynəlxalq turnir başa çatıb.

Moderator.az xəbər verir ki, milli komandamız məşqçi Elbrus Rzayevin rəhbərliyi altında yarışı bir qızıl, bir gümüş və üç bürünc medalla başa vurub.

Komandanın heyətində Bilalhəbaşi Nəzərov (50 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Kənan Nəcəfov (+90 kq) gümüş, Tayfur Əliyev (60 kq), Əli Abdullayev (65 kq) və Abbasqulu Şadlinski (75 kq) isə bürünc medala sahib olublar.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər