Polşalı nümayəndələr WUF13 çərçivəsində Lənkəranda olublar - FOTO
Siyasət
142
20:40, Bu gün

Polşalı nümayəndələr WUF13 çərçivəsində Lənkəranda olublar - FOTO

Polşa Respublikasının BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycanda səfərdə olan nümayəndələri Lənkərana gəliblər.

Moderator.az xəbər verir ki, xarici qonaqlar bölgənin turizm imkanları, tarixi məkanları və çay plantasiyaları ilə tanış olublar.

Səfər zamanı polşalı nümayəndələr Lənkəranın təbiəti, gəzməli yerləri və tarixi abidələrinə baş çəkiblər.

Qonaqlara rayonun turizm potensialı və zəngin mədəni irsi barədə məlumat ətraflı məlumat verilib. Polşa-Azərbaycan Assosiasiyasının nümayəndəsi Aleksandra Tomaşevska və Lüblin şəhər meriyasının Strategiya və investorlarla əlaqələr departamentinin direktoru Mariusz Saqan Azərbaycanla Polşa arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdiyi bildiriblər. Qonaqlar Lənkəranın tarixi, coğrafi mövqeyi və sosial-iqtisadi inkişafı barədə ətraflı məlumat əldə etdiklərini və bu haqda öz ölkələrində danışacaqlarını qeyd ediblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər