Bəhreyn Kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Siyasət
139
19:27, Bu gün

Bəhreyn Kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Moderator.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Zati-aliləri.

Dost ölkənizin Müstəqillik Günü münasibətilə Bəhreyn Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıram.

Zati-alinizə məmnuniyyətlə ən yüksək ehtiramımı bildirirəm”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər